Ağ Ev Avropa Birliyini “DÖRDÜNCÜ REYX” elan etdi: ABŞ “qoca qitə”yə genişmiqyaslı "hücuma" başladı
Dunya
Oxunub: 97
12 dek 2025 | 09:11
Ağ Ev Avropa Birliyini “DÖRDÜNCÜ REYX” elan etdi: ABŞ “qoca qitə”yə genişmiqyaslı "hücuma" başladı


ABŞ-a bağlı təhlükəsizlik modelinin sonu artıq yaxınlaşır və bu, Avropa ölkələri üçün yeni strateji reallıqlar yaradır, “qoca qitə” yaxın gələcəkdə Rusiya ilə qarşıdurmada təklənməyə başlayacaq... Qərbdə hesab edirlər ki, ABŞ-ın dəstəyi olmadan, Avropa ölkələri uzunmüddətli savaş imkanında deyillər, “qoca qitə”nin Rusiya qarşısında düşəcəyi strateji boşluğu isə heç bir Avropa dövləti təkbaşına doldura bilməz...
ABŞ-ın Tramp administrasiyası dönəmində Avropa Birliyi ilə açıq qarşıdurması artıq tərəflər arasında yeni “soyuq müharibə” xarakteri daşıyır. Belə ki, Ağ Ev sahibi Donald Trampın ikinci prezidentlik dövrü ABŞ-ın Avropa Birliyi ilə münasibətlərində ciddi gərginlik ilə diqqəti çəkir. Qərbin nüfuzlu media qurumları mövcud situasiyanı yeni “soyuq müharibə”nin başlanğıc fazası kimi xarakterizə edir.

Ağ Ev sahibi bu qarşıdurma üçün hazırda formal olaraq, Avropa Birliyinin İlon Maska məxsus “X” sosial şəbəkə platformasına 140 milyon dollarlıq cərimə tətbiq etməsini səbəb göstərir. Halbuki, əslində, bu qarşıdurmanın transatlantik təhlükəsizlik doktrinasının dağılması, “qoca qitə” ölkələrinin post-Amerika dövrünə hazırlaması, ABŞ-ın Avropa Birliyinə yönəlik strateji öhdəliklərini yenidən nəzərdən keçirməsi və s. kimi daha dərin səbəblərinin olduğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, bütün bu baş verənlər həm də kollektiv Qərbin öz daxilində siyasi-ideoloji parçalanmanın artıq böhranlı həddə çatdığını göstərir. Üstəlik, Avropa Birliyinin dünya texnologiya nəhənglərini sərt nəzarət altına almaq siyasəti ABŞ-ın bu sektorunda oldquca ciddi narazılıq yaradıb. Ancaq İlon Maskın Avropa Birliyini “Dördüncü Reyx”, “Hitlerin davamçıları” və s. bu kimi təhqiramiz ifadələrlə hədəfə alması, prezident Donald Trampın da onu dəstəkləməsi qarşıdurmanın artıq nəzarətdən çıxaraq, siyasi-ideoloji müstəviyə keçdiyini biruzə verir.

Məsələ ondadır ki, İlon Maskın açıqlamaları indi geopolitik məzmunla da yüklənməyə başlayıb. Bu baxımdan onun “Avropa bürokratiyası qitəni boğur” ittihamı qətiyyən təsadüfi deyil. Çünki ABŞ-da sağ-populist dairələrin Avropa Birliyinə siyasi-ideoloji antipatiyası inkaredilməz reallıqdır. Eyni zamanda Tramp administrasiyası Avropa Birliyini ABŞ üçün rəqib iqtisadi güc kimi gördüyünü də qətiyyən giztlətmir. Xüsusilə də, Avropa ölkələrinin texnoloji suverenlik təşəbbüsləri Ağ Evdə qıcıqla qarşılanır.

Belə anlaşılır ki, Ağ Ev və ABŞ-ın texnologiya şirkətlərinin qlobal məkan üzərində tam nəzarət uğrunda mübarizəsinə Avropa Birliyi ciddi müqavimət göstərir. Ona görə də, İlon Maskın ittihamları “şəxsi fikir” statusundan uzaqlaşmış olur və onu ABŞ-Avropa Birliyi qarşıdurmasının “siyasi indikator”una çevirir. Əslində, çoxsaylı örnəklər də onu göstərir ki, texnoloji məkanda tənzimləmə prosesi artıq dövlətlərarası rəqabətin də əsas faktorları sırasına daxildir. Və bu, ABŞ-Avropa Birliyi münaqişəsini də birmənalı şəkildə geoiqtisadi hegemonluq savaşına çevirmiş olur.

Maraqlıdır ki, “qoca qitə” ölkələri arasında da kifayət qədər ciddi parçalanma mövcuddur. Belə ki, Macarıstan və Polşa da daxil olmaqla, bəzi Şərqi Avropa ölkələri bu qarşıdurmada məhz ABŞ-ın yanında yer almağa üstünlük verirlər. Ona görə də, Macarıstan baş naziri Viktor Orbanın “Avropa Birliyi 2030-cu ilə qədər Rusiyaya qarşı müharibə ssenarisini ciddi şəkildə nəzərdən keçirir” ittihamı sadəcə, siyasi bəyanat xarakteri daşımır. Və bu, Avropanın təhlükəsizlik arxitekturasında baş verən real strateji transformasiyanın siyasi ifadəsi kimi görünür.

Məsələ ondadır ki, Rusiyanın təhdidləri və ABŞ-la qarşıdurma Avropa məkanında iki önəmli düşərgənin formalaşmasına yol açıb. Belə ki, Belçika, Fransa, Almaniya və Baktikyanı ölkələrin timsalında “müharibəyə hazırlıq bloku”nun mövcudluğu diqqəti çəkir. Buna alternativ olaraq isə Macarıstan, Slovakiya, Xorvatiya, İtaliya və Bolqarıstan “savaşdan yayınma blokunu təşkil edir. Bu parçalanma Avropa Birliyinin vahid xarici siyasət konsepsiyasının faktiki olaraq, çökməsi anlamına gəlir. Macarıstan baş naziri Viktor Orbanın bu quruma qarşı ittihamları isə parçalanmanı daha qabarıq şəkildə göstərir. Və ABŞ-ın strateji uzaqlaşmasının “qoca qitə”də doğuracağı boşluq, Avropa Birliyini ilk dəfə olaraq, öz təhlükəsizliyini müstəqil təmin etmək dilemması ilə üzləşdirir.

Ona görə də, Avropa Biriliyi ölkəsi olan Danimarkanın ABŞ-ı “qoca qitə” üçün təhlükə qaynağı kimi göstərməsi, əslində, tərəflər arasında qarşıdurmanın transatlantik sistemdə də siyasi-ideoloji sarsıntı yaratdığını biruzə verir. Belə ki, Danimarka tarixində ilk dəfə olaraq, ABŞ-ın potensial təhlükəsizlik riski yaratdığını qabardıb və bu, NATO daxilində uzun müddət gizlədilən real təhlükəni açığa çıxartmış olur. Ağ Ev sahibi Donald Trampın Danimarkaya məxsus Qrenlandiyaya iddia etməsini də nəzərə aldıqda, ABŞ artıq Avropanın dəyişməz təhlükəsizlik təminatçısı rolundan tamamilə uzaqlaşmış kimi görünür.

Göründüyü kimi, ABŞ-a bağlı təhlükəsizlik modelinin sonu artıq yaxınlaşır və bu, Avropa ölkələri üçün yeni strateji reallıqlar yaradır. Belə ki, Avropa Birliyi yaxın gələcəkdə Rusiya ilə qarşıdurmada tək qala bilər. Halbuki, Qərb ekspertləri hesab edirlər ki, ABŞ-ın dəstəyi olmadan, Avropa ölkələri Rusiyaya qarşı uzunmüddətli müharibə aparmaq gücünə malik deyillər. Yəni, Qərb hərbi-siyasi elitası da artıq anlayır ki, ABŞ olmadan “qoca qitə”nin Rusiya qarşısında düşəcəyi strateji boşluğu heç bir Avropa dövləti təkbaşına doldura bilməz.(musavat.com)
Dünən, 19:41
Prezident ailəsinin Trampla - Fotoları
Dünən, 16:32
İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü keçirilib - YENİLƏNİB
Dünən, 16:00
Karantində yazılan cərimələr ləğv edilib? - "Beşillik müddət başa çatıb"
Dünən, 15:30
Elektrikli avtomobillərdə batareya inqilabı: Cəmi beş dəqiqəyə tam şarj...
Dünən, 14:49
İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb
Dünən, 14:42
Arktika savaşı: Etirazlar başladı, NATO ora baxmır
Dünən, 14:28
İlham Əliyev Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanma mərasimində iştirak edir
Dünən, 14:22
Bakı və İrəvan mühüm HADİSƏ ərəfəsində - Yeni GƏLİŞMƏ
Dünən, 13:23
Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcək
Dünən, 13:19
Saathesabı əməkhaqqı hökumətə təqdim olundu
Dünən, 11:47
Putindən şok açıqlama: Qrenlandiya Alyaskadan cəmi 50 milyon bahadır
Dünən, 11:41
Pezeşkian: Hakimiyyət səhvlərini etiraf etməlidir
Dünən, 11:14
Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur
Dünən, 11:08
“Ayntraxt”ı məğlub edən “Qarabağ” görün nə qədər qazandı
Dünən, 11:02
Avropa Trampdan qorxur
Dünən, 10:58
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi
Dünən, 10:37
Tramp: Qrelandiyayla bağlı güc yolunu seçsək, bizi dayandırmaq mümkün olmayacaq
Dünən, 09:35
İrandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı: Rəsmi statistika
Dünən, 09:23
Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib
Dünən, 09:18
İlham Əliyev Davosda "Vitol" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Dünən, 09:14
Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”
Dünən, 09:00
Bu qələbə Azərbaycan futbolunun ən böyük uğurudur - Qurban Qurbanov
21-01-2026, 16:00
Azərbaycan qazı, Moskvanın Avropada bağlanan bazarı
21-01-2026, 15:30
UEFA Çempionlar Liqası: Bu gün daha 9 oyun keçiriləcək
21-01-2026, 14:22
Tramp Makronu qəsdən vurdu?- Paris–Vaşinqton xəttində yeni diplomatik qalmaqal
21-01-2026, 13:13
Trampla İlham Əliyev arasında məktub mübadiləsi oldu
21-01-2026, 13:03
İlham Əliyevin Davosda görüşləri davam edir