Sonuncu dəfə nə vaxt məktub yazdığınız yadınıza gəlir?
Söhbət kağız məktublardan gedir. Əməkdaşımız Zülfiyyə Telmanqızı şəhər sakinləri arasında sorğu apararkən məlum olub ki, əksər insanlar nə vaxt məktub yazdıqlarını artıq unudublar. Amma bunlara baxmayaraq mərkəzi poçtdan verilən informasiyada məktub yazanların sayında ötən illə müqayisədə artım olduğu bildirilib.
Müasir texnologiyanın inkişafı bir sıra ənənələrin sıradan çıxmasına səbəb olub. Eləcə də məktub yazmaq ənənəsinin. Əvvəllər uzaqda olan doğmalarına hər kəs kağız məktublar yazırdısa, bu gün onu smslər əvəz edir. Gəncə şəhər Mərkəzi Poçtundan verilən məlumata görə, əslində ötən illə müqayisədə bu il məktub yazanların sayında artım var. Belə ki, ötən il şəhər mərkəzi poçtundan çıxan məktubların sayı 11140, daxil olanların sayı isə 32276 olub. Bu il isə uyğun şəkildə bu rəqəmlər artaraq, 11653 və 37802 olub. Buna baxmayaraq, şəhər sakinləri arasında apardığımız sorğu nəticəsində bəlli oldu ki, onlar son dəfə nə vaxt məktub yazdıqlarını belə xatırlamırlar.
Şəhər sakini: Yadıma gəlmir heç nə vaxt məktub yazmışam, ancaq telefonla.
Şəhər sakini: Hardasa 10 il olar ki, mən nə heç kimə məktub yazmıram, nə də ki, məktub alıram.
Şəhər sakini: Əvvəllər sevgi məktubları yazmışam, hamısı da yadigar durur.
Məktub yazma ənənəsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Alim öz fikirlərini bildirərək, məktub yazmanın yenidən ənənəyə çevrilməsi arzusunda olduğunu qeyd edib.
Məmməd Alim- AYB-nin Gəncə bölməsinin sədri: "Ümumiyyətlə poçt vasitəsilə məktub göndərmək, bir- birinə ürək sözlərini çatdırmaq gözəl bir ənənə idi. Mən arzu edərdim ki, bizim gənclərimiz məktub yazmağa qayıtsınlar. Öz ata- babalarından əxz etdikləri o gözəl ənənəni yaşatsınlar. Bir könüldən başqa bir könülə uzanan körpüdür məktub. Qoy bu körpülər daimi olsun".
Yüksək texnoloji inqilab və sözümüzü daha asan çatdırmaq üçün vasitələr olsa belə, ildə bir dəfə də olsa məktub yazmalı və bu mədəniyyəti özümüz üçün aşılamalıyıq.
Əslində məktub yazmanın üstün cəhəti yazanı düşündürməsidir. Yazdıqca xəyallara dalırsan, yazının ünvanı bir az da doğmalaşır sənin üçün. Eyni zamanda məktub almaq da sms almaqdan daha doğmadır. Çünki illər boyu səndə qalır, dəyişənsə bir şey olur.., ağ kağızın saralması...
http://kepeztv.az
Dünən, 18:26
Azərbaycanın səhiyyə işçiləri təltif edilib
Dünən, 16:00
Sabah 36 dərəcə isti olacaq
Dünən, 15:30
ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
Dünən, 13:20
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Dünən, 13:10
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Dünən, 12:26
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Dünən, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Dünən, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Dünən, 11:52
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
Dünən, 11:48
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Dünən, 11:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Dünən, 11:39
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Dünən, 10:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Dünən, 10:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Dünən, 10:35
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
Dünən, 10:12
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Dünən, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Dünən, 09:47
Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
Dünən, 09:41
Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Dünən, 09:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Dünən, 09:27
Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
Dünən, 09:00
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
16-06-2026, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
16-06-2026, 15:30
Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
16-06-2026, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
16-06-2026, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
16-06-2026, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?