Göyçayda “İftixar” MMC-nin fəxarət doğurmayan cinayət əməlləri niyə gizlədilir?
Gundem / Bolge / Maraqli / Video
Oxunub: 837
8 apr 2023 | 22:00
Göyçayda “İftixar” MMC-nin fəxarət doğurmayan cinayət əməlləri niyə gizlədilir?








8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döyüldüyü iddia edilib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, idarə rəisi döyülüb, ağır xəsarətlər alıb. Redaktor.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət daxil olmayıb: “Amma sosial şəbəkələrdə yayılan iddialarla bağlı araşdırmalara başlanılıb. Tofiq Əsgərov ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Hazırda müvafiq ekspertiza təyin olunub və şöbənin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir”.
Xatırladaq ki, bir neçə gündür 8 saylı RETSİ-nin nəzarət dairəsinə aid olan Göyçay rayonundakı “İftixar” MMC Alı Kərpic Zavodunun törətdiyi ekoloji fəlakət barədə internetdə materiallar yayılmaqdadır.
Göyçay rayon sakini Şıxəliyev Eldar Muxtar oğlu redaksiyamıza müraciət edərək Qarabaqqalo kəndindən neçə ildir ki, torpaq daşındığını xəbər vermişdi. Məlum ərazidə bir neçə ay ərzində torpağın münbit qatının qanunsuz olaraq qazılaraq kərpic istehsalı üçün zavoda daşınılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib KİV əməkdaşları ilə birgə monitoriinq aparılmasını təklif etdik. İlkin olaraq bizimlə razılaşdılar. Vədələşdiyimiz gün səhər tezdən həmin əraziyə gəlib tərəf müqabili hesab etdiyimiz ETSN əməkdaşları ilə telefon əlaqəsi saxladıq. Bildirdilər ki, onlar da həmin ərazidədirlər, lakin hələlik başqa məsələlərlə bağlı ayrı şəxslərdən izahat almaqla məşğuldurlar. Xeyli zənglərdən sonra nəhayət ki, günorta saat 12-13 radələrində bizimlə görüşdülər və qanunsuz torpaq daşındığı əraziyə yollandıq. Ünvana çatanda dedilər ki, onlar artıq həmin ərazidə olublar, monitorinq aparıblar, nəticələr barədə protokollar tərtib edilib, təqsirkar şəxslər haqda cərimələr tətbiq olunub. Lakin bizə nə protokol təqdim etmədilər, nə işin gedişatı ilə məlumatlandırmadılar, nə də suallarımızı cavablandırmadılar. Çəkilişdən də imtina etdilər. Bu bizdə araşdırmanın obyektiv aparıldığına şübhələr doğurdu. Təxmin etməkdə haqlı olarıq ki, onlar rast gəldikləri cinayət əməllərini cəzasız qoymaq müqabilində cinayətkarlarla sövdələşmələrini bizdən gizlətməyə çalışırlar (cinayətin özü gizlədilə bilməz, göz qabağındadır). ETSN mənsubları bizi necə inandıra bilərlər ki, bu məsələdə səmimidirlər? Torpaq məhv edilib, 10-15 metr dərinliyində çuxurlar əmələ gəlib, minlərlə ton torpaq daşınıb kərpic istehsalı üçün zavoda göndərilib. Zavodun fəaliyyətində təkcə yerin təki haqqında qanunvericiliyin tələblərinin deyil, eyni zamanda külli kiqdarda vergidən yayınma, əmək qanunvericiliyinin tələblərinin və istehsalatda təhlükəsizlik qaydalarının pozulması halları mövcuddur.
Xatırladaq ki, hələ iki əvvəl saytımızda Göyçay rayonunda bu qəbildən olan cinayətlər barədə silsilə yazılar dərc olunmuşdu. O vaxt rayonun Qarabaqqal kənd bələdiyyəsinin sədri Ramin Nəbiyev, icra nümayəndəsi Qurban Kərimov və ekologiya idarəsinin əməkdaşı Mübariz Hacıyev bu kimi qanunsuz əməllərinə görə həbs olundular.
Heç bir dövlət qurumu sözügedən ərazilərdən daşınan yüklərin qeydiyyatını aparmır. Məlumatlarda qeyd olunur ki, bu yük avtomobilləri yüksək vəzifəli məmurlara məxsusdur. Buna görə onların yalnız bir amalı var, pul qazanmaq. Hətta torpaqla dolu, üstü də açıq şəkildə magistral yolda maneəsiz hərəkət edirlər. Əraziyə nəzarət etməli olan dövlət yol polisi postu da radardan keçən, üstü açıq şəkildə magistral yolda hərəkət edən yük avtomobillərinə “yaşıl işıq” yandırır.
Çox təəssüf ki, həm Göyçay rayon rəhbərliyi, həm də 8 saylı RETSİ bu ekoloji cinayətə göz yumurlar. 8 saylı RETSİ – nin rəisi Tofiq Əsgərovun ixtisası hazırda tutduğu vəzifənin profilinə uyğun deyil. Əvvəllər Rayon İcra Hakimiyyətində işləyib, özünə heç də müsbət reputasiya qazanmayıb. Belə qənaətə gəlmək olar ki, T.Əsgərov ən azı səriştəsizlik, ya da korruptiv maraqları naminə bu talana göz yumur, o və ETSN-dən göndərilən nümayəndələr həm cənab nazir Muxtar Babayevi, həm də digər aidiyyəti qurumları aldadaraq cinayət faktlarını gizlətməyə, gözə kül üfürməyə çalışırlar.
İbrahim Hümbətov
Bu gün, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Bu gün, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Bu gün, 11:52
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
Bu gün, 11:48
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Bu gün, 11:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Bu gün, 11:39
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Bu gün, 10:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Bu gün, 10:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Bu gün, 10:35
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
Bu gün, 10:12
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Bu gün, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Bu gün, 09:47
Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
Bu gün, 09:41
Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Bu gün, 09:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Bu gün, 09:27
Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
Bu gün, 09:00
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
Dünən, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
Dünən, 15:30
Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
Dünən, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Dünən, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
Dünən, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
Dünən, 13:02
Müəllimlər də forma geyinəcək
Dünən, 12:57
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
Dünən, 11:56
TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
Dünən, 11:38
SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
Dünən, 10:51
“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
Dünən, 10:47
Prezident qəbul keçirdi - Foto