Mərkəzi Bank şok rəqəm açıqladı: 1 milyard manat
Iqtisadiyyat
Oxunub: 2 109
4 okt 2014 | 15:31
Mərkəzi Bank şok rəqəm açıqladı: 1 milyard manatAzərbaycanda qaytarılmayan kreditlərin həcmi psixoloji həddi aşır

Azerinfo Bizimyol.info-ya istinadən xəbər verir ki, müştərilər tərəfindən banklara qaytarılmayan kreditlərin həcmi rekord səviyyəyə çatıb. Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 1-nə olan məlumatına görə, problemli kreditlərin həcmi 938,8 milyon manatdır. 17,3 milyard manatlıq kredit portfelinin 5,4 faizini təşkil edir ki, bu da ötən aya nisbətən 0,1 faiz artıb. Beləliklə, hər 18 manatlıq kreditin 1 manatı qaytarılmayan borcdur. Və ya son doqquz ay (yanvarın 1 - sentyabrın 1-nə olan məlumata əsasən) ərzində vaxtı keçmiş kreditlər 146 milyon manat olmaqla, qlobal maliyyə böhranından sonra ən yüksək göstərici sayıla bilər. Halbuki, ötən il bu artım tempi cəmi 29 milyon manat təşkil edib. Amma cari ildə təkcə son iyul-avqust aylarının göstəricisnə görə, əhalinin banklara olan borclarının həcmi bir ayda 38,7 milyon manat yüksəlib. Ümumi kredit portfelində bütün məhdudiyyətlərə baxmayaraq, yenə də əsas üstünlük istehlak kreditləri təşkil edir. Belə ki, bü cür kreditlər portfeldə 41 faiz təşkil edib. Beləliklə, portfeldə kredit qoyuluşları aşağıdakı kimi bölünür:

Ticarət və xidmət sektoruna 2,4 milyard manat və ya 14,4 faiz
Energetika, kimya və təbii ehtiyatlar sektoruna 225,1 milyon və ya 1.3 faiz
Kənd təsərrüfatı və emalına 786,4 milyon və 4.5 faiz
İnşaat və əmlaka 2,3 milyard və ya 13.7 faiz
Sənaye və istehsal sektoruna 2 milyard və ya 11.6 faiz
Nəqliyyat və rabitə - 586,5 milyon və ya 3.4 faiz
Ev təsərrüfatına (istehlak kreditləri) 7,1 milyard və ya 41 faiz

Qeyd edək ki, ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkə banklarına qarşı avtomobil və istehlak kreditlərinin verilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Qurumun belə bir tələb irəli sürməsinin başlıca səbəblərindən biri bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi, problemli kreditlərin artması idi. AMB-ni narahat edən məsələ kredit portfelində istehlak kreditlərinin riskli həddə çatmasıdır. Amma qaydaların sərtləşdirilməsi problemin həllinə deyil, daha da ağırlaşmasına gətirib çıxarıb. Mərkəzi Bankın statistik bülleteninə əsasən, zərərlə işləyən banklarnı sayında dəyişiklik baş verməyib. Belə ki, hazırda onların sayı 8-dir. Ləğv etmə ərəfəsində olan bankların sayı isə 5 göstərilir.
Dünən, 16:00
"Netanyahu" İranda - FOTO
Dünən, 15:06
“Ermənistan Azərbaycana bu imkanı yaratmalıdır”
Dünən, 14:54
Məzuniyyətə çıxan işçilərin maaşı ilə bağlı yeni QAYDA
Dünən, 14:33
DTX-dən əməliyyat: "Kriminal aləm"in üzvləri saxlanıldılar - VİDEO
Dünən, 13:01
Prezident qəbullar keçirdi - Fotolar - Yenilənib
Dünən, 12:41
Bu məhsullar bahalaşıb
Dünən, 12:26
Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi - Həbs olundu
Dünən, 12:19
Nəsimi Ağayev Paşinyanı erməni dilində salamladı - Video
Dünən, 12:09
"Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək
Dünən, 11:35
Əmək Məcəlləsi dəyişdirilir
Dünən, 11:30
Prezident qəbul keçirdi - Fotolar
Dünən, 10:19
Çempionlar Liqası: “Qalatasaray” məğlub olub - NƏTİCƏLƏR
Dünən, 09:51
Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısına çevrilib
Dünən, 09:20
Putin sülhə deyil, müharibənin genişlənməsinə hazırlaşır - KİV
Dünən, 09:13
Sabiq ABŞ rəsmisindən etiraf: “Qərb 25 ildir Putini başa düşməyib”
Dünən, 09:06
Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına xeyriyyə Fondu anlaşma memorandumu imzalayıb
Dünən, 09:00
Kreml İrəvana erməni kilsəsindən hücuma keçib: Rusiya Cənubi Qafqaz üçün yeni xaos ssenarisi yazır
9-12-2025, 16:00
Putinin süni intellekt planı iflasa uğradı – Rusiya qlobal yarışda kəskin şəkildə geridə qaldı
9-12-2025, 15:30
Sabah pensiyalar ödəniləcək
9-12-2025, 14:18
Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır
9-12-2025, 14:13
Prezident Slovakiya Milli Şurasının sədri ilə görüşdü
9-12-2025, 14:07
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
9-12-2025, 13:00
Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard ABŞ dollarına çatıb
9-12-2025, 12:53
DİN-dən kibercinayətkarlıqla bağlı XƏBƏRDARLIQ
9-12-2025, 12:45
Köhnə maşınların aksiz dərəcəsi artırılır - Qərar qəbul edildi
9-12-2025, 12:28
Xaricdən 1 ədəddən artıq gətirilən mobil telefonlar üçün 100 manat rüsum alınacaq
9-12-2025, 12:24
Baş nazir: Azərbaycanda hərbi sənaye klasterinin yaradılması istiqamətində işlər aparılır