Gəncənin içməli su və kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin birinci mərhələsi başa çatıb - FOTO
“Azərsu” ASC Gəncə şəhərində istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərinin birinci mərhələsi yekunlaşıb.
Layihənin ilkin mərhələsində su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi işləri aparılıb. Gəncənin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi məqsədəuyğun hesab edilib. Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək 3 su mənbəyi – Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay su anbarı seçilib.
Layihənin birinci mərhələsi çərçivəsində Göygöl su mənbəyi üzrə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bu mərhələdə su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan drenaj sistemi bərpa edilib, tutumu 4 000 kubmetr olan 1 ədəd su anbarı inşa edilib və su mənbəyindən anbaradək 24,5 km uzunluğunda magistral su kəməri çəkilib. Bu mənbə hesabına Gəncə şəhərinin 20%-i və ya 63 min nəfər sakini 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq. Yaxın günlərdə Gəncə şəhərinə bu mənbədən içməli suyun verilməsinə başlanılacaq.
Şəhəri içməli su ilə təmin edən digər mənbədə - Qızılqayada bərpa işləri həyata keçirilib, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilib, 9,5 km anbarlararası su xətləri çəkilib. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə yekunlaşmaq üzrədir. Gəncənin içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan götürüləcək su 27,5 km uzunluğunda magistral kəmərlə Qızılqaya ərazisində inşa edilən və sutkalıq məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcək. Hazırda magistral su kəmərinin inşası davam etdirilir.
Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə yanaşı Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılıb. Layihəyə əsasən inşası nəzərdə tutulan 576 km uzunluğunda paylayıcı su xəttinin 30 km-lik, 582 km uzunluğunda kanalizasiya şəbəkəsinin isə 32 km-lik hissəsi çəkilib. Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
Gəncədə çoxmərtəbəli yaşayış binalarına smart-kart tipli su sayğaclarının quraşdırılmasına da başlanılıb. İndiyədək 119 binada 7 minə qədər abunəçi smart-kart sayğaclarla təmin olunub. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq.

Bu gün, 16:00
"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Bu gün, 15:30
ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
Bu gün, 14:25
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
Bu gün, 14:22
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
Bu gün, 14:22
Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
Bu gün, 13:31
Sabah 31° isti olacaq
Bu gün, 13:27
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Bu gün, 13:11
Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
Bu gün, 12:34
İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
Bu gün, 12:22
Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Bu gün, 12:19
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır - Fərman
Bu gün, 12:15
AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bu gün, 11:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
Bu gün, 11:00
İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
Bu gün, 10:56
Bakıda maşın atla toqquşdu
Bu gün, 10:48
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Bu gün, 10:45
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Bu gün, 09:54
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı
Bu gün, 09:51
Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:43
Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
Bu gün, 09:38
Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
Bu gün, 09:33
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Bu gün, 09:30
Türkmənistan Prezidenti də Bakıdadır - Foto
Bu gün, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
Dünən, 16:00
Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
Dünən, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Dünən, 14:22
Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"