Ərəblərdən savayı Azərbaycana bu turistlərin də axını olacaq
Iqtisadiyyat
Oxunub: 779
14 sen 2017 | 10:42
Ərəblərdən savayı Azərbaycana bu turistlərin də axını olacaq













"Azərbaycana gələn turistlərin sayı artıb. Bunu gözlə də görmək olur. Bu artım bizi qane edir. Qane etməyən bir şey var ki, əhalimiz, vətəndaşlarımızın hamısı özünü hələ ki, turizm sənayesinin tam üzvü hesab etmir. Bəzi hallarda turistləri aldadırlar. Xüsusən də restoranlarda və nəqliyyatda.

Digər tərəfdən, bəzi insanlar bu rəngarəngliyi qəbul etmir. Hətta cəmiyyətdə bir qism insanlarda ksenofobiya da var. Yəni çoxlarında göz əsasən avropalılara, MDB ölkələrindən gələnlərə öyrəşib, amma ərəblərə yox. Ona görə də cəmiyyətin bir hissəsində onlara qarşı, ələlxüsus, milli-dini geyimdə olanlara fərqli yanaşma var. Bax, bu məsələ ümumi işimizə mane olur".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.
Büronun sözçüsü qeyd edib ki, hamı elə bilir ki, ərəblər Azərbaycana birdən-birə gəlib, amma əslində elə deyil: "Bu, uzun illərdir görülən sistemli işin, həyata keçirilən tədbirlərin nəticəsində baş verib. Sadəcə qapılarımıız turistlərin üzünə indi geniş açılıb və onlar da gəlməyə başlayıblar. Əvvəllər infrastruktur hazırlanırdı. Yolların çəkilməsi, otellərın tikilməsi, hava limanlarının açılması və s. hamısı şərt idi. Bunlar edildi və daha sonra turistlərin axını başladı. İndi qarşıya Azərbaycana 4,5 milyon turist cəlb etmək vəzifəsi qoyulub. Onları də qəbul etmək üçün müvafiq infrastruktur yaradlacaq".

K.Quluzadənin sözlərinə görə, cəmiyyətin bir qismindəki bu mənfi yanaşmanı aradan qaldırmaq üçün tədbirlər görüləcək: "İndi biz Çin istiqamətində xüsusi iş aparırıq. Biz Cənubi Çin aviaşirkəti ilə birgə Azərbaycana Çinin ən çox tanınmış 10 səyahətçi bloqerlərini gətirdik. Onlar Azərbaycanı gəzdilər, burda çəkilişlər apardılar, maraqlandılar, vəziyyətlə yerindəcə yaxından tanış oldular. Yəni biz hazırda sosial şəbəkələr səviyyəsində təbliğat aparırıq. Çin isə il ərzində dünyaya 135 milyon turist verir. İndi biz çinliləri bura cəlb edəcəyik. Bəs onda cəmiyyətdəki həmin insanlar nə edəcək? Biz cəmiyyətimizdə deyilən o tolerantlığımızı həm sözdə, həm də əməldə göstərməli, rənagrəngliyə öyrəşməliyik. Dünya rəngarəngdir və artıq dünya Azərbaycana gəlir. Bu öyrəşməni də təbii ki, təbliğat və maarifləndirmə yolu ilə etməliyik. Biz KİV-lər vasitəsilə bu işi güclədirməyi planlaşdırırıq. Bu yaxınlarda artıq Milli Turizm Təbliğat Bürosunun özünün hazırladığı xüsusi televiziya və radio verilişləri olacaq. Bundan əlavə, sosial şəbəkələrdə də təbliğat işləri davam etdiriləcək".
Bu gün, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Bu gün, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Bu gün, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Bu gün, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Bu gün, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Bu gün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bu gün, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Bu gün, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Bu gün, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Bu gün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Bu gün, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Bu gün, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?