Avropanın ilk "canlı bomba" qızı - FOTO

Onu Avropanın ilk qadın "canlı bomba"sı adlandırırlar
26 yaşlı Həsna Eytbulaşe Parisin Sen-Deni səmtində polisin keçirdiyi antiterror əməliyyatı zamanı özünü partladıb.
Azerinfo.az Le Republicain Lorrain-ə istinadən bildirir ki, bu qadın noyabrın 14-də Parisdə törədilmiş 7 terror aktının təşkilatçısı sayılan İŞİD mənsubu Əbdülhəmid Əbaudun dayısıqızıdır.
Fransa polisi Sen-Denidə əməliyyata başlayaraq Əbaudu və onun əlaltılarını yaxalamağa çalışanda Həsna Eytbulaşe belinə bağladığı "şəhid qurşağı"nı işə salıb.
"Kougöl" (The Cowgirl) ləqəbi ilə tanınan Həsna partlayışda həlak olub. Partlayış zamanı 3 polis yaralanıb.
Həsnanın rəfiqələrinin dediklərinə görə, bu qız spirtli içkilər içdiyi və kovboy papaqlarını sevdiyi üçün ona "Kougöl" deyirdilər: "Amma ötən il Həsna namaz qılmağa başladı, əvvəl hicaba, sonra çadraya büründü".
Həsnanın valideynləri boşanıblar. Qız Parisdə, anası ilə yaşayırdı və ildə iki-dörd həftəliyə Fransanın Lotaringiya vilayətindəki Mozel bölgəsinə, Krötsvald şəhərinə yollanırdı.
Həsnanın atası Heyt Bulaşı Krötsvaldda yaşayırdı.
Həsna Eytbulaşenin valideynləri 1973-cü ildə Mərakeşdən Fransaya mühacirət etmiş, Parisdə yaşamağa başlamışdılar. Avropanın ilk "canlı bomba" qızı da 1989-cu ildə Parisin Klişi la Qaren səmtində doğulmuşdu.
Polisdən verilən məlumata görə, Həsna Sen-Denidəki mənzildə özünü partlatmazdan əvvəl "Kömək edin! Ölmək istəmirəm!" qışqırıb.
Dünən Krötsvald şəhərində, Həsnanın atasının evində axtarış aparılıb.
Bu gün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Bu gün, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Bu gün, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Bu gün, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Bu gün, 09:26
Arda DÇ-də rekorda imza atdı
Bu gün, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bu gün, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ