“Türk NATO”suna qarşı plan
Rusiya mediası yazır ki, Moskva “Turan ordusu” yaratmaq istəyən Türkiyə və Azərbaycana qarşı fəaliyyətini gücləndirmək niyyətindədir
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) silahlı qüvvələrini müasir silahlarla təchiz etmək üçün hərtərəfli proqrama başlamaq niyyətindədir. Bunu Rusiya Prezidenti Vladimir Putin təşkilatın Bişkekdə keçirilən sammitində bəyan edib.
“Svobodnaya pressa” yazır ki, Putinin sözlərinə görə, KTMT-yə sədliyi dönəmində Moskva səylərini hərbi kontingentin döyüş hazırlığının artırılmasına, onun komandanlıq və nəzarətinin təkmilləşdirilməsinə yönəldəcək.
Hərbi ekspert və istefada olan polkovnik Viktor Litovkinin fikrincə, Putinin bəyanatları əsasən Mərkəzi Asiya liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında aparılan son danışıqlara cavabdır. “Biz Mərkəzi Asiya liderlərinin Trampı təriflədiklərini xatırlayırıq və Qazaxıstan pPezidenti Tokayev hətta onu Tanrı tərəfindən göndərilmiş elan etmişdi” - deyə ekspert bildirib. Ekspert Mixail Aleksandrovun fikrincə, Rusiyanın “Türk NATO”su yaratmaq istəyən Türkiyə və Azərbaycana qarşı fəaliyyətini gücləndirmək kimi qayğıları var.
“Türk Dövlətləri Təşkilatı mədəni məsələlərlə başladılar, sonra ticarət gəldi və indi gündəmdə hərbi-siyasi əməkdaşlıq, birgə təlimlər, silah-sursat təchizatı və s. Başqa sözlə, bu dövlətləri Qərbin dəstəklədiyi "Türk NATO-su"na çəkməyə çalışırlar. Türkiyə özü bizimlə vuruşmağa həvəsli deyil, amma hazırlamağa da qarşı deyil. Bu, mütləq birbaşa təcavüzə təhrik etmək demək deyil, terror hücrələrindən istifadə edərək, xüsusilə Rusiyanın Başqırdıstan və Tatarıstan kimi türkdilli bölgələrində təxribat və işğallar həyata keçirməkdir", - deyə ekspert iddia edib.
Yada salaq ki, TDT-nin oktyabr ayında Qəbələdə keçirilən sammitindən sonra Kremlə yaxın Telegram kanalları Azərbaycanı və Türkiyəni “Turan ordusu” ideyasını reallaşdırmaqda ittiham ediblər. Azərbaycan və Türkiyənin güclənən müdafiə ittifaqı Cənubi Qafqazda hərbi güc mərkəzinin istiqamətini yenidən müəyyənləşdirir və türk dövlətləri arasında daha geniş təhlükəsizlik əməkdaşlığı perspektivini gündəmə gətirir. Bu proses həm regional sabitlik, həm də yeni güc nisbətləri baxımından strateji əhəmiyyət kəsb edir.
Rusiyanın KTMT-dəki türkdilli dövlətlərə bu istiqamətdə hansı təzyiqləri gözlənilir? “Türk NATO”suna qarşı planlarda əsas hədəf kimi Azərbaycan və Türkiyənin seçildiyini söyləmək mümkündürmü? Şimal Alyansı, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təsir arealını məhdudlaşdıra biləcək türklərin hərbi ittifaqı yarana bilərmi? Ümumiyyətlə, bu sualın cavabı 44 günlük savaşdan sonra bir qədər də aktuallaşdı.
Bəzi ekspertlərin fikrincə, “Turan ordusu”nun yaranması KTMT-də yalnız 3 üzv - Rusiya, Ermənistan və Belarusu saxlaya bilər. Türkdilli dövlətlərlə yanaşı, yaradılacaq ittifaqa Gürcüstan, Pakistan və Macarıstanın daxilolma ehtimalı da real görünür. Hətta Rusiya ilə problemlərini nəzərə alsaq, Ukrayna da qoşula bilər. Bu projenin gerçəkləşməsi üçün Türkiyənin xüsusi aktivliyinə ehtiyac var.
Hərbi ekspert Ramil Məmmədli KTMT üzvü olan türkdilli respublikaların yeni hərbi blokda iştirakını istisna etmir. Onun sözlərinə görə, bu proses Qərbdə də dəstəklənir. “Rusiyanın Mərkəzi Asiyada təsirləri əvvəlki qədər olmasa da, tamamilə zəiflədiyini söyləmək absurd səslənərdi. Son aylarda MDB ölkələrinin müxtəlif qurumlarının rəhbərləri toplaşaraq xarici təhdidləri müzakirə ediblər. Yəni Rusiya regionda nəzarəti əldən vermək istəmir. Amma Çin Qazaxıstan, Özbəkistan kimi türk dövlətlərinə ciddi şəkildə təsir edib. Böyük Britaniya, Fransa da Orta Asiyada rolunu gücləndirir. Bu da Rusiyanın imkanlarını məhdudlaşdırır. Qərb "Turan birliyi" üçün istəklidir. Çünki Türk dünyasının inkişafı slavyan dünyasının enişinə səbəb olur. Lakin məsələnin hərbi aspekt...
Hərbi təhlilçi “Türk NATO-su” üçün Ankara və Bakı siyasətində dəyişiklik etməlidir: “Çünki biri NATO üzvüdür, biri Qoşulmama Hərəkatının. Türkiyənin eyni anda iki müdafiə blokunda təmsil olunacağını gözləmirəm. Bəlkə də gələcəkdə mümkündür. Azərbaycan isə hərbi bloklara qoşulmamaq siyasətindən o halda imtina etməlidir. Bu da bizi müəyyən təhlükələrlə üzləşdirə bilər. Amma TDT üzvü olan ölkələrin birgə hərbi təlimlər keçirməsi mümkündür. Bunun da Qəbələdə anonsu verilib. Yəni müdafiə bloku yaratmaq ayrı, birgə təlimlər ayrı. Azərbaycan onsuz da müxtəlif ölkələrlə birgə hərbi təlimlərdə iştirak edir. Məsələn, bugünlərdə Azərbaycan, Türkiyə, Gürcüstan xüsusi təyinatlılarının təlimi keçirildi. Daha əvvəl Qazaxıstan, Özbəkistan, Tacikistan, Pakistan və Qətərin də olduğu təlimlərdə iştirak etmişik. İranla da təlimlərimiz olub. Bu mənada TDT ölkələrinin orduları təcrübə üçün birgə təlimlər keçirə bilər. Bu məsələdə bir vacib nüans da var - Azərbaycan və Türkiyə Şuşa bəyannaməsi imzalayıb. O zaman hərbi blok yaradılması gerçəkləşməsə də olar”.
Ekspertin fikrincə, bu mövzuda Rusiyadan olan reaksiyalar narahatlıqdan qaynaqlanır: “Bu ritorika təəccüblü deyil. Rusiya belə bir güc mərkəzini növbəti rəqib, alternativ görür. Üstəlik, onun yanaşmasına görə gələcəkdə belə bir hərbi blokun yaranmasında onun "arxa bağçası"ndan istifadə ediləcək, yəni gücü azalacaq. Bu da qısqanclıq doğurur. Onu da deməliyəm ki, Rusiyanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan yer alır. Ermənistan KTMT-dən çıxmış kimi görünür. Qazaxıstan və Qırğızıstan türk dövlətləridir. Bu dövlətlər KTMT-nin rəsmi üzvü olsa da, “Turan ordusu”na meyllidir. Həm də Ukrayna müharibəsi KTMT-nin mövqelərini zəiflədib".
Onun fikrincə, bu situasiyadan istifadə edən Qərb KTMT-ni dağıtmağa, “Turan ordusu”nun güclənməsinə çalışır: “Türk Dövlətləri Təşkilatı daxilində "Turan ordusu"nu inkişaf etdirməklə NATO üzvü Türkiyənin vasitəsilə Qərb Çinin sərhədlərinə yaxınlaşır. Yəni strateji hədəflər var və bu məsələyə xüsusi təsir göstərir. Bu baxımdan, prosesin tətiklənməsini istisna etmirəm. Rusiya isə KTMT və MDB sammitlərini intensivləşdirməklə müqavimət göstərir".
Dünən, 22:31
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Dünən, 16:00
2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz
Dünən, 15:30
Afrika ölkələri Avropadan təzminat tələb edəcək: 300 il əvvəl...
Dünən, 13:34
Prezidentin qızları və gəlini onları ziyarət etdi - Video
Dünən, 13:01
Köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb
Dünən, 12:12
Üç kəndin adı milliləşdirildi
Dünən, 11:46
Sudan liderindən İlham Əliyevə MƏKTUB
Dünən, 10:55
ABŞ-nin Yaxın Şərqdəki ən böyük diplomatik kompleksi vuruldu
Dünən, 10:50
Son Dəqiqə: İran İsraildə elektrik stansiyasını VURDU
Dünən, 10:32
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Dünən, 10:30
Epşteyn sənədlərində yeni iddialar - Ədliyyə Nazirliyi gizlədilən materialları açıqladı
Dünən, 10:29
DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var - VİDEO
Dünən, 10:19
“Real” “Mançester Siti”yə, PSJ “Çelsi”yə qarşı
Dünən, 10:14
“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı
Dünən, 10:05
Son Dəqiqə: İranın daxilində əməliyyatlar başladı
Dünən, 10:02
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Dünən, 09:27
ABŞ-nin İrandakı əməliyyatı zamanı 150 əsgəri yaralanıb - KİV
Dünən, 09:24
KİV: İran Hörmüz boğazını minalayır
Dünən, 09:17
Ağ Evdən İrana son xəbərdarlıq: "Quru əməliyyatı masadadır, tam təslim olun!"
Dünən, 09:15
Araqçidən dünyaya qorxunc xəbərdarlıq: "Böyük neft krizinə və bahalaşmaya hazır olun"
Dünən, 09:11
İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi
Dünən, 09:04
Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?
Dünən, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10-03-2026, 17:30
İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
10-03-2026, 16:00
Hörmüzdən keçən gəmilərdən haqq alınacaq
10-03-2026, 15:30
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
10-03-2026, 14:22
Sabah hava yağıntılı olacaq