Gürcüstanla sərhədimizdə 166 kilometrlik “düyün”
Hadise
Oxunub: 24
7 okt 2026 | 13:39
Gürcüstanla sərhədimizdə 166 kilometrlik “düyün”


Bu sərhəd yeni qarşıdurma xəttinə çevrilməməlidir; Bakı və Tiflisi strateji tərəfdaşlıq birləşdirir

Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası üzrə işlərin davam etdiriləcəyini açıqlayıb. Keşikçidağ kompleksi ilə bağlı məsələyə də toxunan hökumət başçısı problemin Tiflislə Bakı arasında dostluq münasibətləri çərçivəsində həll ediləcəyini bildirib.

Azərbaycan-Gürcüstan sərhədinin hansı hissələri hələ də razılaşdırılmayıb və bu məsələ niyə 30 ilə yaxındır tam həllini tapmır?

Azərbaycanla Gürcüstan arasındakı dövlət sərhədinin uzunluğu məsələsində iki ölkənin rəqəmləri fərqlənir. Azərbaycan tərəfi sərhədin uzunluğunu 480 kilometr, Gürcüstan isə 446 kilometr göstərir. Sərhədin delimitasiyası üzrə danışıqlar isə yeni məsələ deyil. İki ölkə müstəqilliyini bərpa etdikdən sonra sərhədlərin müəyyənləşdirilməsi üçün dövlət komissiyaları yaradılıb və proses 1990-cı illərin ortalarından başlayıb. 2019-cu ildə Azərbaycan XİN bildirirdi ki, komissiyaların artıq 11 iclası keçirilib və sərhədin əsas hissəsi üzrə razılıq əldə olunub. Həmin vaxt qalan 166 kilometrlik hissə üzrə ekspert səviyyəsində işlərin davam etdiyi açıqlanmışdı.

Problem niyə bu qədər uzun çəkir?

Əsas səbəblərdən biri sərhəd xəttinin sovet dövründən qalan xəritə və sənədlər əsasında müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılıqlarıdır. Azərbaycan və Gürcüstanın eyni ittifaq dövlətinin tərkibində olduğu dövrdə inzibati sərhəd kimi mövcud olan xətt 1991-ci ildən sonra beynəlxalq dövlət sərhədinə çevrildi. Lakin sovet dövrünə aid müxtəlif xəritələrin, koordinatların və inzibati bölgülərin müqayisəsi bəzi ərazilərdə fərqli yanaşmalar ortaya çıxarıb.

Ən həssas məntəqə isə məhz Keşikçidağ - Gürcüstanda David Qareci kimi tanınan monastır kompleksi ətrafındakı ərazidir. Məsələ zaman-zaman diplomatik gərginlik də yaradıb.

Kobaxidze son açıqlamasında bir daha sərhəd məsələlərinin qarşıdurma yolu ilə deyil, Azərbaycanla dostluq münasibətləri çərçivəsində həll ediləcəyini bəyan edib. Bu yanaşma Bakı üçün də əhəmiyyətlidir. Çünki Azərbaycan-Gürcüstan münasibətləri yalnız qonşuluqla məhdudlaşmır. İki ölkə enerji, nəqliyyat, ticarət və Orta Dəhliz kimi strateji layihələrdə mühüm tərəfdaşdır. Kobaxidzenin açıqlaması həm də göstərir ki, Tiflis uzun illərdir açıq qalan sərhəd məsələsini yenidən gündəmə gətirməyə hazırdır.

İndi əsas sual isə budur ki, Azərbaycan və Gürcüstan qalan mübahisəli sahələr üzrə siyasi iradəni texniki razılaşmaya çevirə biləcəkmi?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da diqqətə çatdırdı ki, Cənubi Qafqazda və bütövlükdə keçmiş Sovet İttifaqının ərazisində bu gün yaşanan bir çox ərazi və sərhəd problemlərinin kökləri heç də son otuz ilin hadisələrində axtarılmamalıdır: “Bu problemlərin böyük bir hissəsinin siyasi toxumları hələ sovet imperiyası dövründə səpilmişdi.

Sovet imperiyası müxtəlif xalqlar və respublikalar arasında ziddiyyətlər yaratmaq və onları bir-birindən asılı vəziyyətdə saxlamaq siyasətindən məharətlə istifadə edirdi. Bu siyasətin məqsədi aydın idi, mərkəzin nəzarəti altında olan xalqların və respublikaların bir-biri ilə müstəqil münasibətlər qurmasına imkan verməmək və imperiyanın bütövlüyünü qorumaq.

Amma imperiya dağılarsa nə olacaq? Görünür, sovet siyasi sistemi bunu da nəzərə almışdı. Müxtəlif respublikalar arasında elə ərazi, etnik və siyasi problemlər yaradılmışdı ki, imperiyanın dağılmasından sonra həmin problemlərin yenidən alovlanması üçün yalnız uyğun şərait lazım idi. SSRİ dağıldı və həmin “toxumların” böyük bir hissəsi cücərməyə başladı. Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi, Gürcüstanda Abxaziya və Cənubi Osetiya problemləri, Moldovada Dnestryanı münaqişəsi, Mərkəzi Asiyada müxtəlif sərhəd və etnik ziddiyyətlər bunun ən bariz nümunələridir".

Sabiq nazirin sözlərinə görə, burada çox mühüm bir məsələyə də diqqət yetirmək lazımdır: “Sovet hakimiyyəti ittifaqa daxil olan respublikaların sərhədlərini müəyyən edən vahid, bütün tərəflərin qəbul etdiyi və bu gün üçün də mübahisəsiz hüquqi əsas kimi təqdim oluna bilən bir sərhəd sənədi və xəritə sistemi yaratmadı. Əksinə, müxtəlif illərə aid müxtəlif xəritələr, xəritə materialları və inzibati sənədlər meydana çıxdı. Bu isə sonradan müstəqil dövlətlər arasında sərhəd mübahisələri üçün əlavə imkanlar yaratdı. Bu, sadəcə tarixi bir təsadüf kimi qiymətləndirilməməlidir. Çünki sərhədləri mübahisəli, qonşuları ilə münasibətləri gərgin olan dövlətlər üzərində xarici təsir imkanları həmişə daha böyük olur. Azərbaycan Ermənistanla təxminən otuz il davam edən münaqişə nəticəsində bunun nə demək olduğunu çox ağır şəkildə yaşadı. İndi isə Azərbaycanla Gürcüstan arasında hər hansı sərhəd məsələsinin gündəmə gətirilməsi və bunun iki ölkə arasında siyasi problemə çevrilməsi cəhdlərinə xüsusi diqqətlə yanaşmaq lazımdır. Hesab edirəm ki, bu gün keçmiş sovet respublikaları arasında hansısa ərazi və ya sərhəd problemi ortaya çıxırsa, onun yalnız zahiri tərəfinə deyil, tarixi və siyasi köklərinə də baxmaq lazımdır. Çünki imperiyalar dağıldıqdan sonra onların siyasi mirası bir gündə yox olmur. Bəzən imperiyanın ən təhlükəli mirası məhz onun yaratdığı həll olunmamış problemlər olur. Azərbaycan-Gürcüstan münasibətləri isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə münasibətlər ən yüksək səviyyədədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi strateji layihələr iki ölkənin əməkdaşlığının yalnız siyasi bəyanatlardan ibarət olmadığını, real iqtisadi və geosiyasi əsaslara söykəndiyini göstərir.

Belə bir münasibətlər sistemində hər hansı sərhəd məsələsinin iki ölkə arasında qarşıdurmaya çevrilməsi nə Azərbaycanın, nə də Gürcüstanın maraqlarına cavab verir. Bu baxımdan Gürcüstan baş nazirinin məsələnin tərəflərin qarşılıqlı anlaşması və dialoqu yolu ilə həll edilməli olduğu barədə mövqeyini tamamilə düzgün hesab edirəm. Azərbaycan və Gürcüstan arasında mövcud münasibətlərin səviyyəsi belə məsələlərin qarşılıqlı hörmət, sağlam məntiq və xoş niyyət əsasında həll edilməsinə imkan verir.

Əminəm ki, bu məsələ də Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakterinə uyğun şəkildə, iki dövlət arasında qarşılıqlı anlaşma yolu ilə tezliklə həllini tapacaq.

Ən vacibi isə budur ki, biz keçmiş imperiyaların yaratdığı problemləri öz aramızda yeni qarşıdurmaların səbəbinə çevirməməliyik. Cənubi Qafqazın gələcəyi region xalqlarının bir-birinə qarşı qoyulmasında deyil, onların bir-biri ilə əməkdaşlığındadır. Azərbaycan və Gürcüstan bu əməkdaşlığın ən uğurlu nümunələrindən biridir və heç bir süni sərhəd mübahisəsi bu strateji münasibətlərə xələl gətirməməlidir".
Dünən, 17:02
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 16:57
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Dünən, 16:00
Pasiyent həkim səhvinə görə ölübsə, ailə nə edə bilər?
Dünən, 15:30
Rusiya “çemodan”larını hazırladı, Ermənistandan çıxır – Məsuliyyəti İrəvanın üzərinə qoydu
Dünən, 14:56
Vilayət Eyvazov vətəndaş qəbulu keçirdi
Dünən, 14:22
ABŞ husi hücumları barədə Ər-Riyada aylar əvvəl xəbərdarlıq edibmiş
Dünən, 13:39
Gürcüstanla sərhədimizdə 166 kilometrlik “düyün”
Dünən, 13:16
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
Dünən, 13:00
Moskvada Putin əleyhinə mitinq - BAŞLADI
Dünən, 11:44
Bu kəndin əkin sahələrinə su çəkiləcək - 9 milyon ayrıldı
Dünən, 11:36
Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb
Dünən, 11:31
Prezident: İtkin düşmüş şəxslərin aqibətinə aydınlıq gətirmək üçün imkanları səfərbər etməyə davam edəcəyik
Dünən, 11:28
Azərbaycan lideri: İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır
Dünən, 11:24
DTX rəisi: Ermənistan itkinlərlə bağlı şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
Dünən, 11:10
Əli Nağıyev: Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir
Dünən, 11:07
İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
Dünən, 11:01
Gələn il kimlərin maaşı arta bilər?
Dünən, 09:57
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Dünən, 09:53
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
Dünən, 09:48
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Dünən, 09:44
Azərbaycan nefti ucuzlaşdı
Dünən, 09:40
Bu rayonlarda işıq olmayacaq - Yenilənib
Dünən, 09:36
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Dünən, 09:28
“Son tanqo” başa çatdı... - Video
Dünən, 09:00
Azərbaycanda bağçalarla bağlı sevindirici xəbər
6-10-2026, 16:00
Türkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildi
6-10-2026, 15:30
Bu evlərə maraq azaldı - Ucuzlaşma olacaq