Türkiyə Ağ Evi Suriya üzərindən "vurur": ABŞ-ın "terror dövləti" layihəsi boşa çıxır

ABŞ-ın Yaxın Şərqə yönəlik daha bir "fəlakət layihəsi" boşa çıxmaq üzrədir... Türkiyə isə bu prosesdə ən böyük strateji qələbəni qazanan tərəf statusunda çıxış edir...
"Yeni Müsavat xəbər verir ki, Suriyada ABŞ-ın "terrorçu müttəfiq layihəsi" artıq iflasa uğramağa başlayıb. Belə ki, Ağ Evin maliyyə dəstəyi göstərdiyi, ABŞ-ın milyardlarla dollar dəyərində silah-sursat göndərdiyi, hərbi təlimlər keçdiyi və ciddi şəkildə himayə etdiyi PKK/YPG-nin dağılmaqda olduğu müşahidə edilir. Və bu, birmənalı şəkildə rəsmi Ankaranın yürütdüyü Suriyanın unitar dövlət statusunun bərpa olunması siyasəti sayəsində baş verməklə yanaşı, həm də Türkiyəyə olduqca ciddi strateji üstünlük qazandırır.
Onu da qeyd etmək lazımdır ki, Suriyada uzun illərdən bəri Ağ Evin zorla saxladığı süni status-kvonun son vaxtlar çökmə mərhələsinə girməsi geriyə dönməz prosesə çevrilib. Suriya ordusunun terrorçu PKK/YPG-yə qarşı başlatdığı genişmiqyaslı hücumlar yalnız hərbi əməliyyat anlamı daşımır. Çünki bu, həm də ABŞ-ın Suriya ərazisinin bir hissəsində reallaşdırmağa çalışdığı qeyri-qanuni geopolitik layihənin bloklanması deməkdir.
Ona görə də, illərlə “İŞİD ilə mübarizə” pərdəsi altında PKK-nın Suriya qolu olan YPG-ni silahlandıran, maliyyələşdirən və bu terrorçu təşkilatı hətta legitimləşdirməyə çalışan ABŞ indi çətin vəziyyətə düşüb. Belə ki, Ağ Ev Suriya ordusunun antiterror əməliyyatlarına yalnız bəyanatlarla reaksiya vermək məcburiyyətində qalıb. Ağ Evdə artıq yaxşı anlayırlar ki, ABŞ-ın Suriyadakı uzunmüddətli "müttəfiq terrorçu" oyunu artıq sona çatmaq üzrədir. Və ABŞ-ın Suriyada qurduğu saxta nizam artıq dağılmağa başlayıb.
Məsələ ondadır ki, Ağ Evin Suriyanın Rakka-Tabqa-Deyr-əz-Zor xəttində yerləşdirdiyi PKK terrorçuları uzun illərdən bəri ABŞ üçün önəmli funksiyaları yerinə yetirirdi. Belə ki, ABŞ bir tərəfdən Suriyanın ərazi bütövlüyünü faktiki olaraq, parçalamağa nail olmuşdu. Digər tərəfdən isə Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə edilən YPG/PKK vasitəsilə "terror dövləti" qurmağa çalışırdı. Və bu təhlükəli planın mərkəzində isə terror təşkilatının - PKK-nın “müttəfiq”, suveren dövlətin - Suriyanın isə “problem” kimi təqdim edilməsi dayanırdı.
Belə anlaşılır ki, ABŞ üçün əsas prinsip heç vaxt beynəlxalq hüquq, dövlətlərin suverenliyi və ya regional sabitlik olmayıb. Ağ Evin əsas prinsipi olduqca sadədir, "əgər, terrorçu təşkilat belə, ABŞ-ın maraqlarına xidmət edirsə, deməli, legitim qurumdur" kimi bir məzmun daşıyır. Ancaq ndi Suriya ordusu Fəratın şərqinə keçib, ölkənin neft-qaz yataqlarını geri alıb və yerli ərəb tayfaları da terrorçu YPG-yə qarşı üsyana qalxıb. Və bu, onu göstərir ki, ABŞ-ın zorla ayaqda saxlamağa çalışdığı "terrorçu müttəfiq" modeli artıq daxildən çürüyərək, deqradasiyaya uğramağa başlayıb.
Maraqlıdır ki, Suriyada son baş verənlər Ağ Evdə ciddi narahatlıq doğurub, ona görə də, Pentaqondan "terrorçuya toxunmayın" tələbləri irəli sürülür. Ancaq istənilən halda, ABŞ Mərkəzi Komandanlığının “Suriya ordusunu YPG-yə qarşı hücumları dayandırmağa çağırması” əslində, Ağ Evin bütün Yaxın Şərqdə yürütdüyü ikrah doğuran siyasətinin ümumi xülasəsi də hesab oluna bilər. Çünki Ağ Ev hələ də terrorçu YPG-nin toxunulmaz olduğunu bildirir, Suriya dövlətinin öz suveren ərazisində belə, ABŞ-dan “icazəsiz” hərəkət etməsinə qarşı çıxır və İŞİD ilə mübarizə bəhanəsi altında ABŞ-ın dəstəklədiyi terrorçunu “yaxşı”, hədəfə aldığını isə isə “pis” kimi qələmə verməyə çalışır.
Təbii ki, Ağ Evin bu yanaşma tərzi yalnız Suriyaya yox, bütün region dövlətlərinə yönəlik verilən təhdidkar mesajdır. Yəni Ağ Ev demək istəyir ki, "əgər, hər hansı dövlət ABŞ-ın planlarına uyğun davranmırsansa, deməli, onun suverenliyi kağız üzərində qalacaq". Halbuki, ABŞ-ın silahlandırdığı və himayə etdiyi terrorçu YPG yalnız Suriya hökuməti deyil, həm də bu ölkənin ərəb əhalisi tərəfindən də rədd edilən cinayət strukturudur.
Onu da qeyd etmək lazımdır ki, hazırda Suriyada baş verənlər ABŞ mediasında bilərəkdən və məqsədyönlü şəkildə gizlədilir. Çünki reallıq ondan ibarətdir ki, mövcud həqiqətlər Ağ Evin Suriyada illərlə qurduğu mifləri artıq darmadağın edir. Yəni, YPG-nin “yerli özünümüdafiə qüvvəsi” deyil, məhz Suriyanın enerji resursları ilə zəngin bölgələrini nəzarət altında saxlamaq üçün ABŞ-ın uydurduğu işğalçı terror təşkilatı olduğu inkaredilməz reallıqdır. Və ABŞ silahları olmadan bu terror strukturu Suriyada bir neçə həftə belə, tab gətirə bilməz.
Digər tərəfdən, Suriyanın ərəb tayfalarının YPG-yə qarşı silaha sarılması onu sübut edir ki, ABŞ-ın “demokratiya” adı altında yaratdığı bu terrorçu qurum artıq region xalqları tərəfindən qəbul edilmir. ABŞ-ın indiyə qədər yaratdığı bütün "süni və uydurma strukturlar" kimi, terrorçu YPG də real hərbi-siyasi güc qarşısında dağılmağa məhkumdur. Və bütün bunlar onilliklər boyu PKK-ya qarşı təkbaşına mübarizə aparan Türkiyənin terrorizmə qarşı fəaliyyətinin doğru olduğunu da təsdiqləyir.
Məsələ ondadır ki, rəsmi Ankara həmişə ABŞ-ın himayə etdiyi YPG-nin məhz PKK-nın Suriya qolu olduğunu vurğulayırdı. Ancaq ABŞ israrla terroru dövlətləşdirməyə çalışırdı və Ağ Evin bu layihəsi regionu partlayışa aparırdı. Çünki Ağ Ev rəsmi Ankaranı dinləmək əvəzinə terrorçulara minlərlə yük maşını dolusu silah göndərirdi. Bununla da Türkiyənin təhlükəsizlik maraqlarını təhdid edirdi. Yəni, ABŞ NATO üzrə müttəfiqinə - Türkiyəyə qarşı düşmən və terrorçu strukturu maliyyə, eləcə də, silah-sursatla bəsləyirdi.
Hazırda Suriyada baş verən hadisələrin inkişaf istiqamətləri Türkiyənin həmişə haqlı olduğunu faktlarla sübut edir. Rəsmi Ankara indi emosional bəyanatlar vermədən, Suriyadakı ölkədaxili prosesləri soyuqqanlı şəkildə izləyir. Çünki YPG/PKK-nin zəifləyib, sıradan çıxması Türkiyənin milli təhlükəsizlik maraqları baxımından, birbaşa geostrateji qazancdır. Çünki ABŞ-ın regionda terrorizmə bağlı manevr imkanları məhdudlaşır, PKK-nın dayaqlarını artıq sıradan çıxarılır.
Maraqlıdır ki, Suriya ordusunun sarsıdıcı zərbələrindən sonra rəsmi Dəməşqin terrorçu YPG ilə “danışıqlar” aparması ABŞ-ın məlum planlarının tam iflasına göstərilən cəhd kimi qəbul olunur. Belə ki, YPG rəhbərliyinə vəzifələrin təklif edilməsi ilə bağlı 12 maddəlik plan əslində, ABŞ-ın illərlə terrorizmə yatırdığı sərmayənin məcburi likvidasiyası deməkdir. Çünki Ağ Ev terrorçu YPG-ni “müstəqil siyasi aktor” kimi təqdim etmək istəyirdi. Ancaq indiki situasiyada bu terror strukturu rəsmi Dəməşqin şərtlərini qəbul etməyə məcbur qalıb.
Ən əsası isə ABŞ-ın YPG terror təşkilatı üzərindən nəzarət etdiyi Suriyanın neft-qaz resursları Ağ Evin əlindən çıxır. ABŞ-ın maraqlarına xidmət edən silahlı terror təşkilatı isə artıq ləğv edilir. Bu, ABŞ üçün strateji fiaskodur. Çünki Ağ Evin əsas qorxusu reallaşır və terrorçu YPG Suriya dövlətinə təslim olur. Və bu, həm də ümumiyyətlə, ABŞ-ın Yaxın Şərqdəki köhnə ssenarisinin iflasa uğrama prosesinin başlanğıc əlaməti hesab olunur.
Beləliklə, Suriyada baş verənlər onu göstərir ki, ABŞ terrorizmi idarə edə bilər, ancaq onu həmişə nəzarətdə saxlaya bilməz. Belə görünür ki, ABŞ-ın Yaxın Şərqdə qurduğu daha bir "fəlakət layihəsi"nin boşa çıxması artıq qaçılmazdır. Və Türkiyə isə bu prosesdə ən böyük strateji qələbəni qazanan tərəf kimi önə çıxır.
Bu gün, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
Bu gün, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
Bu gün, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Bu gün, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Bu gün, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Bu gün, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Bu gün, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
Bu gün, 11:59
Orta aylıq maaş 1200 manata çatır
Bu gün, 11:24
Prezident həmkarını təbrik etdi
Bu gün, 10:50
Həmin şagird hoteldə ölübmüş
Bu gün, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
Bu gün, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
Bu gün, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Bu gün, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
Bu gün, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
Bu gün, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
Bu gün, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Bu gün, 09:25
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bu gün, 09:20
ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
Bu gün, 09:00
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Dünən, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Dünən, 15:30
Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Dünən, 14:22
Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
Dünən, 14:03
Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Dünən, 13:11
Pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 12:48
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB