XƏTAİ İCRA BAŞÇISINI SABİQ "MTN ŞEFİ"NİN SAHİBKAR DOSTU İLƏ NƏ BİRLƏŞDİRİR?

YAŞILLIQLAR "SƏDƏRƏK YUSİF" İN TİKİNTİ BİZNESİNƏ QURBAN GEDİR
*
Paytaxtın Xətai rayonunun Qaçaq Nəbi küçəsi ilə Məzahir Rüstəmov küçəsinin arasındakı vaxtilə yaxınlıqda yaşayan sakinlər üçün istirahət parkı kimi xidmət etmiş böyük bir ərazi işğal olunmaqdadır. Əvvəllər çoxillik şam, küknar ağaclarıyla əhatələnmiş, fəvvarəli böyük hovuzun yerləşdiyi bu parkı qəsb edən "Sədərək Yusif" ləğəbi ilə tanınan iş adamı Yusif Qədimbəylinin rəhbərliyi ilə Ələsgər adlı şəxs ağacları kəsib, orada yerləşən şəhid büstünün də yerini dəyişdirib yerində yaşayış binası inşa etdirib, mənzillərini sataraq böyük qazanc əldə ediblər.
Sakinlərin dəvəti ilə əraziyə baxış keçirərək videoçəkiliş etdiyimiz zaman bu ünvanda əvvəldən yaşayan insanlar təzə tikilən binaların inşası zamanı yerli infrastrukturun nəzərə alınmadığını, asudə vaxtlarını keçirmələri üçün yer saxlanılmadığını deyir, hökumətin baş verənlərə nəzarət etmədiyindən gileylənirdilər. Sakinlər bildirirlər ki, "Sədərək Yusif"in inşa etdirdiyi həmin binanın altında istifadəyə verilən "Kiçik Mələklər" uşaq bağçası da kasıb balaları üçün əlçatan deyildir. Onların sözlərinə görə, indiyədək etdikləri şikayətlərə yuxarı instansiyaların heç birində əhəmiyyət verilməyib. Hətta ölkə prezidentinə ünvanladıqları müraciətnamələr də adresata çatdırılmayıb, dəftərxanalarda "it-bata" düşüb. Səbəb də aydındır: Bu məsələdə insan faktoru deyil, biznes maraqları və korrupsiya amili hər şeyi üstələyir. Burada ağacların məhv edilməsinin qarşısını Ekologiya və Təbii Sərvətlər Nazirliyi də almaq istəməyib. Rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədov "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamədə göstərilən mühüm tələblərdən birini (bəlkə də birincisini) pozur - başçılıq etdiyi rayonun ərazisində insanların sağlamlığının, ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirə bilmir.
Xatırladaq ki, məlum "MTN işi" barədə yayılan informasiyalarda "Sədərək" bazarının sahibi "Sədərək Yusif" kimi tanınan Yusif Qədimbəylinin adı ifşa olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrdə, hazırlanan dövlət çevrilişinə maliyyə dəstəyi verməkdə hallanırdı. Hətta bəzi KİV iş adamını "gizli radikal müxalifətçi" kimi təqdim edir, bildirirdilər ki, Qədimbəylinin ətrafında olan adamların çoxu hələ də Mahmudovun dostlarıvə yaxınlarıdır. Təbii ki, dolaşan bu informasiyalardan RİH başçısı cənab R. Məmmədov da xəbərsiz deyildir. Bununla belə, başçının siyasi orientasiyası şübhəli olan iş adamına hal-hazırda da istədiyi şəraiti yaratması, qanunsuz əməllərinə göz yumması onları ya əqidədaşlığın, ya da korrupsiya ortaqlığının birləşdirdiyinin aşkar sübutudur desək, yanılmarıq.
Bu gün, 12:26
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Bu gün, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Bu gün, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Bu gün, 11:52
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
Bu gün, 11:48
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Bu gün, 11:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Bu gün, 11:39
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Bu gün, 10:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Bu gün, 10:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Bu gün, 10:35
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
Bu gün, 10:12
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Bu gün, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Bu gün, 09:47
Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
Bu gün, 09:41
Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Bu gün, 09:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Bu gün, 09:27
Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
Bu gün, 09:00
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
Dünən, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
Dünən, 15:30
Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
Dünən, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Dünən, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
Dünən, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
Dünən, 13:02
Müəllimlər də forma geyinəcək
Dünən, 12:57
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
Dünən, 11:56
TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
Dünən, 11:38
SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
Dünən, 10:51
“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”