SON DƏQİQƏ! İrana hücum tarixi açıqlandı: Dəhşətli hadisə belə planlanır - ŞOK GÖRÜNTÜLƏR
Dunya
Oxunub: 25
19 fev 2026 | 13:13
SON DƏQİQƏ! İrana hücum tarixi açıqlandı: Dəhşətli hadisə belə planlanır - ŞOK GÖRÜNTÜLƏR


ABŞ ordusunun yaxın günlərdə İrana qarşı hərbi əməliyyata başlamağa hazır olduğu barədə məlumatlar yayılıb.

The New York Times nəşrinə istinadən xəbər verir ki, Pentaqonun Yaxın Şərqdə hava və dəniz qüvvələrini ciddi şəkildə artırdığı, əməliyyatın hətta həftə sonu başlaya biləcəyi bildirilir. Məlumata görə, qərar mərhələsində əsas söz ABŞ Prezidenti Donald Trampa məxsusdur.

ABŞ-ın bölgəyə onlarla yanacaq doldurma təyyarəsi və 50-dən çox əlavə döyüş təyyarəsi göndərdiyi qeyd olunur. Həmçinin “USS Abraham Lincoln” və “USS Gerald Ford” təyyarədaşıyan qruplarının Yaxın Şərq istiqamətində yerləşdirildiyi bildirilir.

The New York Times nəşrinin yazdığına görə, ABŞ ordusunun bölgədə topladığı hərbi güc 2003-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Ağ Evə ordunun həftə sonuna qədər hücuma tam hazır ola biləcəyi barədə məlumat verilib.

Axios və CBS News-un məlumatına görə, Pentaqon Cenevrədə İranla aparılan danışıqları “boşuna” hesab edir. ABŞ və İsrailin mümkün birgə hava zərbələrinə hazırlaşdığı iddia olunur. İranın nüvə proqramı ilə bağlı güzəştə getməsi üçün vaxtın məhdud olduğu vurğulanır.

Ağ Ev sözçüsü Karolin Levitt isə diplomatiyanın hələ də prioritet olduğunu desə də, Vaşinqtonda hərbi ssenarinin ciddi şəkildə müzakirə edildiyi bildirilir.

Hücumun vaxtı: Bəzi amillər həlledici ola bilər. Məlumatlara görə, mümkün əməliyyatın zamanlamasında üç əsas faktor nəzərə alınır:

Qış Olimpiya Oyunlarının başa çatması,

Ramazan ayının başlanması.

Bəzi mənbələrə görə, hücum qərarı bu tarixlərdən sonra verilə bilər.

İsrail tərəfi də ehtimal olunan müharibəyə qarşı hazırlıq səviyyəsini artırıb. İsrail ordusunda icazələrin ləğv oluna biləcəyi, əhaliyə erkən xəbərdarlıq sisteminin tətbiq ediləcəyi bildirilir. Hərbi ekspertlər mümkün müharibənin “indiyədək görünməmiş miqyasda” ola biləcəyini iddia edirlər.

Beynəlxalq müşahidəçilər isə xəbərdarlıq edir ki, belə bir hücum regionda genişmiqyaslı qarşıdurmaya və ağır nəticələrə səbəb ola bilər. ABŞ ilə İran arasında gərginlik pik həddə çatdığı bir vaxtda, son qərarın nə olacağı dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Dünən, 23:54
Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - Video
Dünən, 16:00
Apreldə neçə gün iş olmayacaq?
Dünən, 15:30
ABŞ bütün hərbçilərini BU ÖLKƏDƏN ÇIXARIR
Dünən, 14:22
Şoyqudan Ermənistana SƏRT MESAJ: “Bir gecədə çökə bilər”
Dünən, 13:41
Brüsselin tərəddüdü: EUMA sərhədimizdə qalır, yoxsa...
Dünən, 13:13
SON DƏQİQƏ! İrana hücum tarixi açıqlandı: Dəhşətli hadisə belə planlanır - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 12:23
Hind okeanından Cənubi Qafqaza qədər alov xətti - Müharibə qapıda
Dünən, 12:06
Hamının əsəbiləşdiyi anda “Qarabağ”ın futbolçuları nəyə gülürdü? - Video
Dünən, 11:55
“Övladınızın harada və kimlə vaxt keçirdiyini bilin” - DİN-dən çağırış - Video
Dünən, 11:45
Fars körfəzində GƏRGİN SAATLAR: Neft tankerləri boğazdan keçə bilmədi
Dünən, 11:40
Sabah ölkə üzrə pensiyalar- Tam ödəniləcək
Dünən, 10:52
Azərbaycanda silah zavodunda QƏZA - Araşdırma başlandı
Dünən, 10:45
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələcək - SİYAHI
Dünən, 10:15
"Qarabağ"ın qapısına təyin edilən penalti yanlış qərar imiş
Dünən, 09:58
Məktəbdə KÜTLƏVİ zəhərlənmə – Uşaqları “dadlı” təhlükədən NECƏ qoruyaq?
Dünən, 09:53
İranda GƏRGİNLİK: Aksiyalarda ölənlərin anım mərasimi etiraza çevrildi
Dünən, 09:36
ABŞ İran ətrafına 40 min qoşun göndərib
Dünən, 09:31
Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
Dünən, 09:26
Qurban Qurbanov: "Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər"
Dünən, 09:22
Azərbaycanda Ramazan ayı başlayıb
Dünən, 09:00
Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
18-02-2026, 21:29
Prezident ABŞ-də səfərdədir - Foto
18-02-2026, 16:00
ABŞ İrana 2 həftə vaxt VERDİ
18-02-2026, 15:30
ABŞ Səudiyyədən İZAHAT TƏLƏB EDİR - Türkiyə qırıcılarına görə...
18-02-2026, 13:39
Qırmızı xətt keçilir: Vaşinqton qırıcılar göndərir-Tehran meydan oxuyur
18-02-2026, 13:11
Bu ölkələrdə Ramazan ayı başladı
18-02-2026, 12:21
Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı