"Roberto Karlos Azərbaycan yığmasına zərrə qədər fayda verməz"
Idman
Oxunub: 1 500
27 okt 2014 | 20:23
"Roberto Karlos Azərbaycan yığmasına zərrə qədər fayda verməz""Bu, "Xəzər Lənkəran"ın cari mövsüm keçirdiyi ən yaxşı oyunlardan biri idi. 90 dəqiqə ərzində rəqibdən üstün olduq. Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran" qapıçılar üzrə məşqçisi Murat Göksu deyib.

Topaz Premyer Liqasının IX turunda "Qarabağ"a məğlub olduqları (2:3) görüşdən danışan türkiyəli mütəxəssisin fikrincə, komandası meydanı 3 xalla tərk edə bilərmiş: "Sadəcə, futbolçuların fərdi səhvlərindən sonra qollar buraxdıq. Rəqib birinci qolu penaltidən vurdu, digər ikisi də müdafiənin səhvlərindən oldu. Amma oyuna baxsaq, qələbə qazanmalı idik. Belə matçlar az-az olur. Qarşılaşmanın 17-ci dəqiqəsinə qədər "Qarabağ" bir dəfə də olsun qapımıza yaxın gələ bilməmişdi. Amma biz qol epizodları yarada bilmişdik".
Komandanın əsas qapıçısı Cahangir Həsənzadənin zədəli olduğunu deyən çalışdırıcı gənc qolkiper Orxan Sadıqlının çıxışını dəyərləndirib: "Cahangir bu gün yüngül məşqlərə başladı. Həkimlərin rəyi heç də yaxşı deyil. Ayağında ağrılar var. Ola bilsin"Sumqayıt"la qarşılaşmada da meydana çıxmasın. "Qarabağ"la matçda qapımıza vurulan qollarda Orxan Sadıqlının günahı yox idi. Belə deyək də, Cahangir Orxandan yalnız təcrübədə üstündü.
Göksu "Xəzər Lənkəran"a gələnədək çiyin-çiyinə işlədiyi "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlosun Azərbaycan yığmasına namizəd kimi göstərilməsinə də münasibət bildirib. Onun fikrincə, milliyə daha yaxşı mütəxəssis lazımdı: "Roberto Karlosa Azərbaycan millisinin baş məşqçisi postu təklif olunmasını və onun bundan imtina etməsini eşitmişəm. Hazırda "Sivasspor"la heç bir əlaqəm yoxdu. Ümumiyyətlə, Karlosla münasibətlərim yaxşı deyil. Elə onunla problemim olduğu üçün də baş məşqçisi olduğu komandadan ayrılmışdım. Azərbaycan millisinə daha yaxşı mütəxəssis lazımdı. Nə üçün onu gətirmək istəyirlər? Karlos yaxşı məşqçi olsaydı, onun yanında qalardım. Düzdü, çox güclü və məşhur futbolçu olub. Amma karyerasını yeni bitirib və məşqçiliyə başlayıb. Onun adı lazımdırsa, Azərbaycan millisinə gətirsinlər. Məşqçi kimi isə Azərbaycan yığmasına zərrə qədər fayda verməz. Karlosdan daha yaxşı çalışdırıcılar var".

http://apasport.az

Bu gün, 16:00
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Bu gün, 15:30
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Bu gün, 14:22
Sabah gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 12:38
Cenevrədə ABŞ-İran danışıqları başladı
Bu gün, 12:33
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Bu gün, 12:22
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Bu gün, 11:41
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Bu gün, 11:34
“Qalatasaray” “Yuventus”a qarşı
Bu gün, 11:29
Biləcəridə qanunsuz tikili söküldü - Video
Bu gün, 11:23
Ramazan ayı başlayır - Təqvim açıqlandı
Bu gün, 10:44
Bu gün Vardanyana hökm oxunacaq
Bu gün, 10:37
Murat Dalkılıç və daha 3 məşhur saxlanıldı - Yenilənib
Bu gün, 10:32
Paşinyanla Akopyan ayrıldı
Bu gün, 10:17
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Bu gün, 09:38
Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
Bu gün, 09:34
Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq
Bu gün, 09:29
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Bu gün, 09:19
Qaradağlı faciəsindən 34 il ötür
Bu gün, 09:11
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Bu gün, 09:00
Gizli NATO etirafı geopolitik “zəlzələ” törədir: Avropanın ABŞ-a qiyamı isə “fəlakət üçbucağı” yaradır
Dünən, 16:00
Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
Dünən, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
Dünən, 14:22
Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
Dünən, 14:00
Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
Dünən, 13:56
Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
Dünən, 12:39
Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
Dünən, 12:16
Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub