Ankaranın terrorsuz Türkiyə planı: İsrail-Türkiyə müharibəsi
Dunya
Oxunub: 176
10 yan 2025 | 09:13
Ankaranın terrorsuz Türkiyə planı: İsrail-Türkiyə müharibəsi


Suriyada Əsəd rejiminin devrilməsi nəticəsində Yaxın Şərqdə bölgə ölkələri, xalqları üçün tamamilə yeni reallıqlar və fürsətlər yaradıb. Suriyadakı son proseslərdə xüsusi rola malik Türkiyə bu reallıq və fürsətlərdən maksimum faydalanaraq həm üzləşdiyi problemləri həll etmək, həm də qarşısında duran hədəflərə nail olmaq istəyir.

Birincisi, Ankara Tramp ABŞ-də rəsmi olaraq prezident vəzifəsinə başlayanadək bölgədə çevik diplomatiya nəticəsində mövqelərini daha da möhkəmləndirərək növbəti mərhələdə Yaxın Şərqin əsas regional oyunçularından biri qismində çıxış etmək istəyir.

İkincisi, Ankara 40 ildən artıq müddətdə üzləşdiyi PKK terroruna son qoyaraq terrorsuz və sabit Türkiyə təmin etməyə çalışır. Bunun üçün də Ankara daxildə və xaricdə bu problemin həllinə son qoymaq üçün çoxşaxəli siyasət yürütməkdədir.

Daxildə PKK terroruna qarşı anti-terror əməliyyatı ilə yanaşı, bu problemin siyasi dialoq yolu ilə həlli istiqamətində addımlar atmaqdadır. Son aylarda hakim "Cümhur İttifaqı"nın üzvü olan MHP lideri Dövlət Baxçalının PKK-nin buraxılması istiqamətindəki səyləri və bu məqsədlə DEM Partiya ilə aparılan danışıqlar bu prosesin tərkib hissəsidir. Çünki daxildə sabitliyin olmaması Ankaranın "Yeni yüz il Türkiyəsi" və yeni dünya düzənində Türkiyənin regional, qlobal güc olmaq kimi qarşıya qoyduğu hədəflərinə çatmasına ciddi maneələr yaradır. Bu problemin həll olunmaması, eyni zamanda, Türkiyənin təhlükəsizliyinə təhdid mənbəyi olaraq qalmaqda davam edir.

492301

Odur ki, Ankara yaranmış yeni reallıqdan faydalanaraq bu məsələni birdəfəlik həll etmək istəyir. Bu mümkün olmasa belə, PKK terroru problemini təhlükəsiz həddə endirməyə çalışır.

Üçüncüsü, Ankara regional güc və qlobal proseslərdə daha ciddi aktor rolunda çıxış etməsi üçün PKK/YPG terroruna təkcə ölkə daxilində deyil, yaxın xaricdə də kökünü kəsməyə çalışır.

PKK probbleminin həlli Ankaranın nəinki Yaxın Şərqdə, bütövlükdə geniş Avrasiya coğrafiyasında və Afrikada birmənalı söz sahibi olmasına böyük imkanlar açacaq.

Bu həm də Türkiyənin bölgədə sürətlə iqtisadi cəhətdən inkişafına təkan verəcək. Türkiyənin iqtisadi cəhətdən inkişafı və güclənməsi nəticə etibarilə həm də Türk dünyasının vahid siyasi, iqtisadi güc, daha sonra isə siyasi-hərbi güc kimi formalaşmasına böyük təkan verəcək.

Ankaranın bölgədə əllərinin güclənməsi, eyni zamanda, Azərbaycanın da Avrasiya və Afrikada ciddi oyunçu qismində çıxış etməsinə geniş fürsətlər yaradacaq.

Yeri gəlmişkən, Azərbaycan hazırda Qafqazda deyil, Mərkəzi Asiyada ciddi oyunçu rolunda çıxış etməkdədir.

Suriyadakı son hadisələrdən sonra Azərbaycanın Yaxın Şərqdəki proseslər aktiv iştirakına yeni imkanlar açır. Artıq Bakı bu istiqamətdə addımlarını atmaqdadır. Düzdür, Bakının bu addımı Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə mövqeləri zəifləyən Tehran tərəfindən nəinki qısqanclıqla, hətta sərt reaksiya formasında özünü büruzə verməkdədir. Amma bu cür addımlarla Bakının qarşısındakı duran hədəflərə mane olmaq mümkün deyil.

Dördüncüsü, Ankaranın dünyanın yenidən şəkilləndirilməsində qlobal gücə çevrilməsində əhəmiyyətli rol oynayır. Ona görə də Anakara Türkiyənin daxildə və yaxın ətrafında bu hədəflərinə nail olmasına mane olan bütün əngəlləri aradan qaldırmağa çalışır. Çünki Türkiyənin regional və qlobal gücə çevrilməsini istəməyən yetərincə qüvvələr var və onlar bu cür təhdid alətlərindən Ankaraya təzyiq vasitəsi kimi istifadə etməklə hədəflərinə nail olmasına sədd çəkməyə çalışırlar.


PKK/YPG terror təşkilatlarının regional və qlobal oyunçular tərəfindən dəstəklənməsi də davamlı olaraq Ankaraya təzyiq aləti kimi istifadə etməklə həm bölgədə, həm də Türkiyədə maraqlarını təmin etməyə çalışırlar. Bu qüvvələr yaxşı anlayır ki, Türkiyənin müstəqil siyasət yürütməsi və güclü olması onların nəinki bölgədə, bütövlükdə Avrasiya və Afrikada planlarının reallaşmasına ciddi əngəl olacaq.

Yaxın Şərqdə, Balkanlarda, Qafqazlarda və dünyanın müxtəlif bölgələrində qarşı-qarşıya gələn güclərin Türkiyənin ciddi qlobal oyunçuya çevrilməsinin qarşısının alınmasında üst-üstə düşür.

İsrail-Türkiyə müharibəsi...

Son günlərdə mediada ehtimal olunan İsrail-Türkiyə qarşıdurması barədə gedən yazılar da bu qəbildəndir.

Türkiyənin bölgədə, xüsusən də Suriyada əsas oyunçu qısmində çıxış etməsi İsraili ciddi narahat etməkdədir.

Əgər Əsəd rejiminin mövcudluğu zamanı Suriya Türkiyə ilə İsrail arasında bir bufer bölgə rolunu oynayırdısa, hazırda iki sərhəd qonşusu qismindədir.

Əsəd rejimi dövründə İran birbaşa sərhəddi olmadığından ancaq proksi güclər vasitəsilə İsraillə toqquşurdu. Bundan İran Türkiyə kimi qüdrətli orduya malik deyildi. O baxımdan İranla qarşıdurma İsraili o qədər də ciddi narahat etmirdi. Amma İsrailin bu gün Türkiyə kimi hərbi cəhətdən qüdrətli, döyüşə hazırlığı yüksək səviyyədə olan bir orduya malik ölkə ilə üz-üzə dayanması ciddi məsələdir.

Hazırda İsrail-Türkiyə hərbi qarşıdurması real deyil və yaxın gələcəkdə də görünmür. Bu sadəcə ehtimaldır. Təbii ki, İsrail Ankaranın artan nüfuzundan narahat olduğundan Türkiyənin rolunu və mövqeyini zəiflətmək üçün ən müxtəlif taktikalara əl atacaq, xüsusən də terrorçu PKK/YPG-yə hərtərəfli dəstək verəcək. Bundan əlavə olaraq, İŞİD və ya digər terror təşkilatları, eyni zamanda, Türkiyə daxlində sabitliyi pozmaq üçün siyasi və iqtisadi güclərlə birbaşa yaxud da dolayı yolla əməkdaşlıq edəcək. İsrail hətta bu məsələdə Qərb və digər bəzi ölkələrlə də əməkdaşlıqdan çəkinməyəcək.

Ankaranın isə hədəfi dünyada imperialist ambisiyalarla çıxış etmək deyil, beynəlxalq hüquqa əsaslanan bərabərhüquqlu əməkdaşlığın təmin olunmasıdır.
Bu gün, 14:22
Sabah hava yağıntılı olacaq
Bu gün, 13:11
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Bu gün, 13:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Bu gün, 12:44
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Bu gün, 12:34
Prezident ilham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Bu gün, 11:33
Çindən tarixi addım: 53 ölkə ilə bütün məhsullara gömrük tariflərı ləğv edildi
Bu gün, 11:24
SEPAH açıqladı: Ancaq bu ölkələr Hörmüz boğazından neft daşıya bilər
Bu gün, 11:17
Hamamda “kalonka” partladı - Ölən var
Bu gün, 10:49
Yaxın Şərqdəki vətəndaşlar üçün növbəti təxliyə reysi həyata keçirilir
Bu gün, 10:45
Sol zolağı “zəbt edən” sürücülərə xəbərdarlıq - Video
Bu gün, 10:20
Neft qiymətlərinin daha çox artacağını gözləyirdim - Tramp
Bu gün, 10:16
İran tammiqyaslı müharibəyə başladı - 1 tonluq raketlər...
Bu gün, 10:09
Son Dəqiqə: Tehran atəşkəs şərtlərini açıqladı - Zəmanət verilməlidir
Bu gün, 09:43
Tramp: İndikindən 20 dəfə daha sərt zərbə endirəcəyik
Bu gün, 09:38
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
Bu gün, 09:31
İrana qarşı müharibə demək olar ki, bitib - Tramp
Bu gün, 09:27
Makron: “Biz Yaxın Şərq münaqişəsində iştirak etmirik”
Bu gün, 09:23
Ərdoğan Pezeşkianla telefonla danışıb
Bu gün, 09:19
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
Bu gün, 09:13
Azərbaycan səması Avropa ilə Asiyanı fəal şəkildə birləşdirir
Bu gün, 09:00
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
Dünən, 10:25
Azərbaycanla İran arasında yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olunub
Dünən, 10:18
Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi
Dünən, 09:50
İsrail İranın mərkəzindəki hədəflərə qarşı yeni zərbələrə başlayıb
Dünən, 09:45
Məsud Pezeşkianın Prezident İlham Əliyevə zəngi Türkiyə mediasında müzakirə edildi - VİDEO
Dünən, 09:34
İranın yeni ali lideri Müctəba Xamenei kimdir? - DOSYE
Dünən, 09:25
Venesueladan ABŞ-yə 100 milyon dollar həcmində qızıl göndərilib