Mərkəzi Bank qərar verdi
Iqtisadiyyat
Oxunub: 3 716
17 fev 2016 | 11:24
Mərkəzi Bank qərar verdi










Rəşad Əliyev: «Üçot dərəcələrinin artırılması İpoteka Fonduna ucuz pul vəsaitlərini cəlb etməsinə maneə yaradacaq»

«Milli valyutalarının məzənnəsi müəyyən dərəcədə dayanıqlı olan inkişaf etmiş iqtisadiyyatlarda Mərkəzi Banklar tərəfindən uçot dərəcəsinin artırılması daşınmaz əmlak bazarına təsirsiz keçmir. Çünki faiz dərəcəsinin artırılması elə ölkələrdə ipoteka kreditləri üzrə faizlərin artımına, daşınmaz əmlaka investisiyalar üçün nəzərdə tutulan kredit resurslarının bahalaşmasına səbəb olur ki, bunlar da təlabata təsir edir». Bunu «Value and Sources» Konsaltinq şirkətinin baş direktoru Rəşad Əliyev bildirir.

Ekspert əlavə edir ki, digər maliyyə alətləri üzrə (məsələn istiqrazlar, əmanətlər) gəlirliyin artmasıda onların daşınmaz əmlaklara nisbətən daha cəledici edir: «Eyni zamanda nəzərə almaq lazımdır ki, faiz dərəcələrinin artımı inflyasiya ilə mübarizəyə yönəlir ki, buda bir sıra aktivlərin dəyərinin sürətlə artımının qarşısını alır. Demək olmaz ki, faiz dərəcələrinin artımı daşınmaz əmlak bazarına mənfi təsir edir. Bu addım daşınmaz əmlak bazarında «köpüyün» yaranmasının tam olmasa da nisbi olaraq qarşısını alır. Faiz dərəcələrinin azaldılması isə, əksinə olaraq, həmişə daşınmaz əmlak bazarında canlanma yaradır. Bu yanaşma bütün normal inkişaf səviyyəsinə çatmış dayanıqlı iqtisadiyyatlara aiddir. Çünki həmin ölkələrdə iqtisadi artım və inflyasiya bir qayda olaraq eyni istiqamətdə addımlayırlar. Sözsüz, bu hallara müəyyən dövrlərdə baş verən iqtisadi şoklar aid deyil.

«Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin 5 faizə qaldırılması daşınmaz əmlak bazarına necə təsir edəcək» sualına R.Əliyev belə cavab verib: «Diqqət mərkəzinə düşən ilk məsələ bunun ipoteka kreditlərinin faizlərinə təsiridir. Qeyd edək ki, əvvəllər güzəştli ipoteka kreditləri dövlət büdcəsindən maliyyələşdirildiyi üçün onlar üzrə faizlər üçot dərəcəsindən az asılı olurdu. Ancaq adi ipoteka kreditləri üzrə faizlərin üçot dərəcələri ilə birbaşa olmasada dolayı əlaqəsi var idi. Çünki İpoteka Fondu müəyyən dövrlərdə borc istiqrazları vasitəsilə bazardan orta hesabla 3 faizdən pul cəlb edə bilirdi. Üçot dərəcələrinin artırılması artıq İpoteka Fonduna ucuz pul vəsaitlərini cəlb etməsinə maneə yaradacaq. Bu isə adi ipoteka kreditləri üzrə faiz dərəcəsinin 8 faizdən əhəmiyyətli dərəcədə aşağı salınmasına imkan verməyəcək, yəni hər halda artıq məlumdur ki, bu faizlər 5-6 faizdən aşağı düşməyəcək. Ancaq onu da qeyd edək ki, uçot dərəcəsinin artırılması adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin artımına səbəb olmamalıdır. Digər mühüm məsələ isə tikinti sektoruna yönəldilən kreditlərin faiz dərəcəsinə təsiridir. Burdada biz əhəmiyyətli dəyişiklik gözləmirik, çünki Mərkəzi Bankın üçot dərəcəsinin faizi ilə kommersiya kreditlərinin faizi arasında fərq kifayət qədər böyükdür. Ancaq banklar tərəfindən verilən ipoteka kreditləri üzrə məsələ isə qeyri-müəyyən olacaq.
Bu gün, 11:11
Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
Bu gün, 10:39
Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
Bu gün, 10:30
Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
Bu gün, 10:25
Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
Bu gün, 10:19
Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
Bu gün, 10:15
Azərbaycan neftinin qiyməti azalıb
Bu gün, 10:11
Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
Bu gün, 10:03
Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
Bu gün, 09:59
Başlıbel qətliamından 33 il ötür
Bu gün, 09:00
Banklar hansı müştərilərə kredit vermir?
Dünən, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Dünən, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Dünən, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Dünən, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Dünən, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Dünən, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Dünən, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Dünən, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Dünən, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Dünən, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Dünən, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Dünən, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Dünən, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Dünən, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Dünən, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır