Bakıda şirkət rəhbəri və anasının qatili tapıldı - YENİLƏNİB
Hadise
Oxunub: 999
29 yan 2016 | 12:50
Bakıda şirkət rəhbəri və anasının qatili tapıldı - YENİLƏNİB










Qətlin təfərrüatları açıqlanıb

Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bakı şəhər Baş Polis idarəsi və şəhər Prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib onları qəsdən öldürüb.

Daha sonra o, J. Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bu gün, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Bu gün, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Bu gün, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Bu gün, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Bu gün, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Bu gün, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Bu gün, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Bu gün, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Bu gün, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Bu gün, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Bu gün, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Bu gün, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Bu gün, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Bu gün, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Bu gün, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Bu gün, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Bu gün, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Bu gün, 09:40
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Bu gün, 09:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Bu gün, 09:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 09:24
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Bu gün, 09:20
Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Bu gün, 09:16
Yutubda artıq bu da mümkündür
Bu gün, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN