Paraddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülər
Siyaset
Oxunub: 168
8 noy 2025 | 17:53
Paraddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülər


Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir.

Azərtaca xəbər verir ki, paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub.

Bu müxtəliflik ordunun eyni zamanda həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.

Xüsusi təyinatlı avtomobil texnikası və zirehli nəqliyyat vasitələri

Keçiddə təqdim olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarəolunan "SPIKE-ER" (İ-AR) raketləri, 120 millimetrlik "SPEAR" minaatanları quraşdırılmış, "SandCat-Stomer" zirehli idarəetmə, çevik hərəkət avtomobilləri göstərir ki, Azərbaycan Ordusu əməliyyatlarda çeviklik və mobilitetə böyük əhəmiyyət verir. Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu "VAŞAQ" xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş "COBRA-II" zirehli tibbi təxliyə avtomobilləri, "Land Rover-110" xüsusi təyinatlı patrul avtomobilləri, "SKİF" - "COBRA" üzərində yerləşdirilmiş tank əleyhinə idarə olunan raket kompleksi, BTR-82A zirehli transportyorları, "PDM-3" - Piyadaların Döyüş Maşınları, "T-72M1" və "T-90S" tankları Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığını və strateji üstünlüyünün açıq nümayişidir.

Hava Hücumundan Müdafiə (HHM) sistemləri

Paradda Azərbaycan Ordusuna məxsus Hava Hücumundan Müdafiə vasitələri qürurla nümayiş etdirilib. Nümayişdə "S-125 TM" zenit-raket kompleksi, "BUK-MB" və "BUK-MB2K" zenit-raket kompleksi, "İLDIRIM-8" zenit-raket kompleksi, "S-300"- "FAVORİT" uzaqmənzilli zenit-raket kompleksi, "TOR-2M" zenit-raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş yerli müdafiə sənayesinin məhsulu "VİKİNQ" Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş "Şilka" özüyeriyən zenit-qurğusu, silahlanmaya yeni qəbul edilmiş "HQ-9" (EYC KÜ-9) uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın hava məkanının çoxsəviyyəli, etibarlı və döyüş şəraitinə davamlı müdafiə qabiliyyətinin təcəssümüdür.

Pilotsuz uçuş aparatları (PUA) və insansız sistemlər

Azadlıq meydanındakı hərbi paradda İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları (PUA) və digər insansız vasitələri də təqdim edilib. Paradda nümayiş etdirilən "Orbiter-1KM" zərbə PUA-sı, "Orbiter-2", "Orbiter-3" və "Orbiter-4" kəşfiyyat PUA-ları, "Aerostar" taktiki-kəşfiyyat PUA-sı, "Bayraktar-TB2" silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş "Hero-120" (HİRO) sərbəst uçan döyüş sursatları, "Sky Striker" (Strayker) sərbəst uçan döyüş sursatları, "Orbiter-5" taktiki-kəşfiyyat PUAsı, "Harop" zərbə tipli PUA-sı, "Hermes-450" taktiki-kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş KAYRA - kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuzun həm kəşfiyyat-zərbə, həm də dəniz və sahə əməliyyatlarında yeni taktiki imkanlar qazandığını göstərir. Marauder və Matador tipli mina əleyhinə zirehli nəqliyyat vasitələri də Ordumuzun texnoloji üstünlüyünün parlaq simvoludur.

Raket və artilleriya sistemləri

Paradda nümayiş etdirilən Raket və Artilleriya Silahlarının kolonu isə olduqca qürurvericidir. Belə ki, 120 millimetrlik "Vena" özüyeriyən minaatan qurğusu, 122 millimetrlik "Qvozdika" özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik "Akasiya" özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik "Msta-S" özüyeriyən artilleriya qurğusu, 203 millimetrlik "Pion" özüyeriyən artilleriya qurğusu, 220 millimetrlik TOS-1A "Odsaçan" yaylım atəşli reaktiv sistemi, "Xrizantema-S" tank əleyhinə özüyeriyən raket sistemi, 152 millimetrlik "Dana" özüyeriyən artilleriya sistemi, silahlanmaya yeni qəbul edilmiş 155 millimetrlik uzunmənzilli "NORA" və 155 millimetrlik uzunmənzilli "DİTA" özüyeriyən artilleriya sistemi, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik "ACCULAR" (AKULAR) idarə olunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik "QRAD-LAR" yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, "Qasırğa" taktiki raket kompleksi - TRLG-230A, 300 millimetrlik uzunmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı "Smerç" yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik "EKSTRA" taktiki raket kompleksi, 301 millimetrlik "POLONEZ" əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksək dəqiqlikli "Predator Hawk" (HOUK) Əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş beşinci nəsil İCEBREAKER (Aysbreker) qanadlı raket kompleksi, həmçinin 624 millimetrlik "LORA" əməliyyat-taktiki raket kompleksi izləyənlərə üçün qürurverici anlar bəxş edib.

Dəniz qüvvələri, sahil mühafizəsi və Aviasiya komponenti

Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə aviasiya nümayiş uçuşları isə izləyicilər üçün unudulmaz olub. Parad çərçivəsində uçan Mİ-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyıb, Mİ-17 helikopteri Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmçinin uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş Mİ-17 döyüş-nəqliyyat helikopterləri, MFİ-17 təlim təyyarələri, L-39 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarələri, silahlanmaya yeni qəbul edilmiş JF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələr, modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri iftixar dolu hislər yaşadıb. SU-25 hücum təyyarələri isə Azərbaycan Bayrağının rənglərini paytaxt səmasında canlandırıb.

Paradda, həmçinin Xəzər dənizində döyüş gəmiləri və katerlər də nümayiş etdirilib. Bu, Azərbaycanın region sularında suverenlik və strateji nəzarət qabiliyyətinin sarsılmaz gücünü göstərir.

Paraddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülərParaddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülər
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı