Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası
Dunya
Oxunub: 3
10 sen 2026 | 13:17
Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası


Azərbaycanın dəvət edilmədiyi sammitdə Ermənistanın hansı kosmik strategiyası müzakirə olunacaq?
Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya iki günlük səfəri rəsmi olaraq Beynəlxalq Kosmik Sammitdə iştirakla bağlıdır. Lakin Paşinyanın səfər zamanı sosial şəbəkələrdə paylaşdığı görüntülər rəsmi gündəmdən daha çox şəxsi nümayiş və populist mesajlarla yadda qalır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Parisə kommersiya reysi ilə uçduğunu xüsusi olaraq nümayiş etdirib. Təyyarədə isə Xəlil Cibranın “Dəli” kitabını oxuduğunu açıqlayıb və kitabı sərnişinlərdən birinə hədiyyə etdiyini bildirib. Ermənistan hökumətinin rəhbərinin bu paylaşımı sosial şəbəkələrdə istehza doğuracaq qədər simvolik görüntü yaradıb: ölkəsinin ciddi geosiyasi və sosial problemləri fonunda baş nazir səfərinin ilk anlarını kitab və “xalqla birlikdə uçuş” görüntüləri ilə təqdim edir. Lakin Paşinyanın Parisdəki paylaşımları bununla bitməyib. Kosmik sammit üçün Fransaya gedən baş nazirin növbəti gündəmi daha “yerüstü” olub – artişok. “Boş vaxt, Paris, artişoklar” başlığı ilə video paylaşan Paşinyan Parisə kommersiya reysi ilə gəlməyin ona əlavə boş vaxt yaratdığını və bundan istifadə edərək artişok dadmağa getdiklərini bildirib. O, hətta artişokun Ermənistanda da yetişdirilməyə başlandığını və bunun Fransaya ixrac potensialının böyük olduğunu deyib.
Beləliklə, Ermənistanın baş nazirinin Paris səfərində kosmik texnologiyalarla yanaşı, artişok da xüsusi yer tutub. Paşinyanın bu yanaşması onun siyasi üslubunun əsas xüsusiyyətlərindən birini – gündəlik məişət və şəxsi görüntülər üzərindən siyasi populizmi – bir daha ortaya qoyur. Əslində isə Paşinyanın iştirak etdiyi tədbirin gündəliyi kifayət qədər ciddi mövzuları əhatə edir. Sentyabrın 9-10-da Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə dünya liderləri və yüksək vəzifəli şəxslər kosmik infrastrukturun gələcəyi, texnologiyalar və kosmosun strateji əhəmiyyəti barədə müzakirələr aparırlar. Sammitdə Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Hindistanın baş naziri Narendra Modi və digər yüksək səviyyəli şəxslərin iştirakı nəzərdə tutulub. Paşinyanın isə bu gün-sentyabrın 10-da “Gələcəyin kosmik infrastrukturuna baxış” mövzusunda dəyirmi masada çıxış etməsi planlaşdırılır. Ermənistan hökumətinin başçısı Finlandiya prezidenti Aleksandr Stubb, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, BƏƏ-nin təhsil naziri Əhməd Bəlhül Əl-Falasi və Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds ilə eyni paneldə yer alacaq.

Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makronun kosmik sammitə Cənubi Qafqazdan məhz Azərbaycanı dəvət etməməsi diqqətdən kənarda qala bilməz. Söhbət yalnız kosmik əməkdaşlıqdan getmir. Belə genişmiqyaslı beynəlxalq tədbirdə regionun əsas dövlətlərindən birinin iştirak etməməsi siyasi suallar doğurur. Azərbaycanın kosmik sahədə öz peyk proqramları və infrastrukturu var. Buna görə Bakının sammitdən kənarda qalmasını yalnız texniki və təşkilati səbəblərlə izah etmək inandırıcı görünmür. Xüsusilə də Fransa son illərdə Ermənistanla münasibətlərini sürətlə inkişaf etdirir və Cənubi Qafqazda daha fəal siyasi mövqe tutur. Bu baxımdan Makronun son qərarı Parisin Azərbaycana münasibətində qərəzli yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Fransa özünü regionda balanslı və ədalətli tərəfdaş kimi təqdim etmək istəyirsə, bu cür addımlar həmin iddianı daha da sual altına salır...
Bu gün, 13:17
Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası
Bu gün, 13:08
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
Bu gün, 13:00
İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal
Bu gün, 12:42
Dünya çempionumuz Turqay Qəribli Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi
Bu gün, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
Bu gün, 12:24
Prezident Qaradağda açılışda - Fotolar
Bu gün, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Bu gün, 11:53
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Bu gün, 10:52
Xəzərdə zəlzələ oldu
Bu gün, 10:26
Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq
Bu gün, 10:22
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Bu gün, 10:18
Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
Bu gün, 10:13
"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
Bu gün, 09:45
Zelenskinin təyyarəsini vurmaq istədilər - SON ANDA XİLAS OLDU
Bu gün, 09:38
Pirəkəşküldə qorxulu anlar: Zəhərli ilanlar evlərə doluşub - VİDEO
Bu gün, 09:34
Xocalıda mina partladı - xəsarət alan var
Bu gün, 09:30
Zəngəzurda 858 milyon avroluq Bərgüşad tuneli - Yol İrana uzanır, Fransa pul buraxır
Bu gün, 09:29
25 ailə doğma yurduna qayıdır - Fotolar
Bu gün, 09:24
Bu yollarda tıxac var - Siyahı
Bu gün, 09:11
Mansur Yavaş CHP-nin 103 illiyinə getmədi, Ərdoğanın yanına yollandı - Ankarada heyrətamiz dəqiqələr
Bu gün, 09:00
“Barselona” və PSJ-dən darmadağın, “Qalatasaray”dan məğlubiyyət - ÇL-də gecənin matçları
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi