Deputat siqaret mafiyasının başına necə keçdi? - Müdhiş təfərrüat

Deputat Rüfət Quliyevin siqaret mafiyasının başına necə keçməsinin təfərrüatı üzə çıxıb. Millət vəkilinin ölkənin əsas tütün istehsalçısı olan “European Tobacco”ya sahiblənməsi haqda ilginc faktlar meydana çıxıb.
1996-97-ci illərdə Bakı Tütün Kombinatı qalmaqal yaşanıb. O zaman Bakı Tütün Kombinatı ətrafında baş verənlər ölkəmizdə qeyri-neft sektorunun perspektivləri, xarici investisiya və texnologiyalar gəlməsi perspektivləri barədə aydın mənzərə yaratdı.
Dünyada ən böyük siqaret istehsalçılarından biri olan, Camel, Winston və başqa brendlərin sahibi olan ABŞ şirkətinin - RJ Reynolds Tobacco başına gətirilənlər sonra Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyan başqa şirkətlərin də başına gətiriləcəkdi.
RJ Reynolds 25 mln dollar sərmayə qoydu. 90-cı illərdə Azərbaycanın illik büdcəsi heç 1 mld dollara çata bilməyəndə bu böyük məbləğ idi.
Bu şirkət Bakı Tütün Kombinatının sovetdən qalma şişirdilmişştatlarındakı işçilərə böyük məbləğdə kompensasiyalar verdi və yola saldı. İşçilərin bir hissəsini saxladı. Zatən gətirdiyi avadanlıq və konveyerlərdə onun çoxsaylı işçilərə ehtiyacı yox idi.
RJ Reynolds Bakı Tütün Kombinatının yalnız 50%-nin sahibi idi. Qalan hissə hökumətdə idi.
O zamankı araşdırmalara görəölkəyə gətirilən siqaretin cəmi 3-cə faizi gömrükdə rəsmiləşdirilirdi, vergi və rüsumlara cəlb olunurdu. Milyonlarla dollar vergi məbləğləri büdcədən yayındırılırdı.
Politika.Az xəbər verir ki, media eksperti Rəşid Hacılı bu məsələnin tam sirrini açıb. RJ Reynoldsun İsveçrədə istehsal etdiyi, Azərbaycana idxal olunmuş siqaretləri o qədər ucuz satılırdı.
Bunu Azərbaycanda ucuz işçi qüvvəsi və başqa xərclər olmasına baxmayaraq istehsal edib satmaq sərfəli deyildi. Təbii ki, vergiləri ödəməklə. Ödəməsən onda sərf edərdi.
Amma RJ Reynolds bunu edə bilməzdi. Belə qanunsuz yolla işləyə bilməzdi. İkili mühasibat apara bilməzdi. Korporasiya daxilində korrupsion sistem qura bilməzdi.
Bu səbəbdən RJ Reynolds araşdırma apardı, hökumətə israrla təkliflər verdi. Xahiş etdi ki, siqaret qaçaqmalçılığını aradan qaldırsın. 100% də olmasa heç olmasa 60-70% rəsmiləşdirsin.
RJ Reynolds tezliklə bu təkliflərinin qurbanı oldu. Az sonra Bakı Tütün Kombinatının böyük məbləğdə kompensasiya alaraq ixtisar edilmiş keçmiş direktoru, sex müdirləri və bəzi işçiləri guya hüquqlarının pozulduğu bəhanəsiylə etiraz mitinqlərinə başladılar.
Bir qədər sonra yuxarıdakıların məsləhətiylə məhkəməyə getdilər. İlyarım əvvəl qanunu əsaslarla, qanunda nəzərdə tutulandan daha artıq kompensasiya alıb, hətta razılıq ərizələri belə yazmış bəzi öyrədilmiş işçilərin şikayətini Nizami məhkəməsi qəbul etdi.
Bir qədər də keçəndən sonra fabrikin xarici rəhbərləri barədə cinayət işi başladılar. Guya əmək hüquqlarını pozublar. Nələri vardı dəyər dəyməzinə alıb RJ Reynoldsu yola saldılar.
Onun yerini məhz Azərbaycana siqaret idxal edənlərin qurduğu European Tobacco tutdu.Artıq uzun illərdir işləyir. İndi bilinmir ki, RJ Reynoldsun təklif etdiyi 30 mln dolları hər il dövlət büdcəsinə verir ya yox.Halbuki, qanunla deputatın biznes fəaliyyəti qadağandır. Azərbaycanda isə illərdir ki, “EUROPEAN TOBACCO Baku” fabrikinə deputat rəhbərlik edir.
Şirkət “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.
“European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. Bu isə R. Quliyevin İdarə Heyətinin sədri olduğu “European Tobacco Baku” ASC-nin həm də inhisarçılıqla məşğul olduğunu göstərir
Bu gün, 10:06
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Bu gün, 10:02
“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...
Bu gün, 09:44
Varlılar Mamdaniyə görə şəhəri tərk edir
Bu gün, 09:39
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - Foto
Bu gün, 09:00
Azərbaycanda Qələbə Günü qeyd olunur
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO
7-05-2026, 16:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ