Qax, Bakı və Qusarda yanğın hadisələri baş verib
Hadise
Oxunub: 1 362
14 mar 2016 | 19:38
Qax, Bakı və Qusarda yanğın hadisələri baş veribQaxda yanğın baş verib. Hadisə nəticəsində fərdi yaşayış evi qismən, ona bitişik tikili isə tamamilə yanıb. Bakı və Qusarda da vətəndaşlara məxsus evlər yanaraq yararsız vəziyyətə düşüb.
Qaxın Marsan kəndində qeydə alınan hadisə zamanı kənd sakini Elsəvər İsaqova məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikili anidən alışıb. Alov qısa müddətdə genişlənərək yaşayış evinə keçib. Yanğın baş verən zaman evdəkilər hadisədən yalnız elektrik kəsiləndən sonra xəbər tutub. Yanğınsöndürənlər ora çatana qədər qonşular alovun qarşısını almaq üçün köməyə gəliblər. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Bütün cəhdlərə baxmayaraq yardımçı tikili tamamilə, yaşayış evinin isə çardaq hissəsi yanaraq yararsız vəziyyətə düşüb. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur. Ev sahibəsi yanğınsöndürənlərin gec gəldiyini, nəticədə alovun daha geniş ərazini əhatə etdiyini iddia edib.
Bakıda da yanğın hadisəsi qeydə alınıb. Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 3 kv.m sahədə mətbəx mebeli və qaz sobası yanıb. İlkin ehtimala görə, bu hadisə də elektrik naqillərində qeydə alınan qısaqapanmadan baş verib.

Qusarda isə Köhnə Xudat kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə yanğın baş verib. Nəticədə evin 1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 85 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Artıq bütün faktlarla bağlı BDYMH-də araşdırmalara başlanılıb.

kepeztv/az
Bu gün, 11:11
Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
Bu gün, 10:39
Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
Bu gün, 10:30
Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
Bu gün, 10:25
Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
Bu gün, 10:19
Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
Bu gün, 10:15
Azərbaycan neftinin qiyməti azalıb
Bu gün, 10:11
Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
Bu gün, 10:03
Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
Bu gün, 09:59
Başlıbel qətliamından 33 il ötür
Bu gün, 09:00
Banklar hansı müştərilərə kredit vermir?
Dünən, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Dünən, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Dünən, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Dünən, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Dünən, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Dünən, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Dünən, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Dünən, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Dünən, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Dünən, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Dünən, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Dünən, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Dünən, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Dünən, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Dünən, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır