Dollar bu həddə qədər bahalaşacaq
Iqtisadiyyat
Oxunub: 1 134
10 avq 2016 | 18:53
Dollar bu həddə qədər bahalaşacaq









Məzənnə elə “üzür” ki, növbəti devalvasiyaya ehtiyac qalmır

“Üzən məzənnə”yə keçid maraqlı mənzərə ortaya çıxarıb. Bizimyol.info portalı Milli Bankın web-saytına istinadən araşdırma aparıb və məlum olub ki, devalvasiya hər gün baş verib.

Yeni məzənnə keçən ilin dekabrın 21-də 1 dollar 1.55 manat olmaqla dəyişib. Yavaş-yavaş bahalaşaraq, ayın və eləcə də ilin sonuna 1.5594-ə çatıb. Müvəqqəti rəsmi stabillik yeni ildə yanvar ayının 5-nə qədər davam edib, həmin gündən 1 dollar 1.561 manata bərabər olub və ayın sonuna qədər bahalaşaraq 1.60 manatdan aşağı düşməyib. Yanvar ayı MB-nin rəsmi məzənnəsində xüsusi dəyişiklik müşahidə olunmasa da həmin vaxt “qara bazar”da dolların 2 manata satıldığını iddia edənlər var. Amma bazar iştirakçıları ilə söhbətimizdən məlum olur ki, dollar heç vaxt 2 manat olmayıb. Baxmayaraq ki, o dövrdə ABŞ valyutası ən yüksək həddə çatıb – 1.84 manat.

Fevralda bir qədər ucuzlaşma müşahidə olunub, bu tendensiya ayın sonuna qədər davam edərək 1.5655 səviyyəsində müəyyənləşib. Martın 1-dən dollar yenə artıma doğru start götürüb və bu dəfə bahalaşma daha sürətlə davam edərək qısa müddətdə 1.6019 olub. Bayram günləri rəsmi məzənnədə müvəqqəti stabillik müşahidə olunsa da “qara bazar”da qiymət yenə artan sürətlə inkişaf edirdi. Bayramdan sonra birdən-birə məzənnə 1.6228 manata çatdı və hər gün təqribən 1 qəpik olmaqla sürətlə artmağa başladı. Martın 11-də 1 dollar 1.6456 manata bərabər olub. Bayram günləri məzənnə stabil olaraq 1.5971 manat qalıb. O vaxt bankların çoxu işləmədiyindən dollar qıtlığı yaranmışdı, hətta söhbət etdiyimiz turistlər bir sıra mağazalarda dollarla alış-veriş etdiklərini söyləyirdilər. Bayramdan sonra adətən camaatın pulu növbəti maaşa qədər tükənir, alış-veriş də azalır, xarici valyutaya təlabat da. Martın 29-dan etibarən nəinki dollarda, eləcə də avro və digər ölkələrin də pul vahidlərində sürətlə ucuzlaşma baş verib. Martın sonuncu günündə dolların rəsmi məzənnəsi artıq 1.5421 manat həddinə çatmışdı.

Aprel ayı dollar üçün prinsipcə sabit keçib, məzənnə 1.53 manatı ötməyib, ayın sonlarına doğru 1 dollar 1.5072 manat civarında müəyyənləşib. May ayı boyunca da məzənnədə xüsusi bir dəyişiklik olmayıb, xarici valyutanın rəsmi məzənnəsi 1.50 və ya 1.51 manat civarında müəyyənləşib. Dollar iyun ayına 1.4918 manatla başlayıb və sonrakı günlərdə də bahalaşma sürətlə davam edib, ayı 1.5394 manatla “qapadıb”. Iyulun 1-də Amerika valyutası 1.5425 manat təyin edilib, sonrakı dövrlərdə artım yenə davam edib, ayın 29-31-i, avqustun 1-nə 1.5851 manat olmaqla sürətlə bahalaşma baş verib. Bahalaşma bu ay daha da intensivləşib. Avqustun 2-i 1 dollar 1.5883, ayın 3-ü 1.5915, bu gün artıq 1.604 manat təşkil edir. Öyrəndiyimizə görə, 4 gündür dolların “qara bazar”da alış qiymti 1.66, satış qiyməti isə 1.67 manatdır. Söhbət etdiyimiz bazar iştirakçısı deyir ki, əgər rəsmi alış 1.67 manata çatarsa “qara bazar”da yanvar ayının rekordu təzələnəcək. Proqnoz da azalan deyil, artan istiqamətədir.
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO
7-05-2026, 16:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
7-05-2026, 15:30
50 minlik ordu Trampdan hücum ƏMRİ GÖZLƏYİR
7-05-2026, 15:05
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Foto - Video
7-05-2026, 13:28
Ölkədəki apteklərdə saxta dərmanlar satılır?
7-05-2026, 13:24
Oliqarx oğluna qalib gəlmiş Fidan Abbasovanı maşından zorla apardılar
7-05-2026, 12:42
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib