Əhali buna hazır ol - gözlədiyiniz xəbər - TƏCİLİ
Iqtisadiyyat
Oxunub: 9 561
12 dek 2016 | 19:58
Əhali buna hazır ol - gözlədiyiniz xəbər - TƏCİLİ








“Əhalini dolların bahaşlamasına hazırlayırlar”

Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Azərbaycanda tam “üzən məzənnə”yə keçidlə bağlı işlər aparıldığını və bu proqramın tezliklə ictimaiyyətə təqdim ediləcəyini bildirib

Qeyd edək ki, ötən ilin sonunda E.Rüstəmov “üzən məzənnə”yə keçidi rəsmi şəkildə elan etmişdi. Bununla belə, müəyyən hallarda bazara Mərkəzi Bank tərəfindən müdaxilələr edilirdi. Bəs, tam “üzən məzənnə”yə keçidə hazırlıqla bağlı açıqlama nədən xəbər verir?

“Əhalini dolların bahaşlamasına hazırlayırlar”

İqtisadi ekspertlər bildirirlər ki, Mərkəzi Bank sədrinin tam “üzən məzənnə” açıqlaması əhalini dolların bahalaşmağa davam etməsinə hazırlamaqdan xəbər verir. Ekspert Ramin Rəhimov bildirib ki, indiyə qədər Mərkəzi Bank müəyyən hallarda bazara dollar çıxarırdı, hərraclarda iştirak edirdi. Bundan əlavə, bəzi hallarda hərracın nəticəsindən aslı olmayaraq məzənnəyə müdaxilə edirdi.

Mərkəzi Bank hərraca pul çıxarmayacaq

Tam “üzən məzənnə”yə keçid nəticəsində artıq bu proses dayanacaq. Onun sözlərinə görə, AMB-nin ehtiyatları 4 milyard dollara qədər azaldığından psixoloji həddi keçməmək üçün valyuta hərraclarına dollar çıxarmağı dayandıracaq.

Banklar dolları ABM-nin məzənnəsi ilə satacaq

Eyni zamanda, bankların dollar satışına qoyulan +-4% spred aradan qaldırılacaq. Banklar AMB-nin məzənnəsinə uyğun olaraq valyutadəyişmə əməliyyatlarını həyata keçirəcəklər. Ekspert hesab edir ki, tam “üzən məzənnə”yə keçidin ilkin mərhələsində ola bilsin ki, bankların 4%-lik marja ilə dollar satışı davam etsin. Bu da yarana biləcək manipulyasiyanın qarşısını almaq məqsədinə xidmət edir.

Manatın taleyi hərracın nəticəsindən asılı olacaq

Ümumilikdə bütün bu sadalananlar isə o deməkdir ki, manatın məzənnəsi valyuta hərracının nəticəsindən birbaşa aslı olacaq. Yəni, valyuta hərracının sonunda müəyyən olunan kurs qüvvədə olacaq və Mərkəzi Bank məhz həmin kursa hər hansı dəyişiklik etməyəcək. O bildirib ki, AMB hərraca dollar çıxarılışını dayandırsa da, Neft Fondu bazara dollar çıxarmaqda davam edəcək.

Hazırda dolların real qiyməti 2 manatdan yüksəkdir

Manatın məzənnəsinə gəlincə, ekspert hazırda dolların real qiymətinin 2 manatdan yüksək olduğunu açıqlayıb. Onun sözlərinə görə, tam “üzən məzənnə” dövründə manatın taleyi əsasən neftin qiymətindən asılı olacaq.

FED-in müsbət cavabı dolları 1,85-də saxlaya bilər

R.Rəhimovun sözlərinə görə, OPEC ölkələrinin hasilatı azaltmaq qərarı hazırda neftin qiymətinin 54-55 dollara qədər yüksəlməsinə səbəb olub. Neftin qiyməti bu həddən aşağı düşməzsə, dolların bahalaşma sürəti azalacaq. Həmçinin, bu həftə ərzində FED-in növbəti yığıncağında uçot dərəcəsinin artırılması məsələsi müzakirə olunacaq. FED bu dəfə uçot dərəcəsini artırmazsa, neftin hazırki qiyməti ilə dolların məzənnəsi 1,85 manat səviyyəsində qala bilər. (Fins.az)
Bu gün, 10:06
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Bu gün, 10:02
“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...
Bu gün, 09:44
Varlılar Mamdaniyə görə şəhəri tərk edir
Bu gün, 09:39
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - Foto
Bu gün, 09:00
Azərbaycanda Qələbə Günü qeyd olunur
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO
7-05-2026, 16:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ