Üçlü beyin nəzəriyyəsi
Maraqli
Oxunub: 2 726
20 in 2014 | 20:09
İnsan beyni ilə əlaqədar araşdırmalar bizə hər keçən il müxtəlif yeni məlumatlar verir. Beyin hələ də tam araşdırılmamış müəmmadır. Bu məqaləmdə Mümin Sekmanın "Her şey beyinde başlar" adlı kitabında olan 3-lü beyin nəzəriyyəsini və onunla əlqədar bəzi məlumatları sizinlə bölüşəcəm.
Üçlü beyin nəzəriyyəsi
İnsan beyni ilə əlaqədar ən məşhur qruplaşdırma, 1960-cı ildə amerikalı psixoloq və nevropatoloq Dr. Paul Mcleana aiddir. Belə ki, o ortaya maraqlı fikir qoyaraq, beynin qatlardan ibarət olduğunu söyləmişdir. Bununla ortaya insan yaranandan bu yana inkişaf edərək gələn 3 qat olduğunu müəyyənləşdirilmişdir. Bunlar aşağıdakı kimidir:

Alt Beyin → R - Kompleks → Sürüngən Beyin

Orta beyin → Limbik sistem → Hissi beyin

Üst beyin → Neo Korteks → Düşünən beyin (Məntiqli beyin)

Bu üç beyin qatının bir-biri ilə əlaqəsinin yaxşı araşdırılması bizə bir çox insan davranışlarının öyrənilməsində yardımcı olacaqdır. Üçlü beyin nəzəriyyəsinin köməkliyi ilə biz rasional və irrasional insan davranışlarının səbəbini daha yaxşı başa düşə bilərik. İnsanın daxili və xarici dünyası eyni zamanda intuisiyaları və məntiqi ilə olan toqquşmaları məhz beyində, daha konkret desək, bu üç beyin qatının bir-biri ilə olan münasibətindən doğur. Mcleanın üçlü beyin nəzəriyyəsi sadəcə beynin öyrənilməsində bizə köməkçi vasitədir. Bioloji olaraq beynin sərhədləri hələ də tam müəyyənləşdirilməmişdir. İndi isə daha ətraflı.
Üçlü beyin nəzəriyyəsi

R Kompleks: Bu beyin qatı kərtənkələ, tısbağa və ilan kimi sürünənlərdə çox yüksək dərəcədə inkişaf etmişdir. İnsanda da var, amma əsas fərq insanda bu beyin qatının çox kiçik, amma sürünənlərdə isə beyinlərinin bütününü əmələ gətirməsidir. Bu beyin qatının əsas iki məqsədi var: Həyatda qal və çoxal. İnsanlarda da olur ki, bu beyin qatı daha çox inkişaf edir. O insanların davranışları kobud və yöndəmsiz olur. Recep İvedik buna yaxşı nümunədir. J. Dr. Mcleana görə R-Kompleksin xarakteristik xüsusiyyətləri aşağıdakı kimidir:

Sürüngən beyin düşünməz. Avtomatik və intuisiyaya əsaslanaraq hərəkət edər.

R-Kompleksin hərəkətləri müəyyən qaydalara dayanır və təkrarlanandır.

Dəyişikliklərə qarşı çox qapalı və fərqlilik sevmir.

Ətrafınıza diqqətlə baxsaq və insan davranışlarında R-Kompleksin izlərini axtarsaq bunları görərik: Müxtəlif sosial qruplarda insanların liderlik bacarıqları. Çünki R-Kompleks tez təsirlənir və liderlər liderliklərini məhz bu beyin qatına təsir göstərməklə əldə edirlər. Həyatda qalmağın nəticəsidir əslində. Canlılar aləmində də populyasiyalarda liderlik qazananlar var ki, R-Kompleksin nəticələridir.

Tarixdə R-Kompleks: Hitler, Mussolini və Stalin lider və şəxsiyyət kimi R-Kompleksləri üstün olan insalar olmuşlar. R-kompleks nə idi? Həyatda qalmaq və çoxalmaq. Əgər sizə kimsə haqsızlıq edirsə, sizi incidirsə və siz onları ciddi təhlükə hesab edirsinizsə, yuxarıda olan və onlara bənzəyən digər insanlara rahatlıqla inanacaqsınız. Max Horkheimer "Ağıl tutulması", Eric Hoffer "Şübhəsiz inananlar" və Eric Fromm "Azadlıqdan qaçış" adlı kitablarında bunu araşdırmağa çalışmışlar. Yuxarıdakı insanlar tərəfdar qazanmaq üçün, kütlənin R-Kompleksinə müraciət etmişlər. Yəni kütlələr bu liderlərdə nə tapırdı? Əsas olan onların eynilik psixologiyasından istifadə etmələridir. Öz həyatlarında məğlub, əzilmiş, kompleksli insanlar bu cür gücü və avtoriteti təmsil edən liderlər vasitəsiylə müdirlərindən, yuxarı təbəqədən qisas alırdılar. Bu liderlərin ən böyük sirri özlərini qisasçılar olaraq qələmə vermələri olmuşdur. Mesajları isə əslində belə olmuşdur: Mən də sənin kimi birisiyəm amma sənin olmadığın bir yerdəyəm, mənə güc ver, nifrət etdiyin hər kəsin dərsini verim!

Unutmayın: R-Kompleksin insan üzərində hökmranlığı heç də yaxşı nəticələrə gətirib çıxarmır (müharibələr). Biz düşüncəmizi dərinləşdirib, özümüzə güvəndikcə R-Kompleksi müəyyən qədər idarə edə bilərik.
Üçlü beyin nəzəriyyəsi

Limbik sistem: Hisslərdən məsuliyyət daşıyır. Ona görə də hissi beyin adı da verilir. R-Kompleksi əhatəyə alımış vəziyyətdə olub beynimizin 20%-ni əmələ gətirir. Limbik sistem yaddaş üzərində çox böyük təsir gücünə malikdir. Şiddətli sevinc və kədəri seçir və yaddaşımıza yazır. Ona görədir ki, uşaqlıqda aldığımız müxtəlif psixolojik travmalar yaddaşımızda həmişəlik qalır. Sanki dünən olmuş kimi. Qəbul imtahanında keçirdiyim peşmançılıq və digər müxətlif qarmaşıq hissləri indiyə kimi xatırlayıram. Sağ olsun Limbik sistem. crazy Hissi beyin qadınlarda kişilərə nisbətən daha çox inkişaf etmişdir. Ana şəfqəti, sevgisi, başqa insanların problemlərini başa düşmək, empatiya, qısqanclıq, paxıllıq və sevdiklərimizə elədiyimiz fədakarlıqlar məhz bu hissədə yaranır və inkişaf edir. Məməlilərin sürünənlərə nisbətən balalarını daha çox sevməsi və qayğı göstərməsi, onlarda limbik sistemin sürünənlərə nisbətən daha çox inkişaf etdiyinin nəticəsidir. Limbik sistem olmasaydı, insan davranışları dəniz tısbağalarından fərqlənməzdi. BBC-nin dəniz tısbağaları haqqında hazırladığı sənədli filmlərdə tısbağaların yumurtalarını quma qoyaraq necə çıxıb getdiyini görürük. Artıq onları balalarını aqibəti maraqlandırmır. Çünki onlarda limbik sistem inkişaf etməmişdir. Tısbağa balalarının çoxunu ciddi təhlükələr gözləyir. Onların əsas məqsədi dənizə çatmaqdır amma bəziləri yırtıcılara yem olur.
Neo-Korteks (Düşünən beyin): Zaman içində ortaya çıxan, məntiqimizin, mədəniyyətimizin, ağlımızın mərkəzidir. Korteksin hərfi mənası qabıq-dır. Beynimizin 70%-ni əhatə edir. Bu bizim ağıllı olduğumuzu deyil, ağıllı ola bilmə potensialını göstərir. Yəni bizim hər birimizdə potensial olaraq yüzlərlə kitab oxumaq, bir neçə xarici dil öyrənmək, piyano və qitarda ifa etmək və hətta ən çətin riyazi məsələləri həll etmək bacarığı var. Bizi digər canlılardan üstün elən bütün xüsusiyyətlər məhz korteksdə toplanmışdır. Korteks digər canlılarda da var, amma bizdəki qədər inkişaf etməmişdir. Korteksin köməkliyi ilə biz qərar verir, plan hazırlayır, xəyal qurur, seçim edirik. Neo-Korteksin ən xoşuma gələn xüsusiyyəti isə, insan oğlunun qənaətetmə bacarığının məhz burada yerləşməsidir.

http://qadin.net
Dünən, 16:24
İlham Əliyev bu şəxsləri medalla təltif etdi
Dünən, 16:00
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir
Dünən, 15:30
Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı
Dünən, 13:11
Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Dünən, 13:00
Deputat pəncərədən tullanıb qaçıbmış...
Dünən, 12:29
Nizami Kino Mərkəzinin divarını cızma-qara edənlər tutuldu
Dünən, 12:23
Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR
Dünən, 11:48
TƏCİLİ! Azərbaycan Ordusu BU İSTİQAMƏTDƏ yürüşə başladı
Dünən, 11:37
Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək
Dünən, 11:32
Trampdan yeni İran açıqlaması: Biz hələ başlamamışıq
Dünən, 11:22
SEPAH: "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirdik
Dünən, 10:42
Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?
Dünən, 10:38
Gəncədə avtomobil mağazaya girdi - Fotolar
Dünən, 10:20
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
Dünən, 09:38
Sürücülərin nəzərinə!
Dünən, 09:34
İran “Oracle”ı hədəf aldı
Dünən, 09:31
DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!
Dünən, 09:27
Türkiyə millisinə yeni himn bəstələyəcək
Dünən, 09:19
Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatdı
Dünən, 09:15
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 09:00
Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK
2-04-2026, 16:00
Ermənistan böyük güclərin toqquşma xəttində: seçki öncəsi polemika və geosiyasi mesajlar
2-04-2026, 15:30
Trampdan QALMAQALLI AÇIQLAMA: "Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir!"
2-04-2026, 14:23
Mərkəzi Bankdan qiymət artımları ilə bağlı PROQNOZ
2-04-2026, 13:11
Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb
2-04-2026, 12:29
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
2-04-2026, 12:13
Ağdam-Xankəndi dəmir yolunda tikintinin təxminən 43 %-i tamamlandı