Qurban Qurbanov: İnter əsas heyətlə oynasaydı, daha yaxşı olardı
Idman
Oxunub: 1 799
11 dek 2014 | 11:59
Qurban Qurbanov: İnter əsas heyətlə oynasaydı, daha yaxşı olardı


















“Reynaldo oynamayacaq”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı oyun öncəsi fikirlərini açıqlayıb.

Azerinfo.az azerisport.az-a istinadən xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Planlarımızda dəyişikliklər var. Komanda mətbuat konfransından sonra məşq etməyəcək. Uşaqlar "Neftçi" ilə oyunda çox güc itiriblər. Başqa meydanda məşq etmişik. Komanda sadəcə, stadiondakı atmosferlə tanış olacaq.

- “İnter”lə oyundan nə gözləyirsiz?

- Bizi çətin və vacib oyun gözləyir. Hər şeyi düzgün etməyə çalışırıq. Bütün komanda bu oyunun məsuliyyətini dərk edir. Çox istərdik ki, sabah azarkeşlər stadionu yaxşı əhval-ruhiyyədə tərk etsinlər. Hər şeydən çox evdə məğlub olmaq istəmirik. Güclü rəqibə qarşı oynayacağıq. Oyuna tam hazırıq. Rəqib Roberto Mançininin gəlişindən sonra dəyişilib. Bu üzdən ola bilər ki, onlar sabah tam fərqli taktika ilə meydana çıxa bilərlər ki, bu da bizim üçün pisdi.

- Bədavi Hüseynovla Reynaldo oynayacaq?

- Reynaldo oynamayacaq. Bədavi isə bu gün məşq etdi. Amma onun da oynayacağı tam dəqiq deyil. Hər şeyə sabah aydınlıq gələcək.

- Rəqib heç də əsas heyətlə gəlməyib. Bu, işinizi asanlaşdırır?

- Bu, əksinə futbolçularımıza mane ola bilər. Əminəm ki, rəqibin meydana çıxacaq hər bir futbolçusu yaranan şansdan maksimum yararlanmağa, özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Biz bu barədə düşünməməyə çalışırıq. “İnter” əsas heyətlə oynasaydı, daha yaxşı olardı. Çünki həmin futbolçuları tanıyırıq. Bu oyuna maksimum köklənmək üçün rəqibin heyəti barədə düşünmürük.

- “Qarabağ”ın sabah tarixinin ən mühüm oyununa çıxacağını demək olar?

- Əvvəlki oyunlarımıza baxanda, belə demək olar. Amma qrup mərhələsindəki hər bir rəqiblə oyun bizim üçün önəmlidi. Bu oyun isə qarşıya qoyulan hədəfə çatmaq baxımından həlledicidir.

- Qrupdan çıxandan sonra sizdən Avroliqanın qalibi olmağı da tələb edə bilərlər. Buna hazırsınız?

- (gülür) Gəlin qrupdan çıxaq, ondan sonra nə istəsələr, tələb edərlər. Sabah bizə heç-heçə də bəs edə bilər. Amma meydana qələbə üçün çıxacağıq. “İnter” sıradan rəqib deyil. Azərbaycan və İtaliya futbolunu, çempionatını müqayisə etsək, böyük fərqlərin olduğunu görərik. Belə bir rəqiblə heç-heçə bizim üçün qələbəyə bərabər olacaq. Amma bir halda ki, Ukraynadakı oyunda da oxşar nəticə qeydə alınsın.

- Bir qulağınız da “Dnepr” - “Sent-Etyen” oyununda olacaq?

- Hər iki qulağımız burada olacaq (gülür). Ola bilər ki, oyunun sonlarında bu barədə düşünək. Amma tam olaraq öz oyunumuzu düşünməyimizi istərdim.
Bu gün, 16:00
"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Bu gün, 15:30
ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
Bu gün, 14:25
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
Bu gün, 14:22
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
Bu gün, 14:22
Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
Bu gün, 13:31
Sabah 31° isti olacaq
Bu gün, 13:27
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Bu gün, 13:11
Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
Bu gün, 12:34
İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
Bu gün, 12:22
Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Bu gün, 12:19
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır - Fərman
Bu gün, 12:15
AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bu gün, 11:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
Bu gün, 11:00
İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
Bu gün, 10:56
Bakıda maşın atla toqquşdu
Bu gün, 10:48
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Bu gün, 10:45
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Bu gün, 09:54
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı
Bu gün, 09:51
Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:43
Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
Bu gün, 09:38
Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
Bu gün, 09:33
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Bu gün, 09:30
Türkmənistan Prezidenti də Bakıdadır - Foto
Bu gün, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
Dünən, 16:00
Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
Dünən, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Dünən, 14:22
Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"