"Yaxın günlərdə dollar kəskin ucuzlaşaq"
Iqtisadiyyat
Oxunub: 2 585
8 fev 2016 | 00:59
"Yaxın günlərdə dollar kəskin ucuzlaşaq"











İqtisadçı Aydın Kazımov: “Fevralın 10-dan başlayaraq, ölkə iqtisadiyyatında yeni bir tsikl başlayacaq”

Son günlərdə neftin qiymətinin nisbətən artması müxtəlif müzakirələrə səbəb olub. Artım səviyyəsi yüksək olmasa da, cəmiyyətdə müəyyən qədər nikbinlik yaranıb. Belə ki, neftin bahalaşması manatın da məzənnəsinə müəyyən qədər təsir göstərib. Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 1-i ilə müqayisədə 0,0032 manat və ya 0,2% azalaraq 1,5940 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0074 manat və ya 0,43% möhkəmlənərək 1,7400 manatadək yüksəlib. Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,37% azalaraq 0,0206 manat səviyyəsində müəyyənləşib. Bəzi ekspertlər bu “möhkəmlənmə”nin müvəqqəti xarakter daşıdığını desə də, daha nikbin fikirdə olanlar da az deyil.

İqtisadçı-ekspert Aydın Kazımov bildirib ki, Azərbaycanın maliyyə sistemindəki fəsadlar daha çox aidiyyyatı olan maliyyə qurumlarının səhlənkarlığı və banklara ciddi nəzarətin olmaması ilə bağlıdır. “Manatın dəyərdən düşməsi də müvəqqəti prosesdir. Dövlətin gördüyü tədbirlər tezliklə öz bəhrəsini verəcək. Apardığımız araşdırmalardan belə nəticəyə gəlirik ki, fevral ayının 10-dan başlayaraq, martın sonuna qədər yeni bir tsikl başlayacaq və bir ABŞ dollarının məzənnəsi 1,35-1,40 manata qədər enəcək. Artıq bölgələrdə bu proses başlayıb. Hamıya məlumdur ki, yanvar ayının sonlarında ABŞ-ın Federal Ehtiyat Fondu dolların uçot dərəcəsini qaldırmayıb, yaxın günlərdə neftin qiyməti nisbətən qalxmağa başlayacaq”, – deyə A.Kazımov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas məsələ valyuta daxilolmalarının həcmini artırmaqdır.

“Bunun üçün, ilk növbədə xaricdə yaşayan azərbaycanlılar və ya öz maliyyə ehtiyatlarını xaricdə saxlamağa üstünlük verən şəxslər Azərbaycana dollar yönəltməli, öz kapitallarını vətənə gətirməlidirlər. Bu prosesdə xalqımız da öz köməyini əsirgəməməlidir. Hər bir vətəndaşın borcudur ki, manat ehtiyatlarını dollara dəyişməsin, daha çox dollar almasın. Bu zaman daxili bazar tənzimlənəcək. Hər kəs valyutadəyişmə məntəqəsinə qaçarsa, o zaman panika da artar və dollar ajiotajı dayanmadan güclənər”, – deyə ekspert vurğulayıb. Aydın Kazımov xatırladıb ki, valyutadəyişmə məntəqələrinin ləğvindən sonra əhali dolları manata və ya əksinə dəyişmək üçün saatlarla növbəyə durur.

“Bu işi qaydasına salmaq, bütün banklarda və filiallarda növbə yaratmamaq üçün ayrıca xidmət yaratmaq lazımdır. Təkcə bir faktı xatırlatmaq istərdim. Bu günlərdə vergi ödəmək məqsədi ilə “Kapital Bank”ın Xətai rayonunda yerləşən filialına baş çəkdim. Bütün əməliyyatlar bir kassada aparılır, insanlar pul vəsaitini dəyişdirmək üçün uzun növbəyə dururdu”, – deyə iqtisadçı əlavə edib. O bildirib ki, xarici investorları Azərbaycana cəlb etmək üçün mühüm addımlar atmalı, bəzi səhmdar cəmiyyətlərin səhmlərini dünya bazarına çıxarmaq üçün tədbirlər görülməlidir. “Həmçinin, ölkədəki iqtisadi prosesləri tənzimləmək üçün yeni bir İqtisadi Şura yaratmağı təklif edərdim. Bütün maliyyə məsələləri mərkəzləşdirilmiş qaydada bu şurada müzakirə olunmalıdır”, – deyə Aydın Kazımov bildirib.

banker.az
Bu gün, 11:11
Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
Bu gün, 10:39
Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
Bu gün, 10:30
Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
Bu gün, 10:25
Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
Bu gün, 10:19
Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
Bu gün, 10:15
Azərbaycan neftinin qiyməti azalıb
Bu gün, 10:11
Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
Bu gün, 10:03
Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
Bu gün, 09:59
Başlıbel qətliamından 33 il ötür
Bu gün, 09:00
Banklar hansı müştərilərə kredit vermir?
Dünən, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Dünən, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Dünən, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Dünən, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Dünən, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Dünən, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Dünən, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Dünən, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Dünən, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Dünən, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Dünən, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Dünən, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Dünən, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Dünən, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Dünən, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır