Milli qurtuluşa gedən yolun başlanğıcı

Hər bir xalqın tarixində elə dönəmlər olur ki, bu zamanlarda verilən qərarlar və atılan addımlar onun gələcək taleyini müəyyən edir. Azərbaycanın müstəqillik tarixində belə dönüş nöqtələrindən biri də 1993-cü ilin iyun ayında yaşanmış hadisələrdir. Bu dövr Azərbaycan xalqının “Milli Qurtuluş Günü” adlandırdığı tarixi bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Həmin dövrdə xalqın böyük etimadını qazanan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində, milli qurtuluş yolunun əsasını qoydu.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, müstəqil dövlət quruculuğuna başladığı ilk illərdə ciddi siyasi, iqtisadi və sosial çətinliklərlə üz-üzə qaldı. Səriştəsiz idarəçilik, daxili çəkişmələr, hakimiyyət böhranı və eyni zamanda Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı ölkəni parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Dövlət strukturları iflic vəziyyətində idi, xalqda isə sabaha olan inam sürətlə azalırdı. Bu böhranlı şəraitdə Azərbaycanın gələcəyi üçün təhlükəli olan vəziyyətdən çıxış yolu, yalnız güclü siyasi iradəyə və liderliyə malik bir şəxsin rəhbərliyinə ehtiyac duyurdu. Belə bir zamanda xalqın çağırışı ilə Naxçıvanda siyasi fəaliyyət göstərən Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu və Milli Məclisin qərarı ilə ölkənin rəhbərliyinə gətirildi. Məhz bu tarix – 15 iyun 1993-cü il – Azərbaycan tarixində “Milli Qurtuluş Günü” kimi qeyd olunur.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olunmağa başladı. Əvvəlcə vətəndaş müharibəsinin qarşısı alındı, parçalanmaqda olan dövlət yenidən bir araya gətirildi. Ardınca hüquqi, siyasi və iqtisadi islahatlara start verildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlini qoydu. Ordu quruculuğunda ciddi addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın mövqeyi gücləndirildi.
Milli qurtuluş dedikdə yalnız siyasi sabitliyin təmin olunması deyil, həm də milli mənəviyyatın, tariximizin, dövlətçiliyin və milli kimliyin qorunması başa düşülür.Heydər Əliyevin rəhbərliyi ilə bu sahələrdə də mühüm işlər görüldü. Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı və dövlət quruculuğunda yeni bir mərhələ başlandı.
Milli qurtuluşa gedən yolun başlanğıcı, əslində, xalqın öz gələcəyinə sahib çıxmaq istəyi ilə bağlı idi. Xalq 1993-cü ildə seçim qarşısında qaldı və bu seçim onun öz tarixi taleyinə verdiyi ən önəmli cavablardan biri oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı yalnız bir siyasi liderin yenidən idarəçiliyə gətirilməsi deyildi – bu, bütöv bir xalqın öz xilaskarı ətrafında birləşərək yeni bir mərhələyə qədəm qoyması idi.
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu
Bu gün də Azərbaycan xalqı həmin tarixi dərsləri unutmadan, milli qurtuluşun təməl prinsipləri əsasında inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xətt uğurla davam etdirilir və Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı