“Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar. Saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək kart sahibinin adı və soyadı, kartın etibarlılıq müddəti, CVV/CVC kodu və mobil telefona göndərilən birdəfəlik OTP təhlükəsizlik kodunu tələb edə bilərlər.
DİN bildirir ki, banklar və digər dövlət və ya özəl qurumların əməkdaşları vətəndaşlardan şəxsi və bank məlumatlarını telefon, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə tələb etmirlər.
Bu məlumatlar heç bir halda başqa şəxslərlə paylaşılmamalıdır. Məlumatların ələ keçirilməsi kart sahibinin xəbəri və razılığı olmadan maliyyə əməliyyatlarının aparılmasına və pul vəsaitlərinin mənimsənilməsinə səbəb ola bilər.
Vətəndaşlara tövsiyə olunur ki, bank kartı və hesablarına dair məxfi məlumatları heç kimlə paylaşmasınlar, tanımadıqları şəxslərdən göndərilən linklərə daxil olmasınlar, şübhəli internet səhifələrində kart məlumatlarını daxil etməsinlər; “uduş”, “hədiyyə”, “kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olsunlar, bank əməkdaşı olduğunu bildirən şəxslərin tələbi ilə belə CVV/CVC və OTP kodlarını təqdim etməsinlər.
DİN vətəndaşları şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyinə ciddi yanaşmağa çağırır.
Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdığınız zaman “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.
Bu gün, 09:15
Nepalda ölənlərin sayı 626-ya çatdı
Bu gün, 09:14
Zaxarova Paşinyana – “Sizi müdafiə etməyə gəlirdik, Qarabağı Azərbaycan ərazisi kimi özün tanıdın, həyasız!”
Bu gün, 09:12
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 09:00
Sənədsiz ev problemi necə həll oluna bilər? — Açıqlama
Dünən, 16:00
ABŞ Venesuelanın neft yataqlarını əlindən alır – 100 illik müqavilə hazırlanır
Dünən, 15:30
“Qarabağ”ın uğursuzluq zolağı və “qara çadır” məsələsi...
Dünən, 14:22
İran ABŞ-ı Yaxın Şərqdəki iqtisadi maraqlarını vurmaqla hədələyir
Dünən, 14:00
Bu ölkədə FƏLAKƏT yaşanır - Ölənlərin sayı durmadan artır
Dünən, 13:44
Rusiyada azərbaycanlılara qarşı yeni hücum anonsu
Dünən, 13:14
Bitməyən TƏXRİBATLAR - Kreml Bakıya NƏ verib ala bilmir?
Dünən, 12:24
Bakıda elektrik faciəsi - Ölənlər var
Dünən, 12:00
Nigar Fərhadın ərini DTX həbs edibmiş
Dünən, 11:20
Eldar Əzizovun qudası işdən çıxarıldı
Dünən, 11:07
SON DƏQİQƏ! Hökumət istefa verdi - Bu ölkədə
Dünən, 11:01
Universitetlərə qəbul olunanların qeydiyyatı başladı
Dünən, 10:53
Ötən gün 124 nəfər tutulub, 100-u borca görə
Dünən, 10:46
Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama
Dünən, 10:30
“Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Dünən, 10:23
DİM universitetə qəbul oluna bilməyənlərə yeni şans verdi
Dünən, 10:17
Heydər Əliyev Beynəlxalq Hava Limanında sərhəd keçidi ASANLAŞDIRILDI
Dünən, 10:11
DİN tələbələrə müraciət etdi: "Təcili beh göndərin" ifadələrinə inanmayın
Dünən, 10:07
Xaçmazda ağır qəza, ölən var
Dünən, 09:40
Şimşək çaxacaq, dolu düşəcək - Hava proqnozu
Dünən, 09:30
“Mən ən böyük prezidentəm” - Özünü təriflədi
Dünən, 09:27
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Dünən, 09:00
Türkiyə hərəkətə keçdi – Yunanıstandan təhlükəli hərbi plan
27-08-2026, 16:00
Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın