Zədə səbəbindən Qətərdəki dünya çempionatını buraxacaq ulduzlar - SİYAHI

Qətərdə noyabrın 20-dən dekabrın 18-dək futbol üzrə növbəti dünya çempionatı keçiriləcək.
Lakin azarkeşlər zədə səbəbindən bəzi tanınmış futbolçuları mundialda görə bilməyəcəklər.
Oxu.az xəbər verir ki, bu futbolçulardan ən tanınmışı Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantedir. Həkimlər bildirirlər ki, “Çelsi”nin futbolçusunun dizaltı vətərlərində ciddi problemlər var.
Fransa millisinin digər itkisi Bubakar Kamara ilə bağlıdır. “Marsel”in futbolçusu çempionatda zədə alıb və noyabra qədər sıradan çıxıb.
“Barselona”nın və Uruqvay millisinin müdafiəçisi Federiko Arauxo da Qətərdə keçiriləcək futbol bayramına qatıla bilməyəcək. Futbolçu əməliyyat masasına uzanıb və ilin sonuna qədər yaşıl meydanlarda görsənməyəcək.
Portuqaliya millisinin və “Liverpul”un qol silahı Dioqu Jota da dünya çempionatını azarkeşlərlə birgə izləyəcək. Onun almaniyalı baş məşqçisi Yurgen Klopp jurnalistlərə müsahibəsində bildirib ki, 25 yaşlı hücumçunun bərpasına aylar lazım olacaq.
PSJ-nin niderlandlı müdafiəçisi Jorjinyo Veynaldum da dünya çempionatından kənarda qalan futbolçuların sırasındadır.
Qətərdə keçiriləcək dünya çempionatında iştirakı sual altında olan futbolçular da az deyil.
Onlardan ən məşhurları Argentina millisinin yarımmüdafiələri Paulo Dibala və Anhel Di Mariya, Fransa millisinin futbolçusu Pol Poqba, almaniyalı futbolçular Leroy Sane, Marko Roys, İngiltərə millisindən isə Kayl Volker və Trent Aleksandr-Arnolddur.
Hazırda bu futbolçuların hər biri bərpa prosesini keçir və onların dünya çempionatına hazır olub-olmayacaqlarına dair yekun rəyi həkimlər verəcəklər.
Dünən, 16:00
Trampdan ŞOK AÇIQLAMA
Dünən, 15:30
TƏHLÜKƏLİ arıqlama iynələri – Çəki problemi olanlar OXUSUN!
Dünən, 14:22
ABŞ İranla müharibənin ilk günlərində nə itirdi? – Rəqəmlər ortaya çıxdı
Dünən, 14:00
Tehran: 9000 hədəfimiz vurulub, qisas alınacaq, sülhün şərtləri isə…
Dünən, 13:44
Bayramlarla əlaqədar bütün sosial ödənişlər sabah ödəniləcək
Dünən, 13:17
Bu şəkildən bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlayıb - Faktlar
Dünən, 12:11
Azərbaycan Prezidenti: Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində ürəkdən çalışırıq
Dünən, 11:26
Prezident İlham Əliyev dünyada neftin qiymətindəki artıma toxunub
Dünən, 11:23
Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil
Dünən, 11:20
Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib
Dünən, 11:05
Pakistan ordusunun Hörmüz boğazında inanılmaz əməliyyatı
Dünən, 10:51
Azərbaycan Prezidenti: Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik
Dünən, 10:40
Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır
Dünən, 10:36
Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir
Dünən, 10:33
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
Dünən, 10:05
"Hizbullah" İsrailə raket YAĞDIRDI - "Dəmir Günbəz" ACİZ QALDI
Dünən, 10:00
“General onları öldürməyin daha əyləncəli olduğunu dedi”
Dünən, 09:45
Çempionlar Liqası: "Real" və PSJ qalib gəlib
Dünən, 09:42
Daxili Qoşunların yaranmasının 34 il ötür
Dünən, 09:17
İran müharibəsi bitir? - Tehrandan sensasion açıqlama
Dünən, 09:16
Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK
Dünən, 09:12
İlham Əliyev və Antonio Koşta Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar
Dünən, 09:11
Türk generaldan açıq mesaj: “Azərbaycan tək deyil”
Dünən, 09:00
İsraildən etiraf: “İranda rejim çökməyəcək, üsyan əlaməti yoxdur”
11-03-2026, 22:31
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
11-03-2026, 16:00
2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz
11-03-2026, 15:30
Afrika ölkələri Avropadan təzminat tələb edəcək: 300 il əvvəl...