Bu Dövlət Proqramı ölkə üçün önəmli dönüş nöqtəsidir - AÇIQLAMA
Gundem / Siyaset
Oxunub: 121
19 yan 2026 | 10:55
Bu Dövlət Proqramı ölkə üçün önəmli dönüş nöqtəsidir - AÇIQLAMA


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 12 yanvar 2026-cı il tarixdə təsdiqlənmiş 2026-2035-ci illər üçün “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” ölkənin su təminatı və kommunal infrastruktur siyasətində önəmli dönüş nöqtəsidir. Dövlət Proqramının əsas məqsədi su təchizatı, yağış suları və tullantı suları infrastrukturunun bütünlüklə yenilənməsi və təkmilləşdirilməsidir. Bu çərçivədə əsas hədəflər - Baku və Abşeron yarımadasında dayanıqlı və fasiləsiz içməli su təchizatını təmin etmək, yağış suları sistemlərinin modernləşdirilməsi ilə leysan və şiddətli yağış nəticəsində baş verə biləcək subasma risklərini azaltmaq, tullantı sularının toplanması və təmizlənməsi sistemlərini yeniləyərək ətraf mühitin qorunmasına töhfə vermək və su itkilərini azaltmaq və müasir nəzarət sistemləri vasitəsilə resursların idarə olunmasını optimallaşdırmaqdır.

Bu sözləri açıqlamasında deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, proqram çox geniş və çox konkretdir: "Proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikilməlidir, həmçinin sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

Deputat: Azərbaycanda idmanın inkişafı sistemli və məqsədyönlü dövlət siyasətinin nəticəsidir

Qeyd olunan Dövlət proqramının bir çox strateji əhəmiyyəti var. Belə ki, Azərbaycanın böyük şəhərlərində, xüsusilə Bakı və Abşeron yarımadasında əhali sayı və sənaye fəaliyyətinin artması su tələbatını kəskin şəkildə yüksəldir. Bu səbəbdən ölkənin davamlı inkişaf perspektivində su təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Dövlət Proqramı ilə suyun fasiləsiz verilməsi təmin edilərək əhalinin həyat keyfiyyəti yüksəldiləcəkdir".

Deputat bildirib ki, proqram su təminatının gücləndirilməsi ilə birbaşa olaraq sosial rifahın yüksəldilməsinə və iqtisadi artıma dəstək verəcək: "Keyfiyyətli və etibarlı içməli su şəhərətrafı və kənd ərazilərində yaşayanlar üçün həyat səviyyəsini yüksəldir, eyni zamanda sənaye və tikinti sektorlarında fəaliyyət üçün əlverişli mühit yaradır. Tullantı sularının tam şəkildə toplanıb müasir standartlara uyğun təmizlənməsi Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına töhfə verəcək. Bundan başqa, yağış suları sistemlərinin təkmilləşdirilməsi subasma və eroziya risklərini azaldacaq ki, bu da şəhər infrastrukturunun davamlılığını artırır".

P.Vəliyeva söyləyib ki, içməli su və suvarma layihələri də hər zaman insanları narahat edən ən ciddi məsələlərdən biri idi: "Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Ölkəmizdə son 20 il ərzində dörd böyük su anbarı inşa edilmiş və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur.

Azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edilir. Son 5 il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. “Sərsəng” su anbarı nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - 3 su anbarı və Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub.

Beləliklə, 2026-2035-ci illər üçün “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” Azərbaycanın ölkə miqyaslı infrastruktur siyasətində əsaslı dönüşdür. Su təminatının davamlılığını təmin etməklə, ətraf mühitin qorunmasını gücləndirərək, sosial rifahı yüksəldərək və iqtisadi inkişafı dəstəkləyərək, proqram ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm sütunlarından biridir".
Dünən, 16:00
Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
Dünən, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
Dünən, 14:22
Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
Dünən, 14:00
Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
Dünən, 13:56
Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
Dünən, 12:39
Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
Dünən, 12:16
Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
Dünən, 11:49
Əliyevdən Rusiyaya açıq MESAJ – Səfirliyimizi və təyyarəmizi vuran ölkə...
Dünən, 11:43
Makrona Münxendə soyuq duş! Liderlər onu görməzdən gəldi- "Arzuolunmaz qonaq" statusu?
Dünən, 11:37
Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
Dünən, 11:29
TƏCİLİ: Kəmaləddin Heydərova İKİ SÜRPRİZ MÜAVİN təyin OLUNDU – kimlərdir
Dünən, 11:15
İlham Əliyev Litva Prezidentini təbrik edib
Dünən, 11:03
Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək
Dünən, 10:46
Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
Dünən, 10:42
Yol Polisi piyadalara müraciət edib
Dünən, 10:00
Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi
Dünən, 09:55
Münxen dönüşü: Avropa rüsvayçılıqla müharibə arasında seçimini etdi
Dünən, 09:49
Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi
Dünən, 09:40
Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?
Dünən, 09:34
İlham Əliyev Aleksandar Vuçiçlə görüşü ilə bağlı paylaşım edib
Dünən, 09:29
Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız
Dünən, 09:16
İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır
Dünən, 09:07
Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq
Dünən, 09:00
Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ
14-02-2026, 10:10
ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyat hazırlayır
14-02-2026, 10:06
Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam”
14-02-2026, 09:56
Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür