Putin və Saakaşvili tərəfdarları arasında dava
Tərəflər biri-birini amansızlıqla döyüblər
Gürcüstanın paytaxtı Tiflisdə indiki və əvvəlki hakimiyyətlərin tərəfdarı olan gənclər təşkilatlarının üzvləri arasında kütləvi dava olub. Tərəflər biri-birini amansızlıqla döyüblər.
RFİ agentliyinin məlumatına görə, toqquşmalara səbəb hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyasının tərəfdarları ilə müxalifətdəki Vahid Milli Birlik Partiyasının (VMBP) üzvləri arasındakı qarşılıqlı ittihamlardır. Tərəflər bir-birini zorakılıqda suçlayır.
Küçə döyüşləri Tiflisin Pekin küçəsində şənbə günü baş verib. Kütləvi davada iki QHT-nin üzvləri - müxalifətdəki VMBP-yə və sabiq prezident Mixail Saakaşviliyə rəğbətini gizlətməyən "Azad zona" gənclər təşkilatının və hakimiyyətdəki "Gürcü arzusu" koalisiyasını dəstəkləyən "Azad nəsil" gənclər təşkilatının üzvləri iştirak edib.
İğtişaşlar "Azad nəsil" təşkilatının ideoloqlarından biri olan jurnalist Zaza Davitayanın döyülməsindən sonra başlayıb. Həftəlik "Asaval-Dasavali" qəzetinin əməkdaşı olan Z.Davitaya bildirib ki, onu Saakaşviliyə rəğbət bəsləyən "Azad zona" təşkilatının üzvləri döyüblər, səbəb də jurnalistin sabiq prezidenti məhkəməyə verməyə çağıran yazıları olub.
Z.Davitaya xəstəxanaya aparılandan sonra iqtidaryönlü "Azad nəsil" təşkilatının yüzlərlə üzvü "Azad zona" təşkilatının ofisinin qarşısına toplaşıblar. Onlar ofisə soxularaq oradakı qapı-pəncərəni, mebelləri sındırıblar, həmçinin təşkilat üzvlərini döyüblər.
VMHP-dən olan deputatlar "Azad zona"ya köməyə gəlsələr də onlar da döyülüblər. Müxalifətçi deputat Koba Xabazi ağır xəsarət alıb.
Polis davanın böyüməsinin qarşısını alsa da gənclər küçələrə axışıblar. Dava-dalaş burada da davam edib. Tərəflər bir-birinə daş, şüşə qablar, yumurta atıb, bir-birini təhqir ediblər. "Azad nəsil" Saakaşvili tərəfdarı olan gəncləri "vətənə xəyanətdə, Saakaşvilinin qanlı rejimini dəstəkləməkdə" ittiham edib.
"Azad zona" isə öz növbəsində Rusiya prezidenti Vladimir Putin əleyhinə şüarlar səsləndirib, indiki hakimiyyəti Rusiyanın əlaltısı olmaqda ittiham edib və əks düşərgədən olan həmyaşıdlarını ironiya ilə "gənc putinçilər" adlandırıb.
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze baş verən hadisəyə münasibət bildirərkən "Azad zona"nı və Saakaşvili tərəfdarlarını "Tiflisdə ikinci Maydan hadisələri yaratmaqda", hakimiyyəti Ukraynada olduğu kimi mitinq və iğtişaşlar yolu ilə devirməyə çalışmaqda günahlandırıb.
Virtualaz.org

Dünən, 16:24
İlham Əliyev bu şəxsləri medalla təltif etdi
Dünən, 16:00
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir
Dünən, 15:30
Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı
Dünən, 13:11
Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Dünən, 13:00
Deputat pəncərədən tullanıb qaçıbmış...
Dünən, 12:29
Nizami Kino Mərkəzinin divarını cızma-qara edənlər tutuldu
Dünən, 12:23
Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR
Dünən, 11:48
TƏCİLİ! Azərbaycan Ordusu BU İSTİQAMƏTDƏ yürüşə başladı
Dünən, 11:37
Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək
Dünən, 11:32
Trampdan yeni İran açıqlaması: Biz hələ başlamamışıq
Dünən, 11:22
SEPAH: "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirdik
Dünən, 10:42
Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?
Dünən, 10:38
Gəncədə avtomobil mağazaya girdi - Fotolar
Dünən, 10:20
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
Dünən, 09:38
Sürücülərin nəzərinə!
Dünən, 09:34
İran “Oracle”ı hədəf aldı
Dünən, 09:31
DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!
Dünən, 09:27
Türkiyə millisinə yeni himn bəstələyəcək
Dünən, 09:19
Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatdı
Dünən, 09:15
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 09:00
Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK
2-04-2026, 16:00
Ermənistan böyük güclərin toqquşma xəttində: seçki öncəsi polemika və geosiyasi mesajlar
2-04-2026, 15:30
Trampdan QALMAQALLI AÇIQLAMA: "Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir!"
2-04-2026, 14:23
Mərkəzi Bankdan qiymət artımları ilə bağlı PROQNOZ
2-04-2026, 13:11
Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb
2-04-2026, 12:29
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
2-04-2026, 12:13
Ağdam-Xankəndi dəmir yolunda tikintinin təxminən 43 %-i tamamlandı