“Azərbaycan müharibəyə hazırlaşır” isterikası
Ermənistan niyə xoflanıb?
Azərbaycanla Avropanın müxtəlif ölkələri arasında inkişaf edən münasibətlər Ermənistanda getdikcə daha çox narahatlıq predmetinə çevrilir. Bunu Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri fonunda bir daha görmək mümkündür.
Baş verənləri böyük həyəcanla izləyən armenianreport portalı prosesin İrəvan üçün müsbət heç nə vəd etmədiyini yazır.
Portal etiraf edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri geniş əks-səda doğurub: “Bu hadisəyə səbəb həm də Slovakiya prezidenti Peter Pelleqrininin səs-küylü, hətta qalmaqallı bəyanatı oldu. O, Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıq şəkildə bildirib. Üstəlik, bura təkcə silah satışı deyil, həm də texnologiya transferi, birgə müəssisələr və üçüncü ölkələrə birgə hərbi təchizat daxildir. Pelleqrini həvəsini gizlətməyib. O, Slovakiyanın qabaqcıl müdafiə sənayesi - özüyeriyən artilleriya, döyüş sursatları və yüksək texnologiyalı sistemlərdən qürurla danışıb. O xatırladıb ki, Slovakiya baş nazirinin müavininin əvvəlki səfəri zamanı Azərbaycan tərəfi avtomatik artilleriya qurğularına maraq göstərib. İndi də prezident əminliklə bəyan etdi ki, bu silahlar Azərbaycan Silahlı Qüvvələrini gücləndirəcək. Amma bu, əsas sualı ortaya qoyur: əgər müharibə erası bitibsə, Azərbaycan öz silahlı qüvvələrini nəyə görə gücləndirməlidir? Əgər müharibə həqiqətən də ”keçmişdə qaldı"sa, o zaman Azərbaycana nə üçün çoxsaylı raket sistemləri lazımdır?", - deyə erməni mediası isterika ilə yazır.
Azərbaycanın müasir silahlar alması Ermənistanı niyə narahat edir? Ermənistan da Fransa, Yunanıstan, Hindistan kimi ölkələr hesabına silahlanır, bəs buna nə ad verək?
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a açıqlamasında burada yeganə bir səbəb gördüyünü vurğuladı: “Azərbaycanın son illərdə hərbi qüdrətini artırmağa davam etməsi, yüksək texnologiyalı silahlar, artilleriya qurğuları, təyyarələr və s. silah növləri ilə öz müdafiə potensialını gücləndirməsi həqiqətdir. Bunun Ermənistan tərəfindən isterika ilə qarşılanması da başa düşüləndir. ”Xain xoflu olar" deyiblər. Hələ də revanşist hisslərlə yaşayan və hələ də nə vaxtsa ərazilərimizi yenidən işğal edə biləcəklərini düşünən bir toplum olaraq ermənilər Azərbaycanın hərbi qüdrətini artırmasını həzm edə bilmirlər.
Əslində isə onlar da başa düşürlər ki, silahlanma yalnız müharibəyə hazırlıq deyil, eyni zamanda, bir ölkənin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Azərbaycanın da son dövrlərdə həm hərbi texnologiyaların, həm də strateji silahların alınmasına diqqət yetirməsi yalnız Azərbaycan Silahlı Qüvvələrinin güclənməsini deyil, həm də ölkənin regional müstəqilliyini və mövqeyini möhkəmləndirən bir vasitədir.
Digər bir tərəfdən Azərbaycan işğalçı və Ermənistan kimi başqalarına qarşı ərazi iddiaları ilə çıxış edən ölkə deyil və bu baxımdan bizim öz hərbi potensialımızı artırmağımız kiməsə qarşı yönəlməyib. Azərbaycan regionda sülh və sabitlik istəyən və sülh quruculuğu üçün gündəliyi formalaşdıran və həyata keçirən bir dövlətdir. Odur ki, Ermənistanda ayrı-ayrı media qurumları, siyasilər və ekspertlər Azərbaycanın silahlanması ilə bağlı isterika yerinə özlərinin silahlanma siyasətinə açıqlama gətirsələr daha yaxşı olar. Fransadan, Yunanıstandan və Hindistandan hərbi texnologiya almalarına aydınlıq gətirsinlər.
Bəli, biz silahlanırıq və Slovakiya ilə müdafiə sahəsində əməkdaşlıq etməyimizin də Silahlı Qüvvələrimizə ciddi müasir güc qatacağına şübhə yoxdur. Amma bu hərbi əməkdaşlıq kiməsə qarşı yönəlməyib. Bu, Azərbaycan üçün həm müdafiə, həm də potensial təhdidlərə qarşı bir zəmanət kimi xidmət edir. Həmçinin, Azərbaycanın müasir silahlar alması ölkəmizin təhlükəsizliyini artırmaq və regional güc mübarizəsində balansı qorumaq məqsədini daşıyır".
Hərbi ekspert Səxavət Məmməd qeyd etdi ki, Azərbaycanla Slovakiya arasında hərbi, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcuddur: “ Azərbaycan Slovakiyadan daha əvvəl özüyeriyən DANA haubistsaları almışdı. 44 günlük müharibə zamanı bu haubistsalar özünü müsbət tərəfdən göstərdi. Ermənistan Fransadan ”Sezar" haubistsası alandan dərhal sonra Azərbaycan Slovakiyadan müasirləşdirilmiş və NATO standartlarına cavab verən DITA haubistsası sifariş verdi. Bundan əlavə Azərbaycanın Slovakiyadan gələcəkdə DANA-ların müasirləşdirilmiş versiyası ZUZANA artileriya qurğuları alması ehtimalı da yüksək görünür. Yeri gəlmişkən Slovakiyadan həm də sursatların istehsalı sahəsində təminləşmiş şirkətlər var. Azərbaycan müdafiə sənayesi sahəsinə ciddi yatırımlar edir. Ona görə də Slovakiya ilə Azərbaycanın əməkdaşlıq etməsi, hətta Azərbaycana texnologiya ixracı və birgə müəssisələrin qurulması ehtimalı çox yüksəkdir.
Ermənistanın bu məsələdən narahat olmasına gəldikdə isə, müharibədən sonra Cənubi Qafqazda silahlanma yarışına stratı məhz rəsmi İrəvan verib. Ermənistan Fransa, Yunanıstan, xüsusilə də Hindistandan artilleriya qurğularından tutmuş, raketlərə, dronlara və antidron sistemlərinə qədər alıb və almaqda da davam edir. Ona görə də, Ermənistanın bu məsələdə Azərbaycanı ittiham etməsi doğru yanaşma deyil.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı