Mərkəzi bank qərar verdi - şad xəbər
Iqtisadiyyat
Oxunub: 5 357
13 noy 2016 | 07:20
Mərkəzi bank qərar verdi - şad xəbər









Mərkəzi bank qərar verdi - Manatı dirçəltmək üçün bu addımlar atılacaq (Siyahı)

Mərkəzi Bank 2016-cı ilin 9 ayı üzrə "Pul siyasəti icmalı”nı yayımlayıb

Politika.Az xəbər verir ki, İcmalda deyilir ki,2016-cı ilin 9 ayında pul siyasəti alətləri üzrə qərarlar inflyasiya risklərinin qiymətləndirilməsi əsasında və manata etimadın artırılması istiqamətində qəbul edilmişdir. Eyni zamanda, Mərkəzi Bank ortamüddətli dövrdə dayanıqlı qiymət sabitliyinə imkan verən siyasət rejimi və əməliyyat çərçivəsinin formalaşdırılması istiqamətində səylərini gücləndirmişdir.

Hesabat dövründə makroiqtisadi proqnozları nəzərə alaraq milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar etmişdir.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi mərhələlərlə 3%-dən 15%-ə, faizdəhlizinin aşağı həddi 0.1%-dən 12%-ə, yuxarı həddi isə 5%-dən 18%-ə yüksəldilmişdir. Faiz dəhlizinə dair qərar qəbul edərkən makroiqtisadi vəziyyətlə yanaşı, dövlət qiymətli kağızlarının gəlirliyi üzrə dinamika da nəzərə alınmışdır.

Dövr ərzində, eyni zamanda, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddətinin 1 gündən 7 günədək uzadılmasına dair qərar verilmişdir. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyat larından (vəsaitlərin yerləşdirilməsi, vəsaitlərin cəlb olunması məqsədilə istifadə olunan pul siyasəti alətləri) öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə edə bilərlər.

2016-cı ilin iyun ayından etibarən Mərkəzi Bank likvidliyin sterilizasiyası məqsədilə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlanmışdır. Hesabat dövründə 13 hərrac keçirilmiş və nəticədə cəlb edilmiş depozitlərin həcmi 555 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 8.95% təşkil etmişdir. Sentyabr ayının sonuna depozit hərracları vasitəsilə cəlb edilən vəsaitin qalığı 109 mln. manat təşkil etmişdir. Depozit əməliyyatları həm də pul bazarının inkişafı və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinə yönəlmişdir.

Dövr ərzində pul kütləsinin həcminin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə məcburi ehtiyatnormalarından da istifadə olunmuşdur.

Dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 3 mart 2016-cı il tarixli qərarı ilə məcburi ehtiyat norması banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə 0.5%-dən 1%-ə yüksəldilmiş, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə isə 0.5%-dən 0%- ə endirilmişdir. Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılmışdır.

Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etmiş və iyun ayından etibarən məcburi ehtiyatları yeni normaya uyğun saxlamağa başlamışlar. Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələmişdir.

AMB-nin pul siyasəti alətlərində dəyişikliklər

Qərarlar

-Likvidlik əməliyyatları üzrə faizlərin yüksəldilməsi:

Dəhlizin yuxarı həddi 15%- dən 18%-ə, aşağı həddi 4%-dən 12%-ə, uçot dərəcəsi 9.5%-dən 15%-ə qaldırılmışdır;

– Çərçivə alətlərinin müddətinin 1 gündən 7 günə qaldırılması;

Məcburi ehtiyat normasının dəyişdirilməsi: Xarici valyutada öhdəliklər üzrə norma 0,5%- dən 1%-ə yüksəldilmiş, qeyri-rezident maliyyə sektoru və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0,5%-dən 0%-ə endirilmişdir;

– Depozit hərraclarının keçirilməsinə başlanması: İyundan başlayaraq 13 hərrac keçirilmişdir.

Nəticələr

– İnflyasiya təzyiqlərinin yumşaldılması:

-Mərkəzi Bankın likvidliyi sterlizasiya imkanlarının yüksəldilməsi;

-Mərkəzi Bankdan likvidlik dəstəyinə tələbin azaldılması;

-Milli valyutada depozitlər üzrə faiz dərəcələrinin artmasının təşviqi;

– Dollarlaşma səviyyəsinin azaldılması;

– Bank sektorunda maliyyə sabitliyinin qorunması.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu