Bakıda “lombard bumu”: Bankdan qaçanlar niyə lombardlara üz tutur?
Iqtisadiyyat
Oxunub: 1 633
1 apr 2015 | 13:46
Bakıda “lombard bumu”: Bankdan qaçanlar niyə lombardlara üz tutur?
Banklarda kredit şərtlərinin ağırlaşdırılması, o cümlədən devalvasiya nəticəsində dollarla kreditləşməyə üstünlük verilməsi daha yüngül tələblə, amma yüksək faizlə borc verən lombardların bazarını genişləndirib. Son iki ayda lombardların sayının artdığı müşahidə edilir. Maraqlıdır, lombardların şərtləri də dəyişibmi?

Devalvasiya lombardlara təsir etməyib

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, lombard sistemində hər hansı dəyişiklik baş verməyib: “Əvvəlki qaydada kreditləşməni davam etdirirlər. Amma lombardlara müraciətlər artıb. Bu da banklar tərəfindən verilən kreditlərə qarşı tələblərin sərtləşdirilməsi ilə əlaqəlidir. Əgər xatırlayırsınızsa, ötən ildən banklar istehlak kreditinin verilməsi üçün iş yerindən arayış tələb etməyə başlayıblar. Bu addımın nəticəsi olaraq bir çox vətəndaşlar banklara deyil, məhz lombardlara üz tutmağa üstünlük verdilər”.

Lombardların sayı 2 dəfə artaraq 1200-ə çatıb

Ekspert bildirir ki, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı 2 dəfə artaraq 1200-ə çatıb: “Lombardların təklif etdiyi xidmətlərdən istifadə edən insanların sayı 2,5 dəfə artıb. Onların kredit üzrə faiz dərəcəsi 36%-i üstələyir. Bu isə lombardların əhaliyə bahalı kreditlər təqdim etdiyinin əsas göstəricisidir. Bununla yanaşı, bəzi vətəndaşların banklara müraciət etdikləri zaman kredit ala bilməməsi nəticəsində lombardlara üz tutan insanların sayı gündən-günə artır”.

İqtisadçı deyir ki, lombardlar kredit verən zaman girov qismində alınan zinət əşyaları üçün 30% daha ucuz qiymət müəyyən edirlər: “Yəni dəyəri 1000 manat olan zinət əşyası təqdim edən şəxsə 600 manat məbləğində kredit verilir”.

“Lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımır”

Onu da nəzərə almaq lazımdır ki, lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımır. Bəzən elə hallar olur ki, lombardlar fəaliyyətini dayandırır və heç kimi bu barədə məlumatlandırmırlar. Bəzən isə lombard sahibləri özlərinə lazım olan zinət əşyalarını topladıqdan sonra ofisi bağlayır və başqa bir ərazidə məskunlaşırlar. Bütün bunlardan isə müştərilərin xəbəri olmur və təbii olaraq, müştərilər onları artıq tapa bilmirlər: “Bütün bu faktları nəzərə alaraq söyləyə bilərəm ki, ölkədə lombardların fəaliyyətinə nəzarət edən sistem yaradılmalı və ciddi mexanizm hazırlanmalıdır”.

Bu arada onu da deyək ki, Nazirlər Kabinetinin qərarına əsasən, lombardlar onlara verilən lisenziya əsasında fəaliyyət göstərir.
Bu gün, 11:11
Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
Bu gün, 10:39
Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
Bu gün, 10:30
Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
Bu gün, 10:25
Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
Bu gün, 10:19
Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
Bu gün, 10:15
Azərbaycan neftinin qiyməti azalıb
Bu gün, 10:11
Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
Bu gün, 10:03
Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
Bu gün, 09:59
Başlıbel qətliamından 33 il ötür
Bu gün, 09:00
Banklar hansı müştərilərə kredit vermir?
Dünən, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Dünən, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Dünən, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Dünən, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Dünən, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Dünən, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Dünən, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Dünən, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Dünən, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Dünən, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Dünən, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Dünən, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Dünən, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Dünən, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Dünən, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır