Bakı və İrəvan üçün KRİTİK 6 ay – GERİSAYIM başladı
Siyaset
Oxunub: 123
15 yan 2026 | 09:51
Bakı və İrəvan üçün KRİTİK 6 ay – GERİSAYIM başladı


“Ermənistan-Azərbaycan sülh prosesinə təkan lazımdır”. Bunu Hadson İnstitutunun aparıcı tədqiqatçısı Lük Koffi "Eurasiareview" portalında yazıb.

Müəllif xatırladıb ki, Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanmış razılaşmada sülh sazişinin ratifikasiya olunması və əlaqələrin normallaşdırılması öhdəliyi götürülüb və ratifikasiya prosesi 12 ayın içində gözlənilirdi. Lakin vaxtın təxminən yarısı arxada qalsa da, gözəgörünən tərəqqinin miqyası kiçikdir, əsas məsələlər həllini tapmayıb.

“Birinci məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi sabitliyidir. İyunda ölkədə parlament seçkiləri keçiriləcək və millətçi qüvvələr həm onun rəhbərliyinə, həm də sülh prosesinin legitimliyinə meydan oxuyurlar. İkinci məsələ Ermənistanın konstitusiyasına Azərbaycanın tələb etdiyi dəyişiklikdir. Azərbaycan sənəddə özünə qarşı ərazi iddiasının yer aldığını deyir, çıxarılmasını tələb edir. Dərhal irəliləyiş tələb olunan üçüncü məsələ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur. Dördüncü əngəl isə Ermənistanda seçkilər öncəsi Rusiya və İranın təzyiqidir”, - müəllif vurğulayıb.

Onun fikrincə, Moskva və Tehran Cənubi Qafqazı özlərinin təsir dairəsi sayır, Vaşinqtonun sülh prosesində roluna isti yanaşmır: “Bu çətinliklərə baxmayaraq, 2026-cı ildə Ermənistan və Azərbaycan arasında sülh, nəhayət, möhkəmlənə bilər. Bundan ötrü beynəlxalq ictimaiyyət prosesə davamlı cəlb olunmalı, hər iki tərəfə öhdəliklərinə əməl etmələri üçün təzyiq davam etdirilməlidir".

Bəs tərəflər bu il həmin maneələri aşa biləcəkmi?

“Ermənistanda “Tramp yolu” üçün özəl operatorlar işə götürüləcək: ABŞ yoxlama və gömrük rəsmiləşdirilməsi prosedurları, eləcə də yoxlama texnologiyaları daxil olmaqla, texniki yardım göstərəcək”.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Mark Rubio arasında keçirilən görüşdən sonra qəbul olunan birgə bəyanatda deyilir. Sənəddə Ermənistanın sərhəd və gömrük əməliyyatları məsələlərində suverenliyi və yurisdiksiyasının müzakirə mövzusu olmadığı bir daha vurğulanıb.

Bildirilir ki, sərhəd idarəetmə mexanizmi beynəlxalq “ön ofis-arxa ofis” əməliyyat modelindən istifadə etməklə fəaliyyət göstərəcək. Ermənistan ilkin gömrük rəsmiləşdirilməsi prosedurlarını optimallaşdırmaq, sənədləşməni rəqəmsallaşdırmaq və vahid sərhəd keçid məntəqəsi konsepsiyasını tətbiq etmək üçün pilot layihələr həyata keçirmək niyyətindədir.

“TRİPP Development Company” tərəfindən işə götürülmüş özəl operatorlar aşağıdakı xidmətləri göstərəcək: yoxlama üçün sənədlərin ilkin toplanması, istifadəçilərə məlumat və məsləhət verilməsi, ticarət və tranzit üçün ödənişlərin toplanması və emalı. Ermənistan rəsmiləri bütün sərhəd və gömrük məntəqələrində fiziki mövcudluğunu qoruyacaq və suveren funksiyalar autsorsinqə verilməyəcək. Ermənistanda əməliyyat təhlükəsizliyini təmin edən özəl personal lisenziya almaq şərtilə işə götürülə bilər...

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təsdiqlənməsi zamanla baş verəcək: “Tərəflər bu müqaviləni keçən ilin avqust ayının 8-də Vaşinqtonda, Ağ evdə paraflayıblar. Həmin gündən ötən dövrdə iki ölkə arasında baş verənlər bir daha sübut edir ki, sülh müqaviləsinin bağlanma yolunda olan maneələrin hamısı aradan qaldırıla bilər. Bu inamı yaradan birinci şərt sülh müqaviləsinin bağlanması yolunda Ermənistan və Azərbaycan dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradədir. Vaşinqton razılaşmasından sonra iki dövlət arasında atılan addımlar bir daha sübut edir ki, tərəflər qarşılıqlı münasibətlərdə səmimidilər və buna görə də sülh müqaviləsinin mümkün qədər tez bir zamanda təsdiqlənməsini təmin edə biləcək addımlar atırlar.

Qazaxıstan taxılının Ermənistana Azərbaycan üzərindən daşınmasına Azərbaycan prezidentinin razılığı, Azərbaycandan Ermənistana yanacaq satılması, hər iki ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələrinin həm Bakıda, həm də İrəvanda keçirdikləri görüşləri sülh müqaviləsinin bağlanmasına hazırlığın bir mərhələsi kimi qiymətləndirilməlidir. Azərbaycan zatən bu münaqişənin ilk vaxtlarından sülh istəyində olub. Lakin Ermənistanın bir dövlət kimi özünün sahibi ola bilməməsi, iki qonşu ölkə arasında sülhə apara biləcək bütün yolları qapadırdı. Nəhayət, Ermənistanda Kremlin tör-töküntüləri-Qarabağ caniləri sərkisyanlar, köçəryanlar hakimiyyətdən rədd olub getdikdən sonra hakimiyyət başına gələn Nikol Paşinyan zamanla bütün daşları yerinə oturda bildi. Paşinyan hakimiyyətə gələr-gəlməz, ölkəsini Rusiyanın caynağından qopartmaq yolunda mücadiləyə başladı.

Tarixdə bəlkə də Rusiyanın üzünə belə sərt sillə vurulmamışdı ki, Paşinyan bunu etdi. Öncə o dedi ki, Qarabağ Azərbaycandır, ardınca Rusiyanın təsis etdiyi qurumlardan çıxmaq bəyanatları verdi, Qərbin və Rusiyanın yüz ildən çox yarıtdığı yalançı “erməni soyqırımı” məsələsini və erməni kilsəsinin uydurduğu “böyük ermənistan” yalanlarını tam ifşa etdi”.

Sözünə davan edın ekspert deyib: “Paşinyan Ermənistanın bu regionda bir dövlət kimi yaşamasının mümkünlüyünü atdığı addımlarda gördü. O yaxşı bilir ki, Azərbaycanın tarixi torpaqlarında yaradılmış Ermənistan adlı dövlət Cənubi Qafqazda yalnız Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurmaq şərtilə yaşaya bilər. Bu ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın partiyasının qalib gələcəyi şübhəsizdir. Bu qələbədən sonra Ermənistanda konstitusiya dəyişikliyi baş verəcək və erməni toplumu bu dəyişikliklərə səs verəcək. Çünki ermənilərin böyük əksəriyyəti yaşadıqları dövlətin Rusiyanın əlində bir alət olmasına nifrətlə baxırlar”.
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü