ABŞ Kəşfiyyatı: Rusiya bunu etməyib - Araşdırma
Rusiyanın Malayziya MH17 sərnişin təyyarəsinin vurulması ilə bağlı uzun müddət günahlandırılmasından sonra ABŞ Mərkəzi Kəşfiyyatı İdarəsi (MKİ) Rusiyanın bunu etməsi ilə bağlı hər hansı sübutun olmadığını bildirib. Əslində elə peykdən çəkilmiş şəkillər də Obama hakimiyyətinin həmişə olduğu kimi yalan dediyini təsdiqləyirdi.

Mərkəzi Kəşfiyyatın Qara Əməliyyatlar Şöbəsinə nisbətən Analitik Şöbə həqiqəti gizlətmir. Buna görə də Buş hakimiyyəti dövründə Analitik şöbənin əməkdaşları müdafiə naziri Dik Çeyni tərəfindən ciddi sıxışdırmalara məruz qalmış və işçilərinin çoxu ölkədən xaric edilmişdi. Hətta Mərkəzi Kəşfiyyatın Analitik Şöbəsinin ləğvi edilməsi fikri də gündəmə gəlmişdi.
Buna baxmayaraq ABŞ dövlət rəsmiləri hələ də Rusiyanı günahlandırır və Rusiyanın Kievə qarşı separatçıları dəsətəklədiyini, yəni dolayısı ilə Kiev hakimiyyətinə qarşı müharibə elan etdiyini bildirirlər. Ukraynada legitim və demokratik yolla seçilmiş prezident V. Yanukoviçin devrilməsində əvəzsiz xidmətləri olan və bunun üçün ABŞ-ın 5 milyard dollar xərclədiyini açıqca deyən V. Nuland qeyd edib ki, Vaşinqton günahsızdır, Rusiya isə günahkar, hekayənin sonu.
Ağ Evin sözçülərindən biri olan Mariya Harf isə jurnalistlərin Rusiya əsaslı şəkildə və faktlarla məsuliyyəti rədd edir fikrinə isə sərt reaksiya verərək, Vaşinqton nə deyirsə ona inanılmalıdır, Rusiya hökumətinin dediklərinə isə inanmaq olmaz,-deyə vurğulayıb.
Həmin jurnalistlər və media sahiblərinin işlərini itirmələri heç də təəccüblü olmazdı. Əlbəttə ki, Amerikanın azad mətbuatı var, onlar hökumət üçün yalan danışmaqda azaddır.
Bəllidir ki, ABŞ hökuməti MH17 təyyarə qəzasını tam olaraq rəsmi aydınlaşmasına icazə verməyəcək. İngiltərənin BBC kanalı qara qutuların Britaniyaya gətirildiyini elan etdi. Hollandiya Təhlükəsizlik Komitəsi qara qutuların ölkəyə gətirildiyini, səs qeydləri və yaddaş moduluna ziyan dəymədiyini bildirib. Deməli, BBC həqiqəti gizlədir. Çünki, necə ola bilər ki, qara qutular eyni anda həm İngiltərədə, həm də Hollandiyada olsun. Üstəlik Donetsk Xalq Respublikasının prezidenti A. Boroday qara qutuların Malaziya hökumətinə təhvil verildiyini bəyan edib. Boroday onu da əlavə edib ki, siyasiləşməmiş araşdırma üçün qara qutular Beynəlxalq Sivil Aviasiya Təşkilatına göndəriləcək.
Bəs qara qutular hardadır? Əgər Malayziya hökuməti onları Britaniyaya veribsə, Britaniya hökuməti də Vaşinqtonun tələb etdiyi yalanları danışacaq. Əgər qara qutular Vaşinqtonun kuklası Britaniyadadırsa, o zaman biz heç vaxt həqiqəti bilməyəcəyik. Hollandiya baş naziri də Rusiyaya qarşı əsassız və düşməncə ittihamlar irəli sürmüşdü. Belə görünür ki, Vaşinqton məsələnin araşdırılmasını Beynəlxalq Sivil Aviasiya Təşkilatının əlindən alaraq öz kukla müttəfiqlərinə verməklə ciddi uğur əldə edib.
Amerikalı siyasi analitik Cim Din bildirir ki, təyyarə öz xətti ilə uçarkən dispetçer tərəfindən məqsədli bir şəkildə 14 km öz yolundan meyilləndirərək döyüşlərin getdiyi Donetsk üzərinə yönəldib. Digər tərəfdən MH17 sərnişin təyyarəsi BUK raketi ilə vurulub və BUK havadan müdafiə sistemi federallaşma tərəfdarlarında mövcud deyil. Təyyarənin vurulmasından 2 gün əvvəl BUK M1 havadan müdafiə sistemini döyüşlərin getdiyi əraziyə məhz Ukrayna ordusu gətirib. Federallaşma tərəfdarları onu da qeyd ediblər ki, əgər bizim elə raketlərimiz olsaydı, onları Ukrayna ordusuna qarşı istifadə edərdik, sərnişin təyyarəsinə qarşı deyil.
Qəzanın baş verdiyi zamana da diqqət etməliyik. Putin çox uğurlu keçən Latın Amerika səfərindən təzəcə qayıtmışdı. Səfər çərçivəsində dollar hegemoniyasına qarşı BRİCS İnkişaf Bankının yaradıldığı elan edilmiş, Cənubi Amerika ölkələri ilə bütün sahələrdə strateji müttəfiqliyin təməlləri atılmışdı. Üstəlik Ukraynada gedən döyüşlərdə federalistlər özünü müdafiə qüvvələri 2 günə Sabovka, Qovoruxa, Roskoşnoye və Georgiyevka kimi 4 mühüm hərbi əhəmiyyətli kəndi geri qaytarmış, 5000 ukrayna əsgərini pusquya salmışdılar. Bunlar Rusiyanın həm Latın Amerikada, həm də Ukrayna məsələsində necə fəallaşdığını göstərir, təbii ki bu uğurları kölgələmək lazım idi. Malayziya MH 17 sərnişin təyyarəsinin vurulmasında məqsəd elə bu idi.
Həqiqətin gizlədilməsi davam edəcək. Con Kennedinin sui-qəsdi ilə bağlı, 11 sentyabr hadisələri ilə bağlı olduğu kimi ABŞ hələ çox yalanlar danışacaq. Yadımızdadır, İraqda kütləvi qırğın silahının olması haqqında o vaxtki dövlət katibi Kollin Povel necə bütün dünyaya yalan danışmış, sonra Mərkəzi Kəşfiyyat tərəfindən aldadıldığını özü də etiraf edərək, CİA məni aldatdı demişdi. Bundan başqa Suriyada kimyəvi silahın tapılması ilə bağlı Obamanın qırmızı xəttini hamımız yaxşı xatırlayırıq. Rusiya kimyəvi silah iddiasının saxta olduğunu ifşa etmiş, sarin qazının məhz müxaliflər tərəfindən istifadə edildiyini sübut etmişdir. Hətta Britaniya parlamenti də Obamanın Suriyaya hücum edəcəyi təqdirdə ölkənin müharibəyə qoşulmayacağını yekun səsvermədən sonra elan etmişdir.
Amerikalı məşhur iqtisadçı və siyasi yazar P. K. Robertsə görə bu etirafdan sonra Mərkəzi Kəşfiyyatın Analitik Şöbəsi yenidən ciddi təzyiqlərə məruz qalacaq.
Tarix sübut edir ki, ABŞ adlı dövlət və onun mediası yalan istehsalında əsl ustadır. Ancaq bu gün ölkə daxilində də həqiqəti öyrənmək istəyən cəsarətli jurnalistlərin sayı artmaqdadır. Təkcə Amerikanın deyil, bütün dünyanın gələcəyi belə cəsarətli jurnalistlərdən asılıdır.
AzadXeber.net

Bu gün, 14:56
Prezidentdən TƏBİB-lə bağlı sərəncam
Bu gün, 13:43
Sabah bəzi yerlərdə yağış yağacaq
Bu gün, 11:43
Bu istiqamətdə yeni piyada keçidi inşa olunur
Bu gün, 11:39
“Cəfər Cabbarlı - Nizami” tunelinin tikintisində ilk mərhələ yekunlaşıb
Bu gün, 11:35
Prezident qazaxıstanlı nazirləri qəbul etdi
Bu gün, 11:22
Rəsmi Bakıdan ABŞ ilə İran arasında atəşkəsə dair - Bəyanat
Bu gün, 11:19
Polis silah-sursat götürdü
Bu gün, 11:15
Bu gün Xameneinin ölümü ilə bağlı anım mərasimi keçiriləcək
Bu gün, 11:11
Çobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video
Bu gün, 10:34
PSJ “Liverpul”a, “Barselona” “Atletiko”ya qarşı
Bu gün, 10:31
Uşaqlara sosial şəbəkələr qadağan edilir
Bu gün, 10:26
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Bu gün, 10:23
Vaşinqton və Tehran birbaşa danışıqlarının DETALLARI AÇIQLANDI
Bu gün, 10:20
Tramp qəzəbləndi: ABŞ qələbə qazanıb
Bu gün, 09:26
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.04.2026)
Bu gün, 09:22
Çin rəsmisi ABŞ və İsraili günahlandırdı
Bu gün, 09:17
Tramp İrana qarşı hücumları dayandırmağa razılaşdı
Bu gün, 09:12
İran və ABŞ atəşkəsə razılaşdı
Bu gün, 09:08
Ağdaban qətliamından 34 il ötür
Bu gün, 09:00
"Cənubi Qafqaz ölkələri və Türkiyə regional təhlükəsilik zonası yarada bilər"
Dünən, 19:10
Prezident onları təltif etdi - SİYAHI
Dünən, 16:00
Paşinyan Rusiyaya qarşı “sensasion plan”ın icrasına başlayıb: İrəvan niyə məhz indi Bakıdan təhlükəsizlik təminatı gözləyir
Dünən, 15:30
"İran Ermənistanı hədəfə ala bilər” –Cənubi Qafqaz ətrafında şok iddialar
Dünən, 14:22
Bakı-Yeni Dehli xəttində buzlar əriyir - Hindistanın Ermənistan kartı iflasa uğradı
Dünən, 13:37
İli köhnə avtomobil sahiblərinə şad XƏBƏR
Dünən, 13:12
Gürcüstanda SKANDAL: Azərbaycanlı merin qardaşı tutuldu – TƏFƏRRÜAT
Dünən, 12:24
"Zinət əşyalarımın bijuteriya olduğunu deyirlər, qaytarmırlar" – Məzahir Pənahovun keçmiş gəlini