İsmayıllıda məktəb müəlliməsinə qarşı aparılan iyrənc kompaniya - Üçüncü yazı
Gundem / Bolge / Maraqli
Oxunub: 755
8 may 2022 | 01:57
İsmayıllıda məktəb müəlliməsinə qarşı aparılan iyrənc kompaniya - Üçüncü yazı



İsmayıllı rayonu İsrayıl Həsənov adına şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Məmmədova Jalə Nadir qızı tərəfindən saytımıza müraciət olunmuşdur və artıq müəllimənin iki şikayət yazısı saytımızda dərc olunub.Müəllimənin qeyd olunan şikayətlə bağlı növbəti üçüncü yazısını təqdim edirik.

Direktor Gündüz Qədirov baş verən bütün işlərdən xəbərdardır sadəcə göz yumur.
Türkiyə məsələsində hesab edirəm ki, böyük qanunsuzluq baş verib.Əlimdə bank qəbzi və poçt köçürməsinin qəbzi olmasa belə,ortada internet yazışmaları, Whatsapp yazışmalarım və sair şeylər var.Əgər lazım olsa mən o, yazışmaları istintaq və sair qurumlara təqdim edə bilərəm.
Psixoloq və sair şəxslərin izahatları ilə tanış deyiləm.Çünki Ramiz müəllim oxumağa qoymadı ancaq imza atdırdı və dedi ki, əgər sən bu izahatları oxusan,onlarla aranızda münaqişə yarana bilər.Psixoloqun direktordan icazə aldım ki, Şəhla xanım nəvələrini görsün fikri tamamilə səhvdir.
Əleyhidarlarım mənə rüşvət təklif edən valideyni necə öyrətmişdilərsə, məktəbəqədər qrupun valideynləri yanında mənimlə mübahisə etdi və bildirdi ki,direktora deyib uşağı sənin sinfindən götüzdürəcəm.Mən soruşanda niyə bəhanə etdi ki,uşaqdan dərs soruşmursan,ona dərs vermək istəmirsən.Sən Nübarı arxa partada otuzdurduğun üçün mən səndən təhsilə, icraya şikayət edəcəm.Necədə gözəl bir quramadır bu adam mənim şikayət etdiyim qurumlara məndən şikayət edir.Əhsən sizə Rövşən müəllim.
Sərxoş məsələsinə aydınlıq gətirmək istəyirəm.2015- ci ildə olan hazırlıq qrupunda olan oğlunu məşğələ bitdikdən sonra gəlib aparmadı.Uşaq axşam saat 20:00 kimi məktəbdə qaldı və direktor Nurlan müəllim ilə birlikdə uşağı evə aparanda valideyn onları sərxoş vəziyyətdə qarşılayıb.Sonradan sərxoş halda gəlib mənimlə dalaşanda Nurlan müəllim dedi ki,yenə sərxoşdur dəyişməyib.Yəni onu sərxoş adlandıran mən deyil Gündüz müəllim və Nurlan müəllimdir.
05 Aprel 2021- ci ildə cənab nazirin onlayn qəbulunda olarkən siz Rövşən müəllim dediniz ki,siz dərs saatlarını qoyub gedirsiniz.Bilmək olar Rövşən müəllim hara gedirəm? Yaxud bu fakt sizdə hardandır?
Dərs hissə müdiri yazıb sizə izahat verib və siz də araşdırma aparmadan, yoxlamadan cənab nazirə göndərirsiniz.Soruşmaq eyib olmasın ortada fakt, sübut yox siz nəyə əsaslanıb mənim haqqımda cənab nazirdə mənfi rəy yaradırsınız?Siz mənim işgüzar fəaliyyətimə xələl gətirməklə şər-böhtan yolunu tutaraq fəaliyyət göstərirsiniz.Buna görə mən sizi Azərbaycan respublikası cinayət məcəlləsinin müvafiq maddələri olan 147-148 ci maddələri ilə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə verəcəyəm.
Dərs hissə müdiri 2016- cı ildə məktəbəqədər hazırlıq qrupunu onun razılığı olmadan mənə verildiyi üçün prinsip aparır və mənimlə qərəzlidir.
Mən 22 ildir ki,bu məktəbdə işləyirəm niyə bu zamana qədər mənim dərs saatlarını özbaşına buraxıb getməyimlə bağlı rayon təhsil şöbəsinə,nazirliyə məlumat verilməyib? Yaxud mənə inzibati tənbeh, töhmət və sair verilməyib?Deməli, mən hüquqlarımın pozulmasına görə yuxarı instansiyalara müraciət edən vaxt bütün bunlar meydana çıxır.Nə vaxtadək belə əsassız saxta işlərlə məşğul olacaqsınız?
İzahatlarda bildirirlər ki, kobuddur,əsəbidir,pis rəftar edir və sair.Niyə həkim rəyi yoxdur? Yaxud hansı şagirdi döymüşəm, təhqir etmişəm,acılamışam? Əksinə həm rəhbərlik tərəfindən,həm də öyrədilmiş valideynlər tərəfindən sinifdə, şagirdlərin gözü qarşısında mən təhqir olunmuşam.Bəs bunları niyə ortalıqda faktlar,sübutlar,səs yazıları ola-ola qiymət vermirsiniz? Harda qaldı sizin ədalət mühakiməniz?
Hətta mənə rüşvət vermək istəyən valideyni sorgulamak üçün Ramiz müəllim çağırmışdı və həmin orda da valideyn məni təhqir etdi.Niyə tədbir görmədiniz? Həmin valideynə kim demişdi ki,aparın Jalə müəlliməyə ət,bal, pendir və sair şeylər təklif edin?Bu oyunu kim qurmuşdu?
Nurlan müəllim məktəbdə Layihə,abunə,8 mart pulu yığmaqla məşğuldur.
Şəhla xanım nəvələrini görməyə deyil,məni təhqir etməyə gəlmişdi və bunu mənə qarşı dərs hissə müdiri təşkil etmişdir.Hansı ki, mən görüş üçün razılıq vermədim ki,dərs saatı qurtarsın sonra görüşərik.Ancaq onlar məni sinifdə şagirdlərin gözü qarşısında təhqir etdirdilər indi də özlərindən min bir nağıl uydururlar.Ar olsun saxtakarlıq edərək başqasını şərləyənlərə və onlara dəstək verənlərə.
Sabiq icra başçısı Mirdamət Sadıqovun zamanında belə qanunsuz işlərə görə dərs hissə müdiri işdən çıxarıldı.Ancaq rayon xəstəxanasında terapiya şöbəsində baş tibb bacısı Şəhla xanımın köməkliyi ilə qanunsuz olaraq 6-aylıq bülleten verildi və sonra əyri yollarla dərs hissə müdiri geri işinə qayıtdı.
Mən hesabatları rəhbərliyə təqdim edə bilmirəm və şəxsən direktor və Nurlan müəllim hesabatları və sair şeyləri məndən almaqdan imtina edirlər? Bəs bu özbaşınalıq deyil?
Elə məsələlər var ki,mən onları istintaq zamanı açıqlayacam çünki indi hüquqşünas məsləhətinə əsasən xeyli dəlillər və işlər barədə məlumat vermirəm.Ancaq bildirirəm ki, bütün bunlar qərəzli, şər-böhtan xarakterlidir və heç bir fakta söykənmir.
Təəssüf edirəm ki, regional təhsil idarəsinin müdiri Rövşən Əliyev haqqın deyil, şər-böhtan tərəfin yanındadır çünki özünün də bu işdə marağı var.Odur ki, mən təhsil idarəsinin nəticələrini qanunsuz və qərəzli olduğunu əsas gətirərək onu qətiyyətlə rədd edirəm və üz tuturam məhkəməyə.
Yeri gəlmişkən mənə qarşı çox ədalətli mövqe nümayiş etdirdiklərinə görə rayon icra hakimiyyətinin başçısı cənab Nahid Bağırova və müavini Sevil xanım Əhmədovaya dərin minnətdarlığımı bildirirəm.

İmza:Jalə Məmmədova

Redaksiyadan:Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"