Manatın sabitliyi xarici kapitallaşmaya belə təsir etdi — Açıqlama
Iqtisadiyyat
Oxunub: 20
29 sen 2026 | 09:00
Manatın sabitliyi xarici kapitallaşmaya belə təsir etdi — Açıqlama


II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda böyük həcmdə aktivləri idarə edən qlobal investorların iştirakı və 10 milyard dollardan çox potensial investisiyanı əhatə edən razılaşmaların imzalanması Azərbaycana investisiya marağını gündəmə gətirib. Bu marağın əsas səbəbləri və investisiyaların hansı sahələrə yönələ biləcəyi diqqət çəkir.

Razi Abbasbəyli bildirib ki, qlobal investorların Azərbaycana marağının artması məhz sabitliklə bağlıdır.

Onun sözlərinə görə, burada ilk növbədə siyasi sabitliyi qeyd etmək lazımdır:

"Ölkədəki siyasi sabitlik investorların Azərbaycana, xüsusilə də regionun aparıcı ölkələrindən biri kimi marağını artırır. İkinci növbədə milli valyutanın məzənnəsinin sabit qalmasını qeyd etmək lazımdır. Həmin forumda çıxış edən Azərbaycan Prezidenti də qeyd etdi ki, Azərbaycan manatının məzənnəsi sabitdir, uzun illərdir bu sabitlik qorunub saxlanılır və valyuta ehtiyatlarımız hesabına bu sabitlik bundan sonra da uzun müddət qorunub saxlanılacaq. Bu, xüsusi bir məqam idi. Cənab Prezident bunu təsadüfən qeyd etmirdi.

Burada ilk növbədə nəzərə almalıyıq ki, inflyasiya riskləri minimuma enir. Məhz investorlar ilk növbədə həm ölkələrin kredit reytinqinə diqqət edirlər, həm də milli valyutanın məzənnəsinin nə qədər sabit və dayanıqlı olduğunu əsas prioritet kimi götürürlər.

Azərbaycan manatı sabitliyini uzun illərdir qoruyub saxlayır və bundan sonra da məzənnə sabitliyinin, dayanıqlılığının davam edəcəyi gözlənilir. Məhz belə olan təqdirdə investorların Azərbaycana marağı artır. Azərbaycanın kredit reytinqinin son illərdə yaxşılaşması da ölkənin investisiya mühiti üçün əlverişli şəraitin olduğunu əsaslandıran vacib amillərdən biridir.

Bundan başqa, Azərbaycanın artıq müharibə şəraitində olmadığını da nəzərə alsaq, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Ermənistanla münasibətlərdə sabitliyin qorunub saxlanması və sülh danışıqlarının intensiv şəkildə davam etdirilməsi regionda investisiyaların risk altında olma ehtimalını azaldır. Bu proses davam etdirildikcə həm Azərbaycana, həm də Cənubi Qafqaza investisiya axınının artması gözlənilir və əsas axının Azərbaycana yönəlməsi ehtimalı da artır.

Məhz Amerika Birləşmiş Ştatlarının Zəngəzur dəhlizi ilə bağlı TRIPP layihəsinə investisiya ayırması, bu istiqamətdə intensiv danışıqların və paralel tədbirlərin həyata keçirilməsi həm regionun təhlükəsizliyi baxımından ciddi bir layihə kimi qəbul edilməlidir, həm də Cənubi Qafqaz ölkələrinin kredit reytinqlərinin yaxşılaşması və xarici investorların cəlb edilməsi baxımından yaxşı perspektivlər vəd edir.

Bütün bunları qeyd etməklə yanaşı, nəzərə almalıyıq ki, Azərbaycan təkcə region üçün deyil, eyni zamanda Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas təşəbbüskarlarından və icraçılarından biridir.

Quru yollarla yüklərin daşınması və Asiyadan Avropaya çıxış imkanlarının genişləndirilməsi istiqamətində Orta Dəhlizin reallaşdırılması üzrə çox ciddi addımlar atılır. Burada həm region ölkələri arasındakı dəmir yollarının birləşdirilməsi, həm də Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana gələn yüklərin Azərbaycan vasitəsilə Gürcüstandan keçməklə Avropa bazarlarına çıxışının təmin edilməsi nəzərdə tutulur.

Bu da çox ciddi layihədir və Azərbaycan bu layihənin əsas təşəbbüskarlarından biridir.

Ona görə də Azərbaycanın investisiya mühitinin yaxşılaşması yaxın gələcəkdə ölkəmizin həm iqtisadi potensialının genişlənməsinə, həm də güclənməsinə səbəb olacaq və investorların ölkəmizə marağını artıracaq".//Demokrat.az
Dünən, 16:00
AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
Dünən, 15:30
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
Dünən, 14:47
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:22
Gələn ay bu məhsullar BAHALAŞACAQ
Dünən, 14:00
İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
Dünən, 13:36
Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
Dünən, 13:01
FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib
Dünən, 12:40
İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır
Dünən, 12:36
İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
Dünən, 12:32
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
Dünən, 12:28
Formula 1-də Prezident və xanımı ilə şəkil çəkdirən ailə kimdir?
Dünən, 12:04
Yüksək maaşlı işə düzəltmək adı ilə 150 min manatı ələ keçirtdi
Dünən, 12:00
FIFA prezidenti Azərbaycana gəlib
Dünən, 11:46
Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Dünən, 11:22
Macarıstanda korrupsiya təmizliyi başladı: Orbanın iki naziri həbs olundu
Dünən, 11:18
Qarabağ Universitetinin müəllimi həbs olundu - Tələbələri şantaj edib
Dünən, 10:47
"Prezidentin mənə verdiyi bu rütbə böyük məsuliyyətdir" - Naxçıvan MR prokuroru
Dünən, 10:42
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Dünən, 10:38
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
Dünən, 09:37
Putindən Rusiya ordusu ilə bağlı YENİ FƏRMAN
Dünən, 09:34
ABŞ və Çin 30 milyard dollarlıq məhsullar üzrə tarif razılaşması əldə edib
Dünən, 09:30
Azərbaycanda devalvasiya təhlükəsi varmı? - AÇIQLAMA
Dünən, 09:25
İran həmin xəbərləri təkzib etdi
Dünən, 09:11
Azərbaycanla sərhəddə yeni vəziyyət – Ermənistan hökuməti təcili açıqlama verdi
Dünən, 09:00
Manatın sabitliyi xarici kapitallaşmaya belə təsir etdi — Açıqlama
28-09-2026, 18:32
Prezident 3 rayona icra başçısı təyin etdi
28-09-2026, 16:00
Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”