Pekin Kremli “strateji tələ”yə salmağı bacarıb: Rusiya Çinin “gizli işğal” taktikasına məğlub olur
Dunya
Oxunub: 95
5 fev 2026 | 09:00
Pekin Kremli “strateji tələ”yə salmağı bacarıb: Rusiya Çinin “gizli işğal” taktikasına məğlub olur


Rusiyanın “imperiya mifi” artıq dağılmağa başlayıb, ona görə də, hazırda Çin öz qonşusunun tədricən parçalanacağı mərhələni böyük səbrlə gözləyir, Kreml hələ də “imperiya dili” ilə danışmağa çalışsa da, əslində, bu ölkə artıq çoxdan qlobal güclərin strateji planlarında geopolitik hədəfə çevrilib... Kremldə də dərk edirlər ki, ABŞ və Qərbdən fərqli olaraq, Çin uzunmüddətli təhlükədir, Sibir risk altındadır, Orta Asiya isə faktiki olaraq itirilib, ancaq Rusiya Qərblə “körpüləri yandırdığı”ndan alternativ geopolitik dayaq mərkəzi qalmayıb və Çindən asılılıq təhlükəsi indi qaçılmaz xarakter daşıyır...
"Yeni Müsavat" xəbər verir ki, dünyanın yenidən dizayn olunması prosesində Asiya qitəsi mərkəzi qarşıdurma məkanına çevrilməyə başlayıb. Belə ki, Çin və Rusiya arasında mövcud olduğu hesab edilən tərəfdaşlığın, eləcə də strateji ziddiyyətlərin əsas istiqamətləri tədricən aydınlaşmaqdadır. Bəzi mülahizələrə görə, yalnız bu iki ölkə deyil, ümumiyyətlə, qlobal güclər arasında Sibir və Orta Asiya uğrunda səhnəarxası geopolitik savaş mövcuddur. Və bu geopolitik savaşda Çin hələlik aktiv gözləmə mövqeyi tutur, ABŞ onu yönləndirməyə çalışır, Rusiya isə “dağılma trayektoriyası”na daxil olmaq üzrədir.

Onu da qeyd etmək lazımdır ki, son illərdə əsasən “strateji tərəfdaşlıq” kimi təqdim olunan Rusiya-Çin münasibətlərinin əslində, asimmetrik asılılıq modelindən başqa bir şey olmadığı aydınlaşmağa başlayır. Belə ki, Ukrayna savaşına başlamaqla, Kreml Rusiyanı yalnız Qərblə deyil, həm də müasir tarixi reallıqlarla da qarşı-qarşıya qoyub. Çünki Kreml artıq qlobal güc yox, geopolitik risk mənbəyinə çevrilib. Düzdür, bu vəziyyətdə Çin və ABŞ-ın Rusiyaya yanaşma tərzi fərqlidir. Ancaq zəiflədilmiş və qlobal məkanda manevr imkanları tükənmiş Rusiya reallığı baxımından, yekun nəticə istənilən halda, eynidir.

Məsələ ondadır ki, Çin və Rusiya münasibətləri ilə bağlı “strateji tərəfdaşlıq” mifi artıq qlobal məkanda inandırıcılığını ciddi şəkildə itirməyə başlayıb. Halbuki, Kremlin rəsmi təqdimatında Çin-Rusiya münasibətləri hələ də “Qərbə alternativ ittifaq” kimi təbliğ olunur. Ancaq hazırda rəsmi Pekin Rusiyanı yalnız ucuz enerji qaynağına və geniş təbii resurslar bazasına çevirməyə üstünlük verir.

Digər tərəfdən, bu iki qonşu dövlət arasında bərabərhüquqlu münasibətlər də artıq mövcud deyil. Çünki Çin müasir texnologiya, kapital və istehsal zəncirlərinə birbaşa və ya dolayısı ilə nəzarət edir. Rusiya isə Ukrayna müharibəsi və Qərbin iqtisadi sanksiyaları qarşısında geostrateji seçim imkanlarını belə, itirib. Və Kreml bu vəziyyəti nə qədər “anti-Qərb həmrəyliyi” ilə pərdələməyə çalışsa da, faktiki olaraq, rəsmi Pekin Rusiyanı Çindən strateji asılılıq durumuna salmağa nail olub.

Maraqlıdır ki, son vaxtlar Çin siyasi və ekspert dairələrində Rusiyanın əraziləri ilə bağlı dolaşan müzakirələr rəsmi Pekinin mövqeyi kimi göstərilməsə də, bu, istənilən halda, ciddi geopolitik mesaj hesab olunur. Hazırda rəsmi Pekinə yaxın bəzi ekspertlər XIX əsrin müqavilələrinə istinad edərək, Rusiyanın təxminən 1,54 milyon kvadrat kilometr ərazisini “Çinin tarixi torpaqları” kimi təqdim edirlər. Digər tərəfdən, daha praqmatik yanaşmaya görə isə Rusiyanın 3-4 milyon kvadrat kilometrlik zəif nəzarət olunan ərazilərinin yaxın perspektivdə Çinin təsir zonasına düşə biləcəyi mümkün sayılır. Burada əsas məqam hüquqi yox, real nəzarət mexanizmləridir. Və Çin üçün anneksiya vacib deyil, çünki iqtisadi, demoqrafik və infrastruktur asılılığı da kifayət edə bilər.

Təbii ki, bütün bunları nəzərə aldıqda, “Çin Rusiyanın dağılmasını istəyirmi” sualı istər-istəməz aktuallıq qazanır. Qərb ekspertləri hesab edirlər ki, Çin Rusiyanın nə qəfil çökməsində, nə də bu dövlətin indikindən daha güclü olmasında qətiyyən maraqlı deyil. Rəsmi Pekin üçün ən optimal ssenari Rusiyada hakimiyyətin zəifləməsi və idarə olunan mərkəzdənqaçma prosesinin başlanmasıdır. Çünki bu ssenaridə rəsmi Pekin Sibir və Uzaq Şərqdə iqtisadi dominantlıq qura, Orta Asiyanı tamamilə Çinin nəqliyyat-kommunikasiya və maliyyə-iqtisadi sisteminə bağlaya, Kremlin mövcudluğunu formallaşdırıb, faktiki olaraq, təsirsiz vəziyyətə sala bilər.

Ancaq Rusiyanın nəhəng coğrafiyası və təbii resursları uğrunda mübarizədə ABŞ faktoru da mövcuddur. Ağ Evin bununla bağlı strategiyası isə Çinin üstünlük verdiyi ssenaridən fərqli olsa da, yekun nəticə baxımından, böyük ölçüdə üst-üstə düşür. Belə ki, Ağ Ev üçün əsas hədəf Rusiyanı Avropadan təcrid etmək, “qoca qitə”ni təhlükəsizlik baxımından, ABŞ-a daha sıx bağlamaq, Kremli isə Çin bazarına məcbur buraxmaqdır. Və bu baxımdan, Ukrayna savaşı ABŞ üçün strateji alətə çevrilmiş kimi görünür. ABŞ Rusiyanı birbaşa parçalamır, amma onun daxili resurslarını, siyasi-diplomatik manevr imkanlarını və qlobal nüfuzunu sistemli şəkildə tükəndirir.

Belə anlaşılır ki, Rusiyanın Sibir ərazisi hazırda Kremlin ən zəif nöqtəsidir. Çünki bu bölgədə demoqrafik boşalma genişlənir, iqtisadi durğunluq dərinləşir, Kremlin real nəzarəti zəifləməkdə davam edir. Bu boşluğu isə məhz rəsmi Pekin tədricən, Çin sərmalesi, logistika şəbəkələri və kapitalı ilə doldurur. Nəticədə Kreml Sibirdə Rusiyanın simvolik suverenliyi, Çin isə praktik nəzarəti ələ keçirtməyə başlaması ilə barışmaq məcburiyyətində qalıb. Və bu, klassik işğal yox, məhz Çinin reallaşdırmağa çalışdığı XXI əsr ekspansiyasıdır.

Digər tərəfdən, Orta Asiya da artıq Kremlin “imperiya mirası” deyil, Rusiyanın itirməkdə olduğu arxa cəbhə və Çinin yeni geoiqtisadi magistralıdır. “Bir Kəmər-Bir Yol” layihəsi bu regionu tədricən, tamamilə rəsmi Pekinin nəzarət zonasına çevirəcək, Rusiyanı isə tranzit və təsir zolağından kənarda qoyacaq. Kreml Orta Asiyada hələ də təhlükəsizlik faktorları üzərindən mövcud olsa da, maliyyə-iqtisadi perspektiv və geopolitik cazibədarlıq artıq məhz Çinin tərəfindədir. Və bu isə tarixən yeni dünya şərtlərinə uyğunlaşmaq istəməyən imperiyaların dağılma mərhələsində müşahidə olunan reallıqdır.

Maraqlıdır ki, Rusiyada bu reallığı tam şəkildə anlayırlar, ancaq nə qədər paradoksal olsa da, Kreml yaxınlaşan təhlükədən çıxış yolu tapmaqda çətinlik çəkir. Kremldə dərk edirlər ki, ABŞ və Qərbdən fərqli olaraq, Çin uzunmüddətli təhlükədir, Sibir risk altındadır, Orta Asiya isə faktiki olaraq, itirilib. Ancaq eyni zamanda, Kreml Qərblə “körpüləri yandırıb” və alternativ geopolitik dayaq mərkəzi qalmayıb, Çindən asılılıq təhlükəsi isə qaçılmaz xarakter alıb. Və bu, əslində, həm də Rusiyanın “strateji tələ”yə düşməsi anlamı daşıyır.

Göründüyü kimi, Rusiyanın “imperiya mifi” artıq dağılmağa başlayıb. Ona görə də, hazırda Rusiya Çin üçün dağılmasını səbrlə gözlədiyi zəif qonşudur. ABŞ isə qlobal məkanda sabitlik riski olaraq qalan Rusiyanı hələlik idarə olunan problem kimi qəbul edir. Kremlin indiki geopolitik hərəkət trayektoriyası Rusiyanı dünyanın mərkəzinə deyil, məhz qlobal əyalətə çevrilməyə doğru sürükləyir. Və Kreml hələ də “imperiya dili” ilə danışmağa çalışsa da, əslində, Rusiya artıq qlobal güclərin strateji planlarında geopolitik hədəfə çevrilib.
Bu gün, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
Bu gün, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
Bu gün, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Bu gün, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Bu gün, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Bu gün, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Bu gün, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
Bu gün, 11:59
Orta aylıq maaş 1200 manata çatır
Bu gün, 11:24
Prezident həmkarını təbrik etdi
Bu gün, 10:50
Həmin şagird hoteldə ölübmüş
Bu gün, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
Bu gün, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
Bu gün, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Bu gün, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
Bu gün, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
Bu gün, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
Bu gün, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Bu gün, 09:25
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bu gün, 09:20
ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
Bu gün, 09:00
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Dünən, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Dünən, 15:30
Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Dünən, 14:22
Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
Dünən, 14:03
Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Dünən, 13:11
Pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 12:48
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB