Qurban Qurbanovun planı: "gizli detal aşkar oldu"

Ölkə.Az tanınmış idman jurnalisti Kənan Məstəliyevin "Qarabağ" - "Kopenhagen" matçında "atlıların" baş məşqçisi Qurban Qurbanovun strategiyası ilə bağlı məqaləsini təqdim edir:
Ya mən şişirdirəm, özümü inandırmağa çalışıram, ya da dünənki matçda Qurban Qurbanov kiçik də olsa, strateji bir addım atdı. Futbol detallarıyla gözəldi.
İkinci hissədə rəqibin ciddi təzyiqi "Qarabağ"ı əməlli-başlı yormuşdu. Hətta çaş-baş salmışdı da deyə bilərik. Ardıcıl hücumlar bir-birini əvəzlədikcə hamımızda "indi vuracaqlar" hissi yaranmışdı. Çünki danimarkalıların əldə etdiyi epizodlar təhlükəli idi və əvvəl-axır öz nəticəsini verəcəkdi. Topu ən yaxşı halda mərkəzə qədər çıxara bilir, sonra yenidən geri qayıdıb sırf döyüşkənlik və mübarizlik hesabına nələrsə etməyə çalışırdıq. Məşqçinin müdaxiləsi lazım idi. Yorulan Kaşuk meydanda yalnız say olaraq vardı. Dəyişilməli idi. Duran da həmçinin. O da bir hücumçudan tələb olunan işin öhdəsindən gələ bilmirdi.
Yerlərinə çıxacaq oyunçular isə həm irəlidə top saxlamaq, həm də nəhayət mövqe hücumu təşkil etməyimiz üçün imkan yaradacaqdılar. Bu həmlə nə qədər tez edilsəydi, bir o qədər yaxşı idi. Məntiq bunu deyirdi. Amma aşkar görünən addımı atmayan Qurban Qurbanov bu əvəzetməni 70-ci dəqiqə və sonrasına saxladı. Gecikmiş qərar idi. Aleksey də, Kamillo da 60-65-ci dəqiqələr arasında ehtiyata göndərilməli, əvəzində daha təzə, daha gümrah olan oyunçular döyüşə atılmalı idi.
Biz bu cür, Qurbanov isə başqa cür düşünürmüş və bunu bilərəkdən edibmiş. Həmişə əvəzetmələrdə gecikdiyini dediyimiz Hocanın oyunsonrası mətbuat konfransında dediklərindən bir hissəyə baxın: "Belə turnirlərdə anlar olur ki, onlara dözmək lazımdı. Bunu əsasən 2-ci hissədə hiss etdik. Rəqib fasilədə dəyişikliklər edərək daha çox riskə getdi. Bu zaman bizim top itkilərimiz bir qədər çox oldu. Ancaq mübarizə aparmalıydıq və bu cür mübarizə bizə qarşıdakı oyunlarda çox fayda verəcək".
Sözbəsöz belədir. İlk cümləmdə də yazdım: bəlkə də mən şişirdirəm, özümü inandırmağa çalışıram. Amma deyəsən, Qurban Qurbanov dünyanın ən nüfuzlu turniri olan ÇL gedə-gedə, çox vacib matçda çətin anlar yaşaya-yaşaya oyunçularına vəhşi təcrübə qazandırmağa, onları möhkəmləndirməyə, bərkitməyə, dözüm qabiliyyətlərini artırmağa çalışıb. Belədisə, bir qədər avantürist, amma fantastik bir cəhddir.
Belə çıxır ki, Qurbanov "qoy meydanda olan oyunçular xarakter nümayiş etdirsinlər, qıraqdan kömək gözləmədən özləri bu cür vəziyyətlərdən çıxmağa çalışsınlar" deyə düşünüb. Sabah əvəzetmə sayı qurtara, ehtiyat qüvvə az, zədəli sayı çox ola bilər. Hər cür ssenariyə hazır olmaq lazımdı.
Ruslar buna "проверка боем", yəni döyüşlə sınaq deyir.
Həqiqətən belədisə, Qurban Qurbanov öz komandasından komando düzəltməyə çalışır. Rəsmən "futbol 052-si" hazırlayır adam. Bəs hədəf nədir? Hansı zirvə fəth olunacaq?
Pley-off?
1/8 final?
Bəlkə ondan da tərəfə?
Dünən, 12:00
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
Dünən, 11:33
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
Dünən, 11:28
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
Dünən, 10:58
“Bu, Rusiya ilə müharibə deməkdir”
Dünən, 10:24
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
Dünən, 10:00
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Dünən, 09:42
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
Dünən, 09:15
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
Dünən, 09:00
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dünən, 00:49
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
11-09-2026, 16:00
İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
11-09-2026, 15:30
Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
11-09-2026, 14:22
Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
11-09-2026, 14:00
“Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 13:39
ABŞ-İran savaşı BU TARİXDƏ bitir
11-09-2026, 13:38
Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
11-09-2026, 13:35
Prezidentə müraciət etdilər
11-09-2026, 13:16
Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
11-09-2026, 12:00
Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 11:06
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
11-09-2026, 11:02
Dövlət bağçalarında yerlərin sayı artırılıb
11-09-2026, 10:59
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
11-09-2026, 10:27
İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
11-09-2026, 10:23
Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
11-09-2026, 10:15
Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...