“Manat üçün külli miqdarda vəsait xərclənib”
Ötən həftə Mərkəzi Bank valyuta siyasətində dəyişiklik edərək, tam “üzən məzənnəyə” keçid etdi. Bununla yanaşı, kommersiya bankları üçün alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja da ləğv edildi. Verilən qərarların nəticəsində valyuta bazarında sərbəstlik əldə edən bankların məzənnəni özləri müəyyənləşdirəcəyi bildirilib.
“Yeni Müsavat” yazır ki, bununla bir növ, banklara sərbəstlik verilib. Ekspertlər hesab edirlər ki, bu qərardan sonra “qara bazar” tədricən ləğv olunacaq və xarici valyutanın alqı-satqısı banklar vasitəsi ilə həyata keçiriləcək. Bəs, belə olan təqdirdə ölkədə uzun müddətdir ki, bağlı qalan valyutadəyişmə məntəqələri açıla bilərmi?
Qəzet əməkdaşları paytaxt ərazisində vaxtilə fəaliyyət göstərən bir neçə valyutadəyişmə məntəqəsinin yerləşdiyi ünvanda olub. Lakin bu məntəqələrin hələ də fəaliyyət göstərmədiyi müşahidə edilib. Eyni zamanda onların yerləşdiyi obyektlər də başqa bir iş üçün icarəyə verilməyib. Obyektlərin üzərində indi də “mübadilə şöbəsi” yazısına rast gəlinir.
Qəzetə açıqlama verən deputat Vahid Əhmədov bildirib ki, valyutadəyişmə məntəqələrinin açılması maliyyə bazarlarında nəzərdə tutulan məsələlərə baxır: “Bu məntəqələr ona görə bağlanmışdı ki, ”qara bazar"la bağlı ciddi problemlər yaranmışdı. Ona görə də bütün banklara göstəriş verdilər ki, öz filiallarında dəyişməni sürətləndirsinlər. Ümumiyyətlə, dünyada faktiki olaraq valyutadəyişmə məntəqələri yalnız bankların nəzdində olub. Bankların nəzdindəki bu məntəqələrdə isə istənilən halda valyutanı gedib dəyişmək olur. Xarici dövlətlərdə vəziyyət bu cürdür. Valyutadəyişmə məntəqələri Sovet sistemindən sonra yaranmış müstəqil dövlətlərdə əmələ gəlib. Ancaq mənə elə gəlir ki, əgər banklar öz fəaliyyətlərini normal şəkildə qurarlarsa və valyuta dəyişməsində heç bir problem olmazsa, o zaman heç bu məntəqələrə də ehtiyac olmaz. Burada əsas məsələ ondan ibarətdir ki, indi “üzən məzənnə”dən, tam “üzən məzənnə”yə keçirilir. Ancaq düşünürəm ki, hələ ki buna müəyyən qədər vaxt lazımdır. Doğrudur, Dövlət Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manatlıq transfer edildi. Ancaq düşünürəm ki, tam “üzən məzənnə” siyasətinə birdən-birə keçid etmək olmaz. Birdən-birə keçid etmək həm manatın məzənnəsi, həm əhali, həm də sahibkarlar üçün çox ciddi problemlər yarada bilər".
V. Əhmədov manatın bundan sonrakı məzənnəsi ilə bağlı aşağıdakıları söyləyib: “Bundan sonra manatın məzənnəsində hansı dəyişikliklərin olması Mərkəzi Bankın apardığı siyasətdən asılıdır. Misal üçün mən, Mərkəzi Bankın yerində olsaydım, qısa müddət üçün manatın məzənnəsini stabil saxlayardım. Çünki bu il Azərbaycanda iqtisadiyyatın inkişafı ili kimi nəzərdə tutulub və ”strateji yol xəritəsi" yaradılıb. Ancaq bir məqam da var ki, manat onsuz da gec-tez öz həqiqi dəyərini almalıdır. Biz daim manata vəsait xərcləməli deyilik ki. İndiyə qədər onsuz da manata külli miqdarda vəsait xərclənib. Bu baxımdan hesab edirəm ki, artıq yavaş-yavaş manat bazarda öz həqiqi dəyərini almalıdır. O zaman nə “qara bazar” olacaq, nə də başqa məsələlər yaranacaq. Burada bizi narahat edən iki əsas məsələ var. Birincisi, idxal və ixrac əməliyyatlarıdır. Yəni ixrac idxalı üstələməlidir ki, problem yaranmasın, müsbət saldo olsun. Misal üçün, 2016-cı ildə 5 milyard manata yaxın mənfi saldo ticarət balansı yarandı. Bu, yaxşı hal deyil. Bir də ki, vəziyyət əsasən neftin qiymətindən asılıdır. Bütün bunlar fonunda düşünürəm ki, hazır etdiyimiz “strateji yol xəritəsi”nə uyğun olaraq, qeyri-neft sektorunun inkişafı ilə ciddi məşğul olmaq lazımdır".
Vahid Əhmədov 4 faizlik marjanın ləğv olunması məsələsinə də toxunub: “Mən daha öncədən də deyirdim ki, buna ehtiyac yoxdur. Çünki 4 faizlik marja nədən ötrü ayrılmışdı? Banklar nə edirdilər və onların funksiyası nədən ibarət idi? Onların funksiyası hərracdan alınan vəsaiti aparıb əhaliyə, biznesmenlərə və sairə vermək idi. Bu, 0.5 -0.7 faiz olsaydı yenə də başa düşmək olardı. Ancaq 4 faizlik marja faktiki olaraq banklara mənfəət gətirirdi. Yuxarıda qeyd etdiyim kimi, tam ”üzən məzənnə" siyasətinə indi keçmək olmaz. Bunun üçün bir çox məsələlər öz həllini tapmalıdır. Hələ ki Mərkəzi Bank tənzimləmə siyasəti aparacaq ki, ciddi problemlər yaranmasın".
Bu gün, 12:32
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bu gün, 10:06
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Bu gün, 10:02
“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...
Bu gün, 09:44
Varlılar Mamdaniyə görə şəhəri tərk edir
Bu gün, 09:39
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - Foto
Bu gün, 09:00
Azərbaycanda Qələbə Günü qeyd olunur
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO