Netanyahunun “yeni xəritəsi” işə düşür: Pakistan-Əfqanıstan toqquşması nəyin xəbərçisidir
Dunya
Oxunub: 20
27 fev 2026 | 15:30
Netanyahunun “yeni xəritəsi” işə düşür: Pakistan-Əfqanıstan toqquşması nəyin xəbərçisidir


ABŞ-la İran arasında Cenevrədə keçirilən danışıqlardan sonra regionda əsas hərbi toqquşmanın məhz bu iki dövlət arasında baş verəcəyi ehtimal edilirdi. Lakin gözlənilən ssenari baş vermədi. Əksinə, partlayış və hava zərbələri xəbərləri Pakistan-Əfqanıstan sərhədindən gəldi.

“Durand xətti” boyunca qarşılıqlı hücumlar, ölən və yaralananlarla bağlı ziddiyyətli məlumatlar, Pakistan aviasiyasının Əfqanıstan ərazisini bombalaması barədə iddialar Cənubi Asiyada yeni müharibə riskinin yarandığını göstərdi. Bu gərginliyin Hindistanın İsraillə hərbi-strateji yaxınlaşması və ABŞ-İran danışıqlarında “əhəmiyyətli irəliləyiş” xəbərləri ilə eyni vaxta təsadüf etməsi isə hadisələrin təsadüfi olmadığı barədə müzakirələri gücləndirdi.

Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuz hesab edir ki, Pakistan-Əfqanıstan qarşıdurmasını yalnız sərhəd insidenti kimi qiymətləndirmək düzgün deyil: "İki müsəlman ölkə arasında hərbi gərginliyin artmasının Hindistan Baş naziri Narendra Modinin İsrailə səfərindən dərhal sonraya düşməsi diqqətçəkicidir. Modi İsraildə xüsusi təmtəraqla qarşılanmış və iki dövlət arasında 16 strateji əhəmiyyətli müqavilələr bağlanmışdı. Bu müqavilələr arasında hərbi əhəmiyyət daşıyan razılaşmalar da var. Sözügedən anlaşmalarda Hindistanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, lazer silahlarının Hind təyyarələrinə quraşdırılması kimi olduqca ciddi xüsuslar da yer alır. Nəzərə alsaq ki, Modinin məlum səfərindən əvvəl İsrail Baş naziri Binyamin Netanyahu şiə və sünni ittifaqa qarşı müxtəlif coğrafiyalarda yerləşən ölkələrdən ibarət 6-guşəli müdafiə sistemi yaradacaqlarını bəyan etmiş və bu ittifaqın üzvləri arasında Hindistanın adını xüsusilə çəkmişdir, Narendra Modi ilə imzalanan hərbi-strateji müqavilələr ayrı bir anlam qazanır. Görünən budur ki, Tel-əviv İran məsələsinin artıq həll edildiyini, növbəti mərhələdə əsas hədəfin sünni ittifaqlar olduğunu düşünür və bu istiqamətdə ilk addımları atır". Heydər Oğuz qeyd edib ki, prinsip etibarilə, Cenevrədə keçirilən İran və ABŞ danışıqlarından gələn xəbərlər də bu ehtimalı gücləndirir:

"İstər danışıqların vasitəçisi olan Omanın, istərsə də İranın Xarici İşlər nazirləri görüşün nəticələri barədə verdikləri açıqlamalar tərəflərin ilkin razılaşmalar əldə etdiklərini göstərir. Məlumata görə, saatlarla sürən danışıqlarda “əhəmiyyətli irəliləyiş əldə edilib, gələn həftənin ilk iş günündə Vyanada keçiriləcək növbəti görüşlərdə anlaşmanın “texniki tərəfləri” masaya yatırılacaq. Modinin İsrail səfərindən və ABŞ-İran danışıqlarında “önəmli irəliləyişlər əldə olunmasından dərhal sonra Pakistan-Əfqanıstan gərginliyinin ortaya çıxmasının səbəblərinə gəlincə, fikrimcə, əsas məsələ Netanyahunun təbiri ilə desək, “sünni ittifaqın” son zamanlar aktivləşməsi və regional təhlükələrə qarşı ittifaq qurması ilə bağlı ola bilər. Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfər etmişdi. Səfər çərçivəsində tərəflər ABŞ-ın İrana hücum təhdidlərini, Suriyadakı son hadisələri və Qəzzadakı vəziyyət kimi regional məsələləri, eləcə də ikitərəfli münasibətləri masaya yatırmışdılar. Hər iki ölkədə müdafiə sənayesi, aviasiya, enerji, infrastruktur və tikinti, səhiyyə, kənd təsərrüfatı, qida, turizm, informasiya texnologiyaları, rəqəmsal transformasiya, logistika, daşınmaz əmlak və s. kimi sahələrdə yeni əməkdaşlıq imkanlarının müzakirə etdikləri bildirilir. İsrail və regional müttəfiqləri bu səfərlərin adi gediş-gəliş olmadığını, yeni hərbi ittifaq arayışlarından irəli gəldiyini düşünürdülər. Almaniyanın DW nəşri səfərləri belə şərh edirdi: “Keçmişdə çətin dövrlər yaşayan bu iki ölkə ilə əlaqələr Türkiyənin ABŞ və Rusiyadan asılı olmayaraq Yaxın Şərqdə təhlükəsizlik arxitekturası qurmaq səyləri üçün vacibdir”.

Heydər Oğuzun sözlərinə görə bir çox analitiklər Türkiyə prezidentinin Səudiyyə Ərəbistanı və Misirə səfərlərinin əsas məqsədinin NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun şəkildə hərbi ittifaq qurmaq istəyi ilə əlaqələndirirlər:

"Bu mülahizəyə görə, yeni hərbi ittifaqın nüvə çətiri Pakistan, konvensional silah tədarükçüsü Türkiyə, maliyyə mənbəyi isə Səudiyyə Ərəbistanı ola bilər. Bildirildiyinə görə, artıq ABŞ-a güvənməyən Səudiyyə Ərəbistanı özünün hava hücumundan müdafiə imkanlarını artırmaq üçün alternativlər axtarır. Bunun üçün də Pakistandan Çin istehsalı olan JF-17 hərbi təyyarələri, Türkiyədən isə KAAN qırıcıları almaq istəyir. Amma Çini özünün ən güclü rəqibi kimi görən ABŞ JF-17 hərbi təyyarələrinin alınmasına isti baxmadığından rəsmi Riyad əsasən Türk qırıcıları üzərində dayanıb. Səudiyyə Ərəbistanı 100 ədəd KAAN təyyarəsi almaq barədə düşünür. Hətta bununla da kifayətlənmək istəmir, təyyarənin birgə istehsalı barədə Türkiyə ilə danışıqlar aparır. Misir və Pakistanın da Türkiyə istehsalı olan dronlara və təyyarələrə ehtiyacı var. Haqqında danışdığımız ölkələrin bu ortaq ehtiyacları onları birgə fəaliyyət göstərməyə, hərbi-strateji ittifaqlar qurmağa təşviq edir. Netanyahunun 6 guşəli təhlükəsizlik ittifaqı təklifinin məhz belə bir məqamda gəlməsi də təsadüfi deyil".

Bəs İran-ABŞ danışıqlarının bu məsələyə nə dəxli var? Heydər Oğuzun fikrincə, bu sualın ən dolğun cavabı Netanyahuya yaxınlığı ilə seçilən sağçı “İsrail Hayom” qəzetində yazan siyasətçi Zvi Hauserin iddiaları və mülahizələridir: "Hauserin fikrincə, Modinin Netanyahu ilə müzakirə etdiyi əsas mövzulardan birinin İranın gələcəyi və mövcud rejimin potensial çöküşünün yarada biləcəyi geniş imkanlarla bağlı idi. Müəllif, yazısında “molla rejiminin çöküşündən sonrakı dövrdə İsrail, Hindistan və İranın bölgədə güclü strateji ittifaq yarada biləcəklərini” istisna etməmişdi. Görünən budur ki, Cenevrə danışıqlarında ilk uğurlu nəticələr alınan kimi İsrail İranı da özünün “anti-sünni ittifaqı”na qoşmaq niyyətindədir. Kim bilir, bəlkə də İran rəsmiləri məhz bu səbəbdən ABŞ-la danışıqlarda Türkiyənin vasitəçiliyindən imtina etmişdir".
Dünən, 17:11
Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam
Dünən, 16:00
Ukrayna–Rusiya–ABŞ danışıqları Ərəb torpağında – martda həlledici mərhələ
Dünən, 15:30
Netanyahunun “yeni xəritəsi” işə düşür: Pakistan-Əfqanıstan toqquşması nəyin xəbərçisidir
Dünən, 14:34
Mehriban Əliyevaya daha bir vəzifə verildi - FƏRMAN
Dünən, 14:30
Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb
Dünən, 13:16
Xocalı faciəsinin sağ qalan şahidi ana oldu
Dünən, 13:12
Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb
Dünən, 13:06
Prezidentlə Efiopiyanın Baş naziri geniş tərkibdə görüşdü
Dünən, 12:57
Azərbaycan–İran sərhədində silahlı atışma oldu
Dünən, 11:59
İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü olub
Dünən, 11:39
İlham Əliyev O HALDA İrəvana gedəcək ki... – GÖZLƏNTİ
Dünən, 11:35
AMEA-nın Rəyasət Heyəti ləğv edilir
Dünən, 10:46
Pakistan nazirindən "X"də şok paylaşım: "Taliban"la qanlı və açıq müharibəyə başladıq!"
Dünən, 10:40
Sumqayıtda poladəritmə sexində partlayış - YARALILAR VAR
Dünən, 10:32
43 yaşlı həkim başqa bir həkimin səhvi ucbatından ölüb? - FOTO
Dünən, 10:26
Hərbçilərə vəzifə və rütbəyə görə verilən ödənişin məbləğinin artırılması təklif olunur
Dünən, 10:19
Akopyan hökumət iqamətgahını tərk edir - Paşinyandan açıqlama
Dünən, 10:13
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Dünən, 10:09
Kəlbəcər və Xocavənd şəhərlərinə, Cəbrayılın Horovlu kəndinə köç karvanları yola salınıb
Dünən, 09:44
Ramiz Zeynalov işdən çıxmaq üçün ərizə yazıb
Dünən, 09:39
Hava şəraiti dəyişəcək - Yollarda diqqətli olun!
Dünən, 09:30
İşçiyə bu halda 8 gün əlavə məzuniyyət verilə bilər
Dünən, 09:00
İran hücuma hazırlaşır: Nüvə obyektləri möhkəmləndirilir
26-02-2026, 17:06
“Bu, ədalətimizin son nöqtəsi idi”
26-02-2026, 16:11
Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26-02-2026, 16:00
Üçüncü dünya müharibəsinə 5 il qaldı: Qərbliləri nə gözləyir?
26-02-2026, 15:30
İftarda mütləq balıq yeməlisiniz- Həkim XƏBƏRDARLIQ EDİR