Əliyevlə Trampın üçüncü görüşü olacaq? – Gözlər Vaşinqtonda
Mərkəzi Asiyada əməkdaşlıq Azərbaycansız olmaz; Qazaxıstan prezidentinin o istəyi reallaşacaqmı?
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderlərini Ağ Evə dəvət edib. Məqsəd noyabrın 6-da Vaşinqtonda C5+1 formatında onların iştirakı ilə keçirilməsi nəzərdə tutulan Orta Asiya-ABŞ sammitidir.
Diqqəti çəkən məqam odur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə Azərbaycanın potensial iştirakı ilə bağlı da fikirlərini bildirib: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”.
Göründüyü kimi, Tokayev istəyir Azərbaycan da həmin tədbirdə iştirak etsin. Bu halda Prezident İlham Əliyevlə amerikalı həmkarı üçüncü dəfə bir araya gələ bilər. İndiyə qədər iki görüş olub. Biri 8 avqustda Ağ Evdə keçirilən sülh zirvəsidir, digəri Misirdə baş tutan Qəzza sammiti. Bu dəfə də Vaşinqton sammiti olacaq, lakin Azərbaycanın iştirakı haqda rəsmi məlumat verilməyib. Çünki bu tədbir Mərkəzi Asiya ölkələrinin liderləri ilə baş tutacaq. Amma Azərbaycan da bir türk dövləti və Orta Asiya ilə sıx bağlantıları olan ölkə kimi bu zirvəyə qoşula bilər.
Ekspertlər necə hesab edirlər, İlham Əliyevin sammitdə iştirakı mümkünmü? ABŞ Mərkəzi Asiya ölkələrinin liderləri ilə bir araya gəlməklə bu regionla bağlı hansı planlar qurur? Rusiyanın reaksiyası necə ola bilər?
Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a söylədi ki, Azərbaycan yerləşdiyi böyük regionun artıq sıradan bir dövləti deyil: “Azərbaycan bu gün regionda dünyanın iki böyük dövlətinin – ABŞ və Çinin ən yaxın tədəfdaşıdır. Hər iki ölkə ilə münasibətlərin bu səviyyəyə yüksəlməsi uzun illər ərzində aparılan uğurlu xarici siyasətin nəticəsidir. Mərkəzi Asiya ölkələrinin noyabr ayının 6-da Vaşinqtonda keçiriləcək ABŞ-Orta Asiya sammitində Mərkəzi Asiyanın lider ölkəsinin – Qazaxstanın prezidentinin bu sammitdə Azərbaycan prezidentinin iştirakını təklif etməsi də sıradan bir məsələ deyil. Əvvəla, ortada Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə hərtərəfli dərin münasibətləri mövcuddur. Digər tərəfdən Mərkəzi Asiya ölkələri çox yaxşı başa düşürlər ki, onların iqtisadi müstəvidə Qərblə münsaibətlərinin əsas yolları Azərbaycan üzərindən keçməlidir. Çünki, şərqlə qərbi birləşdirən və iqtisadi cəhətdən ən səmərəli yol Orta Yoldur. ABŞ-ın Cənubi Qafqaza gəlməsi və Orta yolun əsas həlqəsinə - Zəngəzur Dəhlizinə nəzarəti öz üzərinə götürməsi eyni zamanda şərqlə qərbi əlaqələndirən bütün kommunikasiyaların tam təhlükəsizliyi demək olacaqdır. Ticarət əlaqələrinin iki mühüm şərti var. Bunlardan biri yolun qısa olmasıdırsa, digəri onun təhlükəsiz olmasıdır. Bu yol da Azərbaycan üzərindən keçərək şərqdən Qərbə uzanan Orta yoldur.
Bütün bu söylədiklərimiz fonunda Qazaxstan prezidenti noyabr ayının 6-dakı Sammitdə Azərbaycan prezidentinin iştirakının zəruriliyini əsaslandırmaq istəyib. O, bu təklifi irəli sürərkən eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin dərin məntiqinə, iti ağlına və uzaqgörən siyasətçi olmasına söykənibdir. Tokayev çox yaxşı başa düşür ki, İlham Əliyevin bu sammitdə iştirakı Mərkəzi Asiya və ABŞ iqtisadi əlaqələrinə yeni bir implus verə bilər”.
Milli Məclisin deputatı Azər Badamov Mərkəzi Asiyada əməkdaşlığı Azərbaycansız təsəvvür edilmədiyində kifayət qədər əsaslar görür: “6 noyabrda Ağ Evdə 5+1 ABŞ-Mərkəzi Asiya ölkələri formatında görüşün keçirilməsi planlaşdırılır. Mərkəzi Asiya ilə əməkdaşlıq ABŞ-ın strateji marağındadır. Çünki, Mərkəzi Asiya ölkələri nadir təbiət metalları və enerji resursları ilə zəngindir. Həm də Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsi ümumiyyətlə Asiya ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. ABŞ həm də Mərkəzi Asiya ilə əməkdaşlığını genişləndirməklə bu regionda Rusiyanın təsirini azaltmağa çalışır. Bu gün Mərkəzi Asiya ilə əməkdaşlığın qurulmasını Azərbaycansız təsəvvür etmək mümkün deyil. Çünki, Qazaxıstan prezidenti Kasım -Jomart Tokayevin qeyd etdiyi kimi, Azərbaycanı Böyük Orta Asiyanın təbii bir hissəsi hesab etmək olar. Məhz ona görə də Mərkəzi Asiya ölkələrinin sammitlərinə Azərbaycan dəvət olunur və iştirak edirik. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı günü-gündən möhkəmlənməkdədir. Bu gün dəyişkən dünya nizamı fonunda regional əməkdaşlığın qurulması və davam etdirilməsində nəqliyyat kommunikasiya dəhlizləri əsas rol oynayır. Mərkəzi Asiya ölkələrinin beynəlxalq daşımaları həyata keçirdiyi ənənəvi dəhlizlərdə çətinliklər yarandığı bir dövrdə Azərbaycanın iştirakı ilə reallaşmış Orta dəhliz bu region üçün yeni perspektivlər açır. Bu gün Qazaxıstan neftinin ixracında BTC -nın rolu günü-gündən artmaqdadır. O cümlədən nadir təbiət metalların və digər yüklərin daşınmasında Transxəzər Beynəlxalq Marşrutu və Orta dəhliz üzərində əməkdaşlığın genişləndirilməsi vacibdir. Azərbaycanın üzərindən keçən enerji və nəqliyyat marşrutları daşımaların müddətini kifayət qədər qısaltmaqla yanaşı xərclərə də 15% qənaet edilməsinə imkan verir. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı bu sıx əməkdaşlığı ABŞ nəzərə almalı və ölkəmizi 5+1 formatına dəvət etməli olduğunu hesab edirəm. Ölkəmizin 5+1 formatında Ağ Evdə keçiriləcək sammitdə iştirak etməsi heç bir ölkənin, o cümlədən Rusiyanın maraqlarına qarşı deyil. Həm də Azərbaycan xarici siyasətini milli maraqlar üzərində müstəqil müəyyənləşdirir. Bizim müstəqil siyasətimizi artıq bütün tərəfdaşlar qəbul ediblər. Bu baxımdan Azərbaycanın 5+1 formatında iştirakı mümkündür və bunda heç bir ölkənin narahatçılığına bir əsasın olmadığını hesab edirəm”.
Bu gün, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Bu gün, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Bu gün, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Bu gün, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Bu gün, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
Bu gün, 11:59
Orta aylıq maaş 1200 manata çatır
Bu gün, 11:24
Prezident həmkarını təbrik etdi
Bu gün, 10:50
Həmin şagird hoteldə ölübmüş
Bu gün, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
Bu gün, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
Bu gün, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Bu gün, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
Bu gün, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
Bu gün, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
Bu gün, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Bu gün, 09:25
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bu gün, 09:20
ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
Bu gün, 09:00
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Dünən, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Dünən, 15:30
Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Dünən, 14:22
Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
Dünən, 14:03
Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Dünən, 13:11
Pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 12:48
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Dünən, 12:44
Prezident Vuçiç istefaya hazırlaşır
Dünən, 11:48
Rusiyada miqrantlar üçün rüsumlar 5-12 dəfə artırıldı