Ölkədə səs-küylü həbslər: panika yaradan işbazlara qarşı - Təfərrüat
Iqtisadiyyat
Oxunub: 1 109
17 dek 2016 | 08:56
Ölkədə səs-küylü həbslər: panika yaradan işbazlara qarşı - Təfərrüat








Ölkədə dolların qara bazarda satışı ilə bağlı gedən əməliyyatların bahalaşma panikası yaradan işbazlara qarşı da aparılacağı gözlənilir

Bu barədə Politika.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub.

Xəbərə görə, bazarlarda süni ajiotaj yaradan, məqsədli şəkildə marketlərdə bahalaşmaya səbəb olanların cəzalandırılmasına hazırlıq gedir. Yaxın günlərdə səs-küylü həbslərin olacağı və işbazların ifşa ediləcəyi bildirilir.

Onlar dövlət rəhbərinin iqtisadi siyasətinə və antiböhran proqramına ziddi fəaliyyət göstərməklə əhalini narazı salır, bazarlarda süni qiymət artımına şərait yaradır, panikaya səbəb olur.

Azərbaycandakı bahalaşmada manatın dəyərdən düşməsi az rol oynamır. Çünki ölkənin istər hazır məhsul, istərsə də xammal baxımından idxaldan ciddi asılılığı var. Nəticədə idxal olunan məhsul özü ilə inflyasiya da gətirir.

Əslində, qeyri-neft sektoru inkişaf etsə idi, manatın dəyərdən düşməsi bu qədər bahalaşma yaratmazdı. Qeyri-neft sektoru isə nəinki inkişaf edir, hətta kiçilmədə neft sektorunu geridə qoyub.

Bu tərəfdən də işbazlar bazarlarda süni qiymət artımı yaradır.

Ölkə başçısı bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədər bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmağa cəhd edirlər, bu baxımdan istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır.

Prezident süni qiymət artımının qarşısını almaq üçün aidiyyatı qurumlara və prokurorluq orqanlarına ciddi tapşırıqlar verilib.

“O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır.

Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun»-deyə ölkə başçısı çıxışlarının birində qeyd edib.

Həqiqətən də dövlət qurumları ciddi yoxlamalar aparmalıdır. Süni qiymət artıranlar müəyyən edilməli və onlara qarşı cəzalar tətbiq edilməlidir. Əks halda sahibkarlıq, biznes mühiti daha da pisləşə bilər.
Bu gün, 10:06
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Bu gün, 10:02
“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...
Bu gün, 09:44
Varlılar Mamdaniyə görə şəhəri tərk edir
Bu gün, 09:39
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - Foto
Bu gün, 09:00
Azərbaycanda Qələbə Günü qeyd olunur
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO
7-05-2026, 16:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ