Əhaliyə böyük müjdə - SON DƏQİQƏ
Iqtisadiyyat
Oxunub: 21 668
6 yan 2017 | 06:30
Əhaliyə böyük müjdə - SON DƏQİQƏ












Pensiya, müavinət və maaşlar artırılır - RƏSMİ

Ötən 2016-cı il bizim üçün bir tərəfdən həm yaxşı oldu, həm də gərgin və çətin il oldu. Gərginlik və çətinlik dünyada gedən ümumi proseslər fonunda devalvasiya və neftin qiymətinin dünya bazarında aşağı düşməsi ölkədə ümumi iqtisadi vəziyyətə mənfi təsir etdi. Bütün bunlara, yaşanan böhranlara baxmayaraq, Azərbaycan ildən ilə inkişaf edir.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev 2016-cı ilin yekunlarının şərhi və növbəti illə bağlı proqnozlarını Milli.Az-a açıqlayarkən deyib.

Millət vəkilinin sözlərinə görə, yaşanan çətinliklərə baxmayaraq, Azərbaycanda sosial xərclər azaldılmadır: "Ötən il ölkədə səhiyyə, təhsil, mədəniyyət, idman sahəsində sosial layihələr davam etdirildi. Pensiya və müavinətlər qaldırıldı. Növbəti ilin büdcəsi təsdiq olunarkən bütün sosial məsələlər orada öz həllini tapdı. Yəni heç bir sosial sahədə azalma olmadı. Düzdür, böyük layihələrdə xərclərin azaldımasına gedildi, amma sosial məsələlərdə, xüsusən də pensiya və müavinətlərdə yox. 2017-ci ilin büdcəsində pensiya, müavinət və maaşların mütəmadi artırılması nəzərdə tutulub. Müxtəlif sosial layihələr yenə həyata keçiriləcək. Baxın görün nə qədər yollar salınır, bağçalar açılır. Bunlar yenə də davam etdiriləcək".

Komitə sədrinin müavini qeyd edib ki, bu böhran təkcə Azərbaycanla bağlı deyil: "İndi bütün dünyada proses ağır gedir. Amma Azərbaycan bu vəziyyətdən çıxacaq. Baxın, cənab pezident, demək olar ki, hər gün müxtəlif, xüsusən də vergi, gömrük, kənd təsərrüfatı və s. sahələr üzrə hansısa məsələ ilə bağlı sərəncam, fərman və əmrlər verir. Məqsəd də odur ki, Azərbaycan yaranmış çətin vəziyyətdən çıxsın və xalqımız daha yaxşı dolansın, sosial və maddi rifahı yaxşılaşsın, rahat yaşasın. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, həm böhran olsun, həm də inkişaf getsin. Amma Azərbaycan yaranmış vəziyyətə baxmayaraq inkişaf edir. Düzdür, buna nail olmaq çox çətindir, lakin dövlət başçısının səyi və hökumətin gördüyü tədbirlər öz səmərəsini verir".

R.Əliyev hesab edir ki, indi əsas məsələ, ilk növbədə, əhalinin yaxşı yaşamasını təmin etməkdir: "Biz də millət vəkili kimi bölgələrdə olmalı, seçicilərimizin problemlərini öyrənməli, həllini tapması üçün onları müəyyən qurumların qarşısında qaldırmalıyıq. Elə olur ki, hansısa məsələ həllini tez tapır, hansına görəsə bir az gözləmək lazımdır. Amma insanlar bilməlidirlər ki, həm deputatlar, həm icra orqanları, bələdiyyələr və digər strukturlar onlarla yaxından maraqlanır. Düzdür, bəzi problemlər hələ qalır, tam aradan qalxmayıb, amma inanıram ki, onların əksəriyyəti 2017-ci ildə öz həllini tapacaq və xalqımız yenə də firavan yaşayacaq. Bu çətin mərhələdə hamı bir-birinə kömək, dəstək olmalıdır, əks halda heç nəyə nail ola bilməyəcəyik. Çalışmalı, hamımız bir nöqtəyə vurmalı, Azərbaycanı yeni uğurlara doğru aparmalıyıq".
Bu gün, 12:32
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bu gün, 10:06
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Bu gün, 10:02
“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...
Bu gün, 09:44
Varlılar Mamdaniyə görə şəhəri tərk edir
Bu gün, 09:39
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - Foto
Bu gün, 09:00
Azərbaycanda Qələbə Günü qeyd olunur
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO