Paşinyan “təmizləmə əməliyyatı” aparır-baş nazirin repressiya aparatına Qərb göz yumur...
Dunya
Oxunub: 127
4 dek 2025 | 15:30
Paşinyan “təmizləmə əməliyyatı” aparır-baş nazirin repressiya aparatına Qərb göz yumur...


Ermənistanda siyasi repressiyaların aparılması, müxalifətin tamamilə neytrallaşdırılması, liderlərin və fəalların ardıcıl həbsləri barədə məlumatlar geniş yayılıb. Jurnalistlərin sıxışdırılması, media azadlığının məhdudlaşdırılması və informasiya mühitinə nəzarətin artırılması artıq adi bir praktika kimi təqdim olunur. Bundan əlavə, kilsə institutuna qarşı tətbiq edilən təzyiq və repressiv metodlarla bağlı iddialar da ölkədə demokratik dəyərlərin gerilədiyini göstərən nümunələr kimi diqqət çəkir.

Bütün bu gedişat Ermənistanın daxili siyasi sabitliyinə və beynəlxalq öhdəliklərinə necə təsir edəcəyi ilə bağlı sualları daha da aktuallaşdırır.

Ermənistanı baş naziri Nikol Paşinyanın gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər belə repressiv üsullardan istifadə edəcəyi bildirilir. Burada ən çox diqqətçəkən də beynəlxalq aləmin Ermənistanda baş verənlərə sərgilədiyi susqun mövqedir. Halbuki, Qərb institutları bir çox ölkələrə təzyiqlər etmək üçün insan haqları, demokratiya, fikir azadlığından istifadə ediblər.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com-a açıqlamasında son dövrlər Ermənistanda siyasi fəallara, siyasi təşkilatlara, jurnalistlərə, insan hüquqları müdafiəçilərinə və ruhanilərə qarşı ciddi repressiv addımların müşahidə olunduğunu söyləyib: "Müxtəlif bəhanələrlə onlara qarşı həbslər həyata keçirilir. Diqqətlə araşdırıldıqda bu həbslərin siyasi motivli olduğu açıq görünür. Lakin Ermənistan hakimiyyəti bunu inkar edir və həmin şəxslərin guya müxtəlif cinayət əməllərində ittiham olunduğunu iddia edir. Bununla belə, həmin həbsləri həyata keçirən hakimiyyət nümayəndələri də yaxşı anlayır ki, bu proseslər siyasi xarakter daşıyır.

Gələn il Ermənistanda seçkilər keçiriləcək. Nikol Paşinyan artıq öz namizədliyini irəli sürüb və hazırda seçkilərə ciddi hazırlıq gedir. Belə bir mərhələdə siyasi rəqiblərin neytrallaşdırılması hakimiyyət üçün mühüm hesab olunur. Paşinyan anlayır ki, rəqiblərini indidən sərt üsullarla zəiflətməsə, seçki onun üçün çox çətin və ağrılı keçə bilər. Çünki həm siyasi partiyalar, həm ictimai təşkilatlar, həm də jurnalist və ruhanilər onun əleyhinə birləşərək hakimiyyətdən uzaqlaşdırılmasına çalışa bilərlər. Məhz buna görə də repressiv metodlara əl atılır".

Ekspert bu susqunluqdan ilhamlanan Ermənistan hökumətinin öz sərt və radikal addımlarını genişləndirdiyini, siyasi rəqiblərinə qarşı amansız repressiyalar tətbiq etdiyini vurğulayıb: "Təəssüf doğuran məqamlardan biri də budur ki, eyni hadisələr başqa ölkələrdə baş verdikdə həmin qurumlar daha sərt mövqe sərgiləyirlər, amma Ermənistanla bağlı susqunluq nümayiş etdirərək açıq şəkildə ikili standart tətbiq edirlər. Bu isə Ermənistan hakimiyyətini daha da həvəsləndirir. Nəticədə də biz bu baş verənlərin şahidi oluruq".
Dünən, 22:31
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Dünən, 16:00
2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz
Dünən, 15:30
Afrika ölkələri Avropadan təzminat tələb edəcək: 300 il əvvəl...
Dünən, 13:34
Prezidentin qızları və gəlini onları ziyarət etdi - Video
Dünən, 13:01
Köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb
Dünən, 12:12
Üç kəndin adı milliləşdirildi
Dünən, 11:46
Sudan liderindən İlham Əliyevə MƏKTUB
Dünən, 10:55
ABŞ-nin Yaxın Şərqdəki ən böyük diplomatik kompleksi vuruldu
Dünən, 10:50
Son Dəqiqə: İran İsraildə elektrik stansiyasını VURDU
Dünən, 10:32
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Dünən, 10:30
Epşteyn sənədlərində yeni iddialar - Ədliyyə Nazirliyi gizlədilən materialları açıqladı
Dünən, 10:29
DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var - VİDEO
Dünən, 10:19
“Real” “Mançester Siti”yə, PSJ “Çelsi”yə qarşı
Dünən, 10:14
“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı
Dünən, 10:05
Son Dəqiqə: İranın daxilində əməliyyatlar başladı
Dünən, 10:02
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Dünən, 09:27
ABŞ-nin İrandakı əməliyyatı zamanı 150 əsgəri yaralanıb - KİV
Dünən, 09:24
KİV: İran Hörmüz boğazını minalayır
Dünən, 09:17
Ağ Evdən İrana son xəbərdarlıq: "Quru əməliyyatı masadadır, tam təslim olun!"
Dünən, 09:15
Araqçidən dünyaya qorxunc xəbərdarlıq: "Böyük neft krizinə və bahalaşmaya hazır olun"
Dünən, 09:11
İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi
Dünən, 09:04
Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?
Dünən, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10-03-2026, 17:30
İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
10-03-2026, 16:00
Hörmüzdən keçən gəmilərdən haqq alınacaq
10-03-2026, 15:30
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
10-03-2026, 14:22
Sabah hava yağıntılı olacaq