Tikinti aparılmasına icazə qaydası dəyişib
Baş nazir qərarında dəyişiklik edib
Baş nazir Artur Rasizadə “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda dəyişikliklər edib.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Bu Qaydalar tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatına aid edilən tikinti layihələrinə şamil olunur. Qaydaya əsasən, müfəssəl plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda icazə verilir.
Bu zaman layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsinin nəzərdə tutulması və tikilməsi nəzərdə tutulan obyektin istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olması şərtləri də təmin olunmalıdır.
Dəyişikliyə əsasən müfəssəl plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə icazə verilməsi şərtləri artırılıb. Artıq ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri də bu halda icazə verilməsi üçün əsas götürüləcək.
Digər dəyişiklik isə odur ki, artıq yerli icra hakimiyyəti orqanlarının məlumatlandırma icraatı həyata keçirilməsi tələb olunan insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı layihələri yol verilən mərtəbələrinin say həddi daxilində məhdudlaşdırması səlahiyyəti də olmayacaq.
Bundan əvvəl yerli icra hakimiyyəti orqanlarının məlumatlandırma icraatı tələb olunan mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı layihələri yol verilən mərtəbələrinin say həddi daxilində məhdudlaşdırması səlahiyyəti yox idi.
Bu gün, 11:11
Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
Bu gün, 10:39
Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
Bu gün, 10:30
Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
Bu gün, 10:25
Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
Bu gün, 10:19
Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
Bu gün, 10:15
Azərbaycan neftinin qiyməti azalıb
Bu gün, 10:11
Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
Bu gün, 10:03
Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
Bu gün, 09:59
Başlıbel qətliamından 33 il ötür
Bu gün, 09:00
Banklar hansı müştərilərə kredit vermir?
Dünən, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Dünən, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Dünən, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Dünən, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Dünən, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Dünən, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Dünən, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Dünən, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Dünən, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Dünən, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Dünən, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Dünən, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Dünən, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Dünən, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Dünən, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır