Prezident “Qozlukörpü” SES-in açılışında - Fotolar
Gundem / Siyaset
Oxunub: 236
13 yan 2026 | 14:58
Prezident “Qozlukörpü” SES-in açılışında - Fotolar


Prezident İlham Əliyev Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

“ “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES “Azərenerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.

Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Stansiyanın ölkə enerjisiteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.

Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.


Prezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - FotolarPrezident “Qozlukörpü” SES-in açılışında - Fotolar
Bu gün, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Bu gün, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Bu gün, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu gün, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Bu gün, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Bu gün, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Bu gün, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Bu gün, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 12:23
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
Bu gün, 12:19
İlham Əliyev bu şəxsləri təltif etdi
Bu gün, 11:29
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Bu gün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bu gün, 11:15
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Bu gün, 10:04
Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Bu gün, 10:01
Polislər etiraz aksiyasına çıxdı
Bu gün, 09:57
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bu gün, 09:54
Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
Bu gün, 09:49
Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Bu gün, 09:44
Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
Bu gün, 09:14
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
Bu gün, 09:00
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
Dünən, 19:33
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Dünən, 17:40
Yardımlı İcra Hakimiyyətində əməliyyat - HƏBS OLUNANLAR VAR - EKSKLÜZİV
Dünən, 17:36
Prezident icra başçısını vəzifədən AZAD ETDİ
Dünən, 16:00
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
Dünən, 15:30
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi