Sabunçu xəstəxanasından dəhşətli görüntülər - VİDEO
Xəstəxana yoxsa qəssabxana?Bıçaqlanan kişiyə deyirlər get növbəyə dur, polis çağırırlar, o da yaralını qanı axa-axa şöbəyə aparır
Son günlərdə mətbuatın gündəmində səhiyyədə yaranan problemlər geniş yer alıb. Həkim səhvindən həyatını dəyişən xəstələr, yanlış diaqnoz, səhv müalicələr və s…
Ancaq bununla bərabər bəzi xəstəxanalarda insanlarla kobud rəftar edilir, onlar xəstəxanadan uzaqlaşdırılır. Sabunçu xəstəxanasında xəstələrə qarşı laqeydlik və kobud davranışlar bir müddət öncə də gündəmə gəlmişdi. Avqustun 28-də blogger Mehman Hüseynov həmin xəstəxanada müşahidə apararaq, gördüklərini video lentə alıb.
Bloggerin sözlərinə görə, o dünən ( red- 28 avqust) Sabunçu xəstəxanasında olub. Ancaq bura xəstəxana yox, insanlar üçün cəhənnəmdir: “Bildiyiniz qəssabxanadır. Orda insanları bilə-bilə öldürürlər, iynə vurub yatızdırırlar. Həmin xəstəxanada 5 dəqiqə qaldım. Və 5 dəqiqə mənə orda nə hoqqalardan çıxıldığını görməyə bəs etdi. Sabunçu qəssabxanasında insan heç bir dəyər verilmir. İnsanlarla heyvan kimi davranırlar. Sanki ora gələnlər insan, yox heyvandırlar. Həmin xəstəxanaya bıçaqlanan, ağır vəziyyətdə gələnləri xəstəxanadan qovublar, uzaqlaşdırıblar. Açıq şəkildə bildiriblər ki, biz sizə baxmırıq. Bunların canlı şahidi olmuam. Pul verirsənsə sənə baxırlar, vermirsənsə baxmırlar. Təsəvvür edin, ora bıçaqlanan bir adam gəlir və yalvarır ki, onun həyatını xilas etsinlər. Lakin həkimlər, tibb bacıları ona bildirdilər ki, get növbəni gözlə, növbəyə dur. Adam qan içində ölür, ona deyirlər ki, get çay iç, dincəl sənə baxarıq. Həmin müddətdə həkimlər polis çağırırlar. Gələn polis isə bıçaqlanan insanı heç bir tibbi müayinə olmadan polis bölməsinə aparırlar”.
M.Hüseynov deyir ki, həmin xəstəxanada həkimlər, polislər insana pul mənbəyi kimi baxırlar: “Xəstəxanaya bir yaşlı kişi gəldi. O da başladı yalvarmağa ki, bədənində olan dözülməz ağrılara görə ona yardım göstərsinlər. Yenə həmin xəstəxananın işçiləri xəstəyə növbəyə dur deməyiblər. Əvəzinə “dur, cəhənnəm ol burdan” deyiblər. Təsəvvür edin, xəstəxanaya gələn xəstəyə bizim həkimlər belə deyirlər. Həmin insan başlayır ağlamağa, yalvarmağa. Görünür, həmin insan ağrılara dözə bilmir. Ancaq xəstəxananın içşiləri gəlib onu döyürlər və xəstəxanadan çıxardırlar”.
Blogger gördüklərindən dəhşətə gələrək hadisəyə müdaxilə etməyə çalışıb. Həmçinin o baş verənləri video lentə də alıb. Ancaq xəstəxana işçiləri M.Hüseynovun üzərinə düşərək onu xəstəxanadan uzaqlaşdırmağa çalışıblar və polis çağırıblar.
Bizimyol.info həmin görüntüləri sizə təqdim edir:
Bu gün, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
Bu gün, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
Bu gün, 13:02
Müəllimlər də forma geyinəcək
Bu gün, 12:57
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
Bu gün, 11:56
TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
Bu gün, 11:38
SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
Bu gün, 10:51
“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
Bu gün, 10:47
Prezident qəbul keçirdi - Foto
Bu gün, 10:34
Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
Bu gün, 10:14
Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
Bu gün, 09:51
“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”
Bu gün, 09:42
Bu yollar tıxaclıdır - Siyahı
Bu gün, 09:32
Bakıda atəşfəşanlıq oldu -Fotolar
Bu gün, 09:30
Ərdoğandan NATO bəyanatı: "Heç bir bədbin proqnoz özünü doğrultmadı"
Bu gün, 09:26
Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
Bu gün, 09:11
"Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama
Bu gün, 09:00
Bu gündən Məhərrəm ayı BAŞLAYIR
Dünən, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Dünən, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Dünən, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Dünən, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Dünən, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Dünən, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Dünən, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Dünən, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Dünən, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Dünən, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili