Bitməyən TƏXRİBATLAR - Kreml Bakıya NƏ verib ala bilmir?
Hadise
Oxunub: 91
28 avq 2026 | 13:14
Bitməyən TƏXRİBATLAR - Kreml Bakıya NƏ verib ala bilmir?


Xəbər verildiyi kimi, avqustun 27-si günorta saatlarında Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında təxribat törədilib. Sosial şəbəkələrdə hadisə anına dair videogörüntülərdən aydın olur ki, naməlum şəxslər binanın qarşısına Azərbaycan əleyhinə yönəlmiş təxribat xarakterli fotolar yerləşdiriblər.

Baş verənlərlə bağlı artıq Azərbaycan Xarici İşlər Nazirliyi kəskin etiraz bəyanatı ünvanlayıb. Rəsmi Bakı Rusiya Federasiyasının aidiyyəti dövlət qurumlarından bu hüquqazidd əmələ dərhal lazımi hüquqi qiymət verilməsini, insidentin təfərrüatlı şəkildə araşdırılmasını və gələcəkdə analoji halların yaşanmaması üçün qətiyyətli tədbirlərin görülməsini tələb edib.

Bəs rəsmi Moskvanın reaksiyası necə, hansı şəkildə olacaq? Təxribatçılar cəzalanacaqmı?

Ötənlərin təcrübəsi nəzərə alınarsa, xeyr. Çünki belə təxribatın arxasında da rəsmi Kremlə yaxın çevrələr dayanır. Bu qənaət həm də səfirliyin qonaq evinin önündə qoyulan tabloların məzmumundan hasil olur.

Belə çıxır, Moskva hələ də Ukrayna məsələsinə görə, Azərbaycanda haqlı cəzalar almış rusiyalılara görə Bakıdan narazıdır. Rusiya Azərbaycana nə verib ala bilmir? Bununla nəyin mesajını verir?

Analitik Elxan Şahinoğluya görə, Kreml “süni” adlandırdığımız gərginliyin təbii hala keçməsinə şərait yaratmaqla məşğuldur: “Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova azərbaycanlı blogerlərin ant-Rusiya çıxışlarını toplayıb Bakıya göndərdiklərini bildirib. Zaxarova bolgerlərimizin qərəzli olmasından şikayətlənib. Rusiyaya qərəzli olmaqla bu ölkənin dövlət televiziya kanallarında Azərbaycanı hədələmək, aşağılamaq və səfirliyimiz qarşısında təxribatçı şəkillər yerləşdirmək müqayisə oluna bilməz. Rusiyanın Bakıdakı səfirliyi qarşısında bu ölkəyə qarşı təxribatçı şəkillərin yapışdırılmasına polisimiz imkan verməz. Çünki biz gərginliyin tərəfi olmaq istəmirik”.
Politoloqun fikrincə, Moskvada isə yuxarıdan verilən təlimat əsasında polis təxribatçıları gözməzdən gəlib: “Azərbaycan bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb. Yenə qulaqardına vuracaqlar. Səfirliyimiz qarşısında təxribata şərait yaradanlar öz əməllərinə hüquqi qiymət verərlərmi?”

Professor Qabil Hüseynli hesab edir ki, Rusiya isterik vəziyyətdədir və Donbas uğursuzluğuna görə ətrafını, dünyanı hədələyir: “14 ildir ki, Donetski götürə bilmirlər, amma gah Britaniyaya, gah Azərbaycana, gah Baltikyanı dövlətlərə dil uzadırlar, bir yandan Ermənistanı təhdid edirlər, o yandan Moldovaya hərbə-zorba gəlirlər, sonra Almaniyanı, Fransanı vurmaqla hədələyirlər... Bu, uğursuzluğun psixoloji əhvalıdır. Biz Volodinin, Medvedevin, Zaxarovanın üz cizgilərində Kremlin simasını görə bilirik. Onlar dəhşətli dərəcədə əsəbi, qəzəbli və qisas hissi ilə alışıb-yanırlar. Rusiya hamını cəzalandırmaq istəyir və böyük imperiya olduğunu sübuta yetirməyə çalışır. Əgər buna gücü çatsaydı, doğurdan da bəşəriyyət qorxunc neofaşizmin əsarətində olardı. Amma Ukrayna xalqının və ordusunun qəhrəmanlığı onun bu kabus kimi görünən planlarını pozub. Ona görə də “yetənə yetirlər, yetməyənə bir daş atırlar””.

Konkret Azərbaycana gəldikdə, Qabil Hüseynlinin sözlərinə görə, rəsmi Bakının müstəqil siyasəti, son aylarda isə Kiyevlə əməkdaşlıq əlaqələrini inkişaf etdirməsi Moskvanın xoşuna gəlmir: “Lakin Rusiya belə cılız təxribatlardan başqa heç nə edə bilməz. Moskva çox istərdi ki, Azərbaycan Ukrayna münaqişəsində onunla yanaşı dayansın. Amma vaxtilə işğala məruz qalmış bir ölkə kimi biz işğalçının yanında ola bilmərik. Sadəcə, Azərbaycan Rusiya ilə münasibətləri korlamaqda maraqlı deyil. Qarşı tərəfin ucbatından gərginlik yaranır. Biz bütün qonşularla normal əməkdaşlıq əlaqələrini genişləndirmək siyasətini yürüdürük. Amma kimsə xor baxanda, bədxah qüvvələr provokasiyalara cəhd edəndə cavabı verilir”.
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı