ADY Çin şirkəti ilə anlaşma imzaladı
Iqtisadiyyat
Oxunub: 339
11 iy 2025 | 11:30
ADY Çin şirkəti ilə anlaşma imzaladı


Azərbaycan Dəmir Yolları QSC (ADY) ilə Çinin “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb.

ADY nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində imzalanmış sənədə əsasən, ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb.

Tərəflər bu sənədlə dəmir yolu nəqliyyatı və tranzit sahəsində, eləcə də rəqəmsal layihələrin icrası istiqamətində yeni əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.

ADY sədri Rövşən Rüstəmov Sian şəhərinin meri Ye Niu Pin və Sian Limanının rəsmiləri ilə görüşdə Azərbaycan və Çin arasında tranzit daşımaları və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinin artıq günün tələbinə çevrildiyini, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfərinin və bu səfər çərçivəsində hərtərəfli strateji əlaqələrin inkişafı üçün imzalanmış birgə sənədin “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində birgə fəaliyyətə mühüm töhfə verdiyini qeyd edib.

ADY sədri son dövrdə Azərbaycan Dəmir Yolları və Sian Limanının rəhbərlikləri arasında baş tutmuş görüşləri xatırladaraq danışıqların artıq nəticə verdiyini və ortaq təşəbbüslərin icrasına başlanıldığını bildirib.

Rövşən Rüstəmov Anlaşma Memorandumunun imzalanmasını, bu sənəd çərçivəsində Sian Limanında ADY nümayəndəsinin təyin edilməsini və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılmasını, ADY nümayəndələrinin sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilməsini Orta Dəhlizin imkanlarının genişləndirilməsi və bu dəhlizlə yük axınlarının artırılması üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım adlandırıb.

ADY sədri həmçinin çinli tərəfdaşlara Bakı Beynəlxalq Dəniz Limanı barədə geniş məlumat verib. Qeyd olunub ki, Asiya və Avropa arasında yük axınının təmin edilməsində mühüm rol oynayan Bakı Beynəlxalq Dəniz Limanı bu yaxınlarda rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya edib və bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına, kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir.

“Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkətinin baş direktoru Yuan Syaodzyun ADY-nin Sian Limanında nümayəndəsinin təyini və konteyner meydançasının yaradılmasına dəstəyini ifadə edib. Bildirib ki, Siana təyin edilən ADY nümayəndəsi və konteyner meydançası əməkdaşlığın gücləndirilməsini, yük daşımalarının daha sürətli və səmərəli təşkili üçün operativ müzakirələrin aparılmasını, müvafiq addımların atılmasını təmin edəcək.

Eyni zamanda, ADY və “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner qatarlarının təşkili, Orta Dəhliz boyunca dəmir yolları, limanlar və Xəzər dənizi üzərindən daşımaların keçid qabiliyyətinin artırılması, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarının genişləndirilməsi, data əsaslı hərəkət qrafikinin hazırlanması ilə əlavə yük axınının cəlb edilməsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün ortaq fəaliyyət istiqamətlərini təsdiqləyiblər.

Həmçinin tərəflər rəqəmsallaşma sahəsində daha geniş əməkdaşlıq məqsədilə real vaxt rejimində yük daşımalarının izlənməsi və məlumatların elektron mübadiləsi sisteminin yaradılması istiqamətində birgə işləməyə razılaşıblar.

ADY-nin beynəlxalq əlaqələrini, xüsusilə Çinin Sian Limanı ilə mövcud əməkdaşlığını daha da genişləndirəcək bu mühüm sənəd Azərbaycanla Çin arasında dəmir yolu sahəsində iş birliyinin güclənməsinə və Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Orta Dəhlizlə Sian Limanından birinci konteyner blok-qatarı yola salınıb. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib. Ötən ilin noyabrında isə Azərbaycandan Çinin Sian Limanına ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner yola salınıb. Hazırda ayda iki blok-qatar Bakıdan Siana göndərilir. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb.
Dünən, 21:20
Heydər Əliyev Mərkəzində Maarifləndirici Tədbir Keçirilib
Dünən, 16:00
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Dünən, 15:30
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Dünən, 14:44
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Dünən, 14:38
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Dünən, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Dünən, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Dünən, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Dünən, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Dünən, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Dünən, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Dünən, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Dünən, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Dünən, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Dünən, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Dünən, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Dünən, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Dünən, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Dünən, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Dünən, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Dünən, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Dünən, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Dünən, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Dünən, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Dünən, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Dünən, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
27-04-2026, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı